Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arzulara çatmağın 4 yolu
Arzulara çatmağın 4 yolu
Göndərən: Lola_Maya_
Şərhlər: 10
Baxılıb: 1297
Səs ver:
Qurani-Kərim bizlərə arzularımıza çatmaq üçün 4 yol tövsiyə edir.
1. Ümid.
Allah bəndələrinə istəklərinə çatmaq üçün ümid yolunu tövsiyə edir. Allah Təala buyurur ki, gərək bəndə hər bir halda ümidvar olsun. Heç bir zaman İlahi rəhmətdən ümidsiz olmasın. Çünki ümid insanın kamala doğru hərəkət amilidir. O zamana qədər ki, insan ümidsiz olar, təkamülə tərəf hərəkət etməz. Quran buyurur ki, ümid insan ruhiyyəsini elə tərbiyə edir ki, çətinliklər onun üçün asan görünür. İnsan bir əməl görən zaman stimula malik olmalıdır. Əməl və iş hər nə qədər çətin olarsa, gərək insan ondan daha çox nəticələr və bəhrələr əldə edəcəyinə ümid bəsləyərək, bu işə qalxsın.
"Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın". ("Kəhf" 110).
Ümid insanda elə bir rahatlıq hissi meydana gətirər ki, insan hədəfinə çatmaq üçün daha yaxşı yollar tapar.

2. Təvəkkül.
İkinci həll yolu - təvəkküldür. Din insanda təvəkkül hissini yaradır. Biz müsəlmanlara öyrədir ki, bütün işlərimizdə Allaha təvəkkül etməyi bacaraq. İslam dini bu yolla insana elə bir dayaq qərar verir ki, Quran kitabında Qadir, Əziz, Qahir... adları ilə məşhurdur. O kəsdir ki, hər bir qeyri-mümkünü mümkün edər. "Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin". ("Maidə" 23).
"Kim Allaha təvəkkül etsə, O ona kifayət edər". ("Təlaq" 3).

3. Təfəkkür.
Sonrakı yol - sağlam təfəkkürdür. Quran buyurur: "O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: "Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru"". ("Ali-İmran" 191). Təfəkkür insanın arzusu ilə olan fasiləsini qısaldar. Ona bu arzusuna çatmaq üçün ən qısa və ən düzgün yolu göstərər.

4. Dua.
Allah Təala Özü ilə bəndələrinin rabitəsinə çox əhəmiyyət verir. Onları davamalı olaraq dua etməyə dəvət edir. Baxmayaraq ki, hər bir insanın qəlbində olandan agahdır, ancaq bəndələrinə olan əlaqəsi və sevgisi o qədər şiddətlidir ki, istəyir ki, bəndələri Onunla söhbət etsinlər. İstəklərini Allaha bildirsinlər. "Əgər dualarınız olmasaydı, mənim Pərvərdigarım sizə etina etməzdi". ("Furqan" 77).
Bunu da qeyd etmək lazımdır ki, əgər insan bir şeyi istəməsə, həmin işi görməyəcəkdir. Bu bizik ki, gərək arzularımız üçün hərəkət edək.
Allah Təala bizləri düzgün arzusu olanlardan və bu arzuyz düzgün yollarla nail olanlardan qərar versin.


Şərhlər: 10
Baxılıb: 1297
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
tskrler xebercun
21 avqust 2016 17:41
# 10
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Totu
Gözel xeberdir.İnşallah herşey yaxşı olar
19 may 2016 19:07
# 9
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
gulay..
Allah dualarimizi gebul etsin...AMIN
18 may 2016 22:00
# 8
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
elanora
Allah butun bedelerne komek olsun. Dualarni qebul etsin. Aminnn
18 may 2016 18:00
# 7
yarpaq33
Her birimiz her gun neyese umud edirik bu umudlerimiz gerceklewsin deye dualar edirik Allah her kesin duasini qebul etsin
18 may 2016 17:08
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Kölge
Allahdan cix isteyin .vereceyi hec bir şey Ona agir gelmez
18 may 2016 17:05
# 5
Her şeye gore şukur
qanadli melek
Arzularima catmaq ucun hemiwe dua edirem ve olacaqina umid edirem.Allah her kesi arzularina catdirsin
18 may 2016 15:00
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ayka95
Allah her birimizi arzularimiza catdirsin insallah Amin
18 may 2016 14:56
# 3
vipbetul
cox gozel yazidir Rebbi butun dualarimizi bizimcun xeyirli ederek bize qismet etsun Amin insallah
18 may 2016 14:56
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Arzulara catmaq ucun her seyden evvel inanmaq ve umid etmek lazimdir
18 may 2016 14:54
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz