Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hz. Fatimə (s.ə.)-ın uşaqlığı
Hz. Fatimə (s.ə.)-ın uşaqlığı
Göndərən: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 285
Səs ver:
Fatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib. Uşaqlıq dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və işgəncələrin olduğu dövrdür. Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi dövrdür.Məhz bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır. Müsəlmanların Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin (təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir. Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi." Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır. Zəhra və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu hadisədən yara almışdır. Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı." Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir. Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.


Şərhlər: 5
Baxılıb: 285
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tesekkurler xebere göre.
8 iyun 2016 20:37
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Allah onlara dusmanciliq eden yezidlere min lenet etsun insallah,Rebbim onlara xatir bizlere komek olsun insallah bize duz yol gorsetsun Amin
30 may 2016 22:30
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Allahin salami olsun Muhemmede ve onun ehli beytine
30 may 2016 19:19
# 3
Her şeye gore şukur
Senmeleysen
ALLAHim cox gozel sozlerdi Salam olsun Hz Fatimeye miss oxatan lada raziyam exlaqsizlaar ozunr tez celb edir insanlari dini olmayan insan bes hara yinellmelidirki?
30 may 2016 18:01
# 2
Miss_Oxatan
Maraqla oxuyuram bele xeberler muellife derin tewekkurler.baxmayaraq ki,fikir verirem bele xeberlere werh ve baxiw sayi her hansisa ozunu colde qoyan lut ve exlaqsiz qadinlar (pop starlar,dunya ulduzlari ve s)haqda xeberlerden qat-qat awagi olur,nece ki,diger maariflendirici movzularda oldugu kimi.hetta saatlarca xeber aktiv gedir hec acib baxanda olmur.hansisa werh artirmaq isteyenler girer twk mwk yazar.sonra da deyirler ay Allah Fatime anamiza xatir bagiwla meni.hec bilirsenmi Fatima anan nece biri olub,uwaqligi heyati nece olub?onsuzda onun yolunu hec birimiz tutmamiwiq ama oxumaq ki,cetin deyil.halbuki rihannanin,narkaman britninin soruwan olsa ulu nenesini de taniyarlar.
30 may 2016 17:09
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz