Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fatimə necə doğuldu?
Fatimə necə doğuldu?
Göndərən: heyatim_menim
Şərhlər: 10
Baxılıb: 365
Səs ver:
İmam Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ənənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.
Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».
Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bəzi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi.(«Bəhar».)
Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur və atam onun peyğəmbəridir».
Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.


Şərhlər: 10
Baxılıb: 365
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tesekkurler.Allah razı olsun.....
8 iyun 2016 20:34
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
heyatim_menim
Evvelce cox sagolun ki oxuyub deyyerlendirirsiz.ALLAH sizlerden ve butun bendelerinden razi olsun insaALLAH.Oxuduugum maqalelerde(ALLAH hemin meqaleleri hazirlayan sexsden razi olsun bilmediylerimi oyrenirem) bilmediyim bir cox nuans oldugu ucun sizlerinde melumatli olmaginizi istedim.oxuyan gozleriniz yazan elleriniz hemise var olsun.ALLAH birde razi olsun hem sizden hem de xeberi redakte edenden
31 may 2016 11:02
# 9
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
sadece_men
Allahim sen bizi xanim Zehranin davamcilarinnan ele
31 may 2016 07:12
# 8
aziz a
Oxuduqca gozlerım yaşarır..Allahım sen bizlerı Fatıme amamıza layiq ıvladlatınfan qerar eyle .
31 may 2016 01:32
# 7
Qelbim doludu !!!!
vipbetul
Rebbim Fatima anamizin qullarindan nokerinden olmaqi bizlere nesib etsin AMin insallah
30 may 2016 22:54
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Hec bir melumatim yox idi bu haqda. Tesekku edirem elleriniz var olsun.
30 may 2016 22:21
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Senmeleysen
ALLAHim gozlerim doldu can ana can Anam Zehra Anamdan ezizsen mene dunyadan insana anasindan yaxin varliq ALLAH sonra anadi ama sende anamdan yaxinsan mene

Hz Eli de bur dogulub ve Kebe evinde
30 may 2016 21:44
# 4
Antikvar
İlk dəfədi oxuyuram bu barədə,çox maraqlı oldu,Gör necə Allahın möcüzəsi olub ki,bətnində olarkən anası ilə söhbət edib bu yeri oxuduğumda təkrar təkrar oxumağa başladım bəlkə səhf oxumuşam deyə amma elə deyilmiş Qurban olum Rəbbimə bu dünyada etdiyi möcüzələri tez-gec görməyimizə eşitməyimizə səbəb olur.Xədicə anamız Fatiməni dünyaya gətirərkən ətrafında 4 ruhanı qadın olmağı mənə öz övladlarımı dünyaya gətirməyə gedərkən anamın dediyi söz yadıma gəldi,doğuma gedərkən təmiz qadın ol salavat ver özünə, qoy həmən günü Fatimə ,Xədicə ,mələklərimiz sən doğarkən əlləri üzərində olsun,birdə doğuş anında Fatimənin,Xədicənin(s.ə)adını çək kömək etməyini dilə onda hər şey yolunda gedəcək,həqiqətəndə mamamın dediyi kimi oldu.Maraqlı xəbər üçün təşəkkürlər.
30 may 2016 20:52
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Kölge
Allahin salami olsun Muhemmede ve onun ehli beytine.infi ise dunyanin 4cennetlik qadinindan biri Fatime anamizdi
30 may 2016 20:51
# 2
Her şeye gore şukur
Miss_Oxatan
Cox maraqla oxudum.heqiqeten de dunyaya gelmesi bele mocuzevi olub Fatime (s.e) anamizin,ana betnindeyken daniwmasi,dunyanin mesum 4qadinin anasi Xedice (s) xanima komek etmeleri.bele etrafli bilmirdim,cox sagol)
30 may 2016 20:36
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz