Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dualarımızın qəbul olması üçün Həzrət Əlidən (ə) səkkiz tövsiyə
Dualarımızın qəbul olması üçün Həzrət Əlidən (ə) səkkiz tövsiyə
Göndərən: heyatim_menim
Şərhlər: 7
Baxılıb: 617
Səs ver:
İnsanları narahat edən ən mühüm suallardan biri budur ki, niyə dua edirik, amma dualarımız müstəcab olmur? Yaxud niyə filankəsin duası yerinə yetir, mənimki isə yox?

Hər şeydən əvvəl bunu bilməliyik ki, dünyada baş verən bütün hadisələr kompleks şəkildə, bir-biri ilə əlaqəli formada cərəyan edir. Bizim başımıza gələn hər bir hadisə bütöv şərait və hadisələr sisteminin bir hissəsidir. Heç nəyi ayrı-ayrılıqda qəbul etmək düzgün deyil. Bizim müstəqil kimi gördüyümüz hər bir hadisənin sezmədiyimiz səbəb və şərtləri, nəticə və təsirləri vardır. Hər hansı əməlimiz Allah yanında ayrı-ayrılıqda dəyərləndirilsə də, son qiymət kompleks şəkildə verilir. Məsələn, bir günahımız başqa bir savabımızı poza bilər. Eləcə də, bir savabımız başqa bir günahımızın silinməsinə səbəb ola bilər. Etdiyimiz ardıcıl müsbət və ya mənfi hərəkətlərimizin nəticəsi bir gün heç gözləmədiyimiz və yalnız Allahın hikmətinə məlum olan şəkildə rastımıza çıxar. Biz öz məlumatsızlığımız üzündən bunu ya təsadüf ya da ədalətsizlik kimi dəyərləndirirk. Əslində isə, hər şey bizim şüurumuzun dərk etmədiyi ciddi nizam-intizam əsasında baş verir. Daha sadə dillə desək, dualarımızın müstəcab olmamasının səbəbi bizim keçmiş fəaliyyətimizdə də gizlənmiş ola bilər. Yaxud Allah gələcəkdə baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün dualarımızı müstəcab etməyə bilər.

Unutmayaq ki, dua ilə əməl bir-biri ilə sıx bağlı olan məsələlərdir. Dua Allahla bəndə arasında qarşılıqlı surətdə baş verən bir prosesdir: bəndə istəyir, Allah bu istəyə münasibət bildirir, onu ya yerinə yetirir ya da rədd edir. Əgər biz Allahın buyurduqlarını, bizdən istədiklərini icra etmiriksə, hansı haqla Ondan da bizim istəklərimizi yerinə yetirməsini tələb edə bilərik? Əgər biz dualarımızın müstəcab olmasına layiq deyiliksə, deməli, istəyimiz baş tutmayacaq. İmam Əli (ə) buyururdu ki, əməlsiz dua edən şəxs ipsiz kamanla ox atan adama bənzəyir (Nəhcül-bəlağə, 330-cu hikmətli kəlam). Məlumdur ki, oxun kamandan çıxışı məhz ipin dartılıb gərilməsi və sonra buraxılması nəticəsində baş verir. Əgər kamanın ipi yoxdursa, o kamanın heç bir faydası yoxdur və onunla ox atmaq mümkün deyil.

İmam Əlinin (ə) digər bir kəlamında duaların müstəcab olmamasının səbəbləri daha əhatəli və təsirli şəkildə bəyan edilib. Rəvayət edirlər ki, bir nəfər o həzrətin yanına gəlib soruşdu: "Allah Quranda buyurub ki, dua edin, mən dualarınızı müstəcab edərəm. Bəs niyə biz dua edirik, amma müstəcab olmur?” İmam cavab verdi: "Sizin qəlbiniz səkkiz xüsusiyyətdə Allaha xəyanət edir. Ona görə də dularınız müstəcab olmur.

Birincisi, siz Allahı tanıyırsnız, amma Onun haqqını sizə vacib olduğu tərzdə əda etmirsiniz: ona görə də, bu tanımaq sizə fayda vermir.

İkincisi, siz Onun Rəsuluna iman gətirmisiniz, amma onun sünnəsinə əks çıxır və şəriətini öldürürsünüz; ona görə də bu imanın sizə faydası yoxdur.

Üçüncüsü, siz Onun nazil etdiyi Kitabı oxuyursunuz, amma ona əməl etmirsiniz, deyirsiniz ki, eşitdik və itaət etdik, sonra onun əksinə çıxırsınız.

Dördüncüsü, deyirsiniz ki, cəhənnəmdən qorxursunuz. Amma həmişə sizi cəhənnəmə yaxınlaşdıran günahları edirsiniz; bəs, elə isə, qorxunuz harada qaldı?

Beşincisi, deyirsiniz ki, cənnəti sevirsiniz, amma həmişə sizi cənnətdən uzaqlaşdıran əməllər edirsiniz. Bəs, elə isə, cənnətə sevginiz harada qaldı?

Altıncısı, ağanızın (yəni Allahın) nemətini yeyir, amma Ona şükr etmirsiniz.

Yeddincisi, Allah sizə əmr edib ki, şeytanı özünüzə düşmən biləsiniz. Amma siz şeytanla düşmən olduğunuzu iddia edə-edə onunla dost olursunuz.

Səkkizincisi, camaatın eyiblərini gözə soxur, öz eyiblərinizə isə göz yumursunuz.

Bütün bunlarla yanaşı, nə üzlə gözləyirsiniz ki, dualarınız müstəcab olacaq? Halbuki, siz özünüz dualarınızın qəbul olma yollarını bağlayır, qapıları qapayırsınız. Təqvalı olun, əməllərinizi islah edin, insanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirin. O zaman Allah sizin dualarınızı qəbul edər” (Səfinətül-Bihar, 1-ci cild, səh. 448-449).

Həzrət Əli (ə) lənətlik İbn Mülcəm tərəfindən ölümcül yaralandığı zaman həyatının son anlarında övladlarına buyurduğu vəsiyyətnamədə də bu məsələyə toxunaraq buyurmuşdu: "İnsanları yaxşı işlərə doğru çağırmağı və pis işlərdən çəkindirməyi tərk etməyin! Çünki bunları tərk etsəniz, zalımlar sizə qalib gələr. O zaman əlacsız qalıb Allaha dua edərsiniz, amma dualarınız müstəcab olmaz!”


Şərhlər: 7
Baxılıb: 617
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: vipbetul
Rebbim teki dualarimizi oz dergahinda qebul etsun buna cox ehtiyagimiz var

Amin
29 may 2016 11:40
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Senmeleysen
Salam olsun Hz ELIYE
29 may 2016 11:22
# 6
aziz a
Allahım bızlerı emeli saleh bendelerınden qerar eyle Amın ya rebbım...
29 may 2016 10:08
# 5
Qelbim doludu !!!!
vipbetul
Rebbim teki dualarimizi oz dergahinda qebul etsun buna cox ehtiyagimiz var
28 may 2016 23:13
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Allah haminin dualarini qebul etsin. Dogrudanda eledir. Gerek dinin butov ola. Tek oxudum, namaz qildim demekle deyil. Gerek qelbinle emel edesen hamisina. Tesekkur
28 may 2016 21:01
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Melek5
Həqiqətən elədir Allah bizi günahlardan qorusun şeytana uymağımıza imkan verməsin xəbərə görə təşəkkürlər Allah razı olsun.
28 may 2016 17:39
# 2
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
ayka95
Allah bizi pis emellerden qorusun ,Allah etdiyimiz dualari qebul etsin Amin insallah
28 may 2016 15:20
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz