Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir?
Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir?
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 1817
Səs ver:
Sual: Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir? Bu hadisə məktəbli qız tələbələr arasında o qədər geniş vüsət alıb ki, iki rəfiqə hər səhər görüşdükdə bir-birini öpürlər. Mən ümumiyyətlə bu məsələyə dair islamın hökmünü dəlilləri ilə, xüsusilə də bu qəribə hadisəyə dair hökmü bilmək istəyirəm 

Cavab: Həmd Allaha məxsusdur. 

Görüşərkən şəriətimizdə buyurulan, məşru sayılan ibadət salam vermək və əl ilə görüşməkdir. Əgər bir insan səfərdən qayıdıbsa onu bağrına basmağa, qucaqlaşmağa şəriətdə icazə verilir. Amma hər dəfə görüşdükdə öpüşməyə gəldikdə bu salam verməyin sünnətlərindən deyildir, əksinə bu əməlin qadağan olunmasına dair rəvayətlər varid olmuşdur. 

Tirmizi (2728) rəvayət edir ki, Ənəs ibn Malik radiyallahu anhu demişdir: "Bir kişi dedi: Ey Allahın rəsulu, bizlərdən birimiz qardaşı və ya dostu ilə görüşür. Ona baş əyməlidirmi, təzim etməlidirmi (belini bükməklə)? O sallallahu aleyhi və səlləm dedi: Xeyr. O dedi: Onu qucaqlayıb öpməlidirmi? O sallallahu aleyhi və sələm dedi: Xeyr. O soruşdu: Onun əlindən tutub əllərini sıxmalıdırmı (müsafaha etməlidirmi)? O sallallahu aleyhi və səlləm dedi: Bəli”. Şeyx Albani "Səhih Sünən əl-Tirmizi” əsərində bu hədisi həsən olaraq təsnif etmişdir. 

Doğrudur, bəzi hallarda öpüşməyə icazə verilir. Məsələn, səfərdən qayıdarkən və s. 

Lakin hər səhər qarşılıqlı şəkildə öpüşməyə gəldikdə, şübhəsiz ki belə bir şey şəriətdə yoxdur, şəriətə ziddir. Bu müsəlman cəmiyyətlərinə yad olan, müsəlman cəmiyyətinə yol tapan qəribə bir adətdir. Qorxulur ki, bu cür əməl qəlblərində mərəz, xəstəlik olan kəslər üçün "bəhanə” ola bilər. Bunun vasitəsilə "valeh olma” adlanan bir hadisədən haram əyləncələrə dala bilərlər. 

Şübhəsiz ki, bu da "aludə olmaq, başdan çıxarmağın, eşqin” haram növlərindən biridir. 


İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: 

Səyahətdən qayıdan və s.-uşaqdan başqa-kəsi qucaqlamaq və üzündən öpmək məsələsinə gəldikdə bu məkruhdur. Bu məsələ necə ki, Əl-Bəğavi və digərləri tərəfindən açıq-aydın ifadə edilmişdir...Yaraşıqlı saqqalsız gəncə gəldikdə istənilən halda onu öpmək haramdır, fərqi yoxdur istər o səhayətdən gəlsin və yaxud gəlməsin. Görünür ki, qucaqlamaq onu öpməyə yaxındır, fərq etməz öpən və öpülən kəslər saleh və yaxud başqa cür olsunlar. Sitatın sonu. "Əl-Məcmu 4/447” 

Fətvalar üzrə Daimi Heyətin üləmalarından soruşmuşdurlar: 

Hər görüşlərində, hər gün gənclərin bir-birinin yanaqlarından öpmələri kimi bir adət var. Bu adət həmçinin məsciddə və sinif otaqlarında yaşlı kişilər arasında da yayılmışdır. Bu əməl Sünnətə ziddirmi yoxsa bunu etməkdə bir qəbahət yoxdur? Bu bidətdirmi, yoxsa asilik və ya buna icazə verilir? 

Onlar bu cür cavab vermişdirlər: 

Şəriətdə buyurulan, məşru olan budur ki, görüşəndə salam vermək və əl ilə görüşmək lazımdır. Əgər görüş səfərdən sonra isə, o zaman qucaqlaşmaq olar. Çünki rəvayət olunmuşdur ki, Ənəs (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin sallallahu aleyhi və səlləm əshabələri görüşərkən əllərini bir-biri ilə sıxardılar və səfərdən gələndə isə qucaqlaşardılar”. 

Yanaqlardan öpməyə gəldikdə buna dəlil təşkil edən hər hansı sünnət bilmirik. Sitatın sonu. 

"Fətəvə əl-Ləcnə əd-Dəimə 24/128” 

Şeyx Albani (Allah ona rəhmət etsin) "Silsilət əl-Əhədis əl-Səhihə (1/74, Hədis ? 160) əsərində demişdir: Cavabımızın əvvəlində qeyd etdiyimiz kimi bu Tirmizinin rəvayət etdiyi hədisdir. 

Həqiqət budur ki, hədis açıq-aşkar dəlalət edir ki, görüşərkən öpüşmək islam dinində buyurulmamışdır, məşru deyiil. Bu hökmə uşaqları və yaxud öz həyat yoldaşını öpmək aid deyil. Bu da əlbəttə ki, aydın məsələdir. 

Müxtəlif vaxtlarda (vaqiələrdə) peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrindən bəzilərini öpməsini bildirən hədislərə gəldikdə-məsələn Mədinəyə gələndə Zeyd ibn Hərisəni öpərək qucaqlaması, Əbul Heysəm ibn əl-Teyhanı qucaqlaması və s.- buna aşağıdakı bir neçə yöndən cavab vermək olar: 

1. Bu hədislər dəlil təşkil etməyən qeyri-səhih hədislərdir. 

2. Hətta sözügedən hədislərdən bəziləri səhih olsaydı, o hədislər bu hədisə qarşı dəlil kimi istifadə edilə bilməz. Çünki bu peyğəmbərin sallallahu aleyhi və səlləm etdiyi bir əməldir. Bunun xüsusi hallara tətbiq olunduğunu söyləmək olar. Və yaxud bunun üçün xüsusi səbəb ola bilər. Bu da həmin hədisin dəlil kimi istifadəsini bu hədisdən fərqli olaraq qeyri-münasib edir. Belə ki, bu hədis "sözlü (qövl)” hədisdir, hədisdə ümumi şəkildə ümmətin hamısına müraciət edilir. Beləcə bu rədd olunması mümkün olmayan güclü bir dəlildir. Usul elmi sahəsində qaydalardan biri budur ki, "mübahisə yarandıqda "sözlər (qövllər) əməllər üzərində” üstünlük təşkil edir”. Qadağana dəlalət edən hədis, bunun icazəli olduğuna dəlalət edən hədislər üzərində üstünlük təşkil edir. Bu hədis "sözlüdür” və qadağana dair dəlildir, ona görə də hətta səhih olsalar belə qeyd olunan digər hədislər üzərində üstünlük təşkil edir. 

Eynilə, qucaqlaşmaq və bağrına basmaq məsələsində də deyirik ki, bu şəriətdə buyurulmamışdır. Hədis bunu qadağan edir. Lakin Ənəs radiyallahu anhu demişdir: "Peyğəmbərin sallallahu aleyhi və səlləm əshabələri görüşərkən əlləri ilə görüşərdilər və səfərdən qayıtdıqda qucaqlaşardılar”. Bu hədisi ət-Təbarani "əl-Əvsat” əsərində rəvayət etmişdir və hədisin rəvayətçiləri "səhih” şəxslərdir. Necə ki, bunu əl-Munziri (3/270) və əl-Beyhaqi (8/36) bildirmişdirlər. 

Əl-Beyhaqi (7/100) Şabidən səhih isnadla rəavyət edir ki, Muhəmmədin sallallahu aleyhi və səlləm əshabələri görüşərkən bir-birinin əllərini sıxardılar və səfərdən qayıtdıqda bir-birini qucaqlayardılar. 

Əl-Buxari "əl-Ədəb əl-Müfrəd” (970) və Əhməd (3/495) rəvayət edir ki, Cabir ibn Abdullah demişdir: "Mən bir nəfərin bir hədis eşitdiyini və bunu Allah rəsulundan sallallahu aleyhi və səlləm duyduğunu eşitdim. Dərhal bir dəvə aldım, əşyalarımı onun üzərinə yüklədim və bir ay yol getdikdən sonra Suriyaya çatdım. Orada Abdullah ibn Üneysi tapdım. Qapıçıya dedim: Ona de ki: Cabir qapıdadır. O dedi: İbn Abdullah? Mən dedim: Bəli. O... çıxıb gəldi və mənim boynuma sarıldı, mən də onu qucaqladım...Əl-Hafiz (1/195) bildirdiyi kimi bu hədisin isnadı həsəndir. Əl-Buxari bunu müəlləq hədislər arasında rəvayət etmişdir. 

Nəticədə, demək olar ki, səfər misalında qucaqlaşmaq məsələsi qadağanın hökmünə daxil deyil. Çünki səhabələr bu cür etmişdirlər. Sitatın sonu. 

Allah daha yaxşı bilir.


Şərhlər: 3
Baxılıb: 1817
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Bu barede hec yerde oxumamiwdim ((artiq melumatim var maraqli ve lazimli xeber idi tewekkurler paylawdiginiz ucun(((
22 iyun 2016 13:42
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 iyun 2016 09:46
# 2
vipbetul
her bir muselmanin bilmesi vagib olan melumatdir
22 iyun 2016 09:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz