Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Axirəti üçün çalışanın dünyada ruzisi bol olar
Axirəti üçün çalışanın dünyada ruzisi bol olar
Göndərən: Lola_Maya_
Şərhlər: 6
Baxılıb: 436
Səs ver:
İmam Əli (ə) əziz oğlu İmam Həsənə (ə) belə vəsiyyət edir: "Mükafat almaq üçün əməl edin".
"Nəhcul-bəlağə"yə nəzər salanda görmək olur ki, nə zaman söhbət mükafatdan düşürsə, axirət mükafatı nəzərdə tutulur. Belə ki, Quran ayələri və Məsumlardan (ə) gələn hədislər bizim axirət üçün əməl etməyimizi tövsiyə edir."Axirət üçün elə əməl edin ki, sanki sabah öləcəksiniz".
Əgər axirət məsələsi və axirət üçün çalışmaq gündəlik həyatımızın mühüm hissəsinə çevrilərsə, insan yavaş-yavaş dünya nemətindən bəhrələnər və İlahi stimul ilə əbədi səadətinə tərəf hərəkət edər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, səhəri açar və gecəni edər, ən böyük himməti axirəti üçün olar - Allah qəlbini ehtiyacsız və zəngin qərar verər. İşləri dağınıq olmaqdan xilas olar, dünyadan ruzini kamil şəkildə almadan getməz".
Bu hədisdən görmək olur ki, insan əgər axirəti üçün çalışarsa, səbəb olar ki, axirəti abad olsun. Əlbəttə, Allah bu dünyada da işlərimizi xeyirli edər. Ruzi və dünya işləri baxımından bizi ehtiyacsız edər.
Ancaq əgər əksinə olarsa, bütün səy və çalışmamız dünyamız üçün olarsa, axirətdən qafil olarıq. Əziz Peyğəmbərimiz (s) çalışması dünya üçün olan barədə buyurur: "Allah onun qarşısında yoxsulluğu qərar verər. İşləri dağınıq olar". Beləliklə, hər nə qədər insan dünya işlərinin ardınca qaçarsa, dünya ondan uzaqlaşar. Onu az bəhrələndirər, bu cür insan dünyasını və axirətini uduzar.
Ancaq əgər qəlbimizdə imanımız olsa və bilsək ki, dünya işlərinin hamısı bizdən deyil, Xaliqdən asılıdır, Allah Təala Özü bəndələrinin ruzisini verəndir - onda yersiz yerə tamah və paxıllıq etmərik.
Ona görə də insanın bu dünyadakı əsl səy və çalışması axirəti üçün olmalıdır. Əlbəttə, bu yol heç də asan deyildir, çətin bir yoldur. Bu, həm də o mənada deyildir ki, insan əlini-əlinin üstünə qoysun və heç bir səy göstərməsin. Desin ki, mənim ruzimi Allah yetirəcəkdir. Belə də deyildir. Bəlkə insan ruzi qazanmaq üçün bütün səylərini etməlidir və eyni zamanda Allahdan qafil olmamalıdır. Ən çox səyi - axirəti üçün olmalıdır. Əgər qarşısına dünya və axirət məsələsi çıxarsa, axirət olanı seçsin və Allaha təvəkkül etsin.
Beləliklə deyə bilərik ki, İmam Əlinin (ə) oğluna verdiyi tövsiyə - axirət üçün olan mükafatdır. İnsan əgər axirəti üçün çalışarsa, Allah Təala ona həm bu dünyada və həm də axirətdə yar və yavər olar.


Şərhlər: 6
Baxılıb: 436
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqlı xeberdi
24 may 2016 13:19
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
ayka95
Insan axiretini düşünb yaşamalidir
23 may 2016 14:58
# 5
Barbaris
Sitat: Antikvar
Mən ruzimi hər xaman Allahda istəmişəm xeyrlisidə olanda şükür edirəm xeyrsizi olanda yardım istəyirəm,qismətimizdə yoxuydu olmadı şükür bu günümədə deyib dua edirəm.Axirətimi həmişə fikirləşmişəm addım atanda da mən bunu etsəm birdən Allahımın qəzəbinə səbəb olaram deyədə düşünürəm etmirəm çox zaman.Amma bu həyatda bir ayaqları qəbirə yaxın olduğu zamanda belə öz pisliklərindən,dede-qodularından,söz aparıb gətirməklərindən əl çəkmirlər işlərini altdan görüb sonra başınə fırladıb namaz qılırlar daha mənası nə o namaz qılmağın?Allah bizləri elələrinin şərlərindən qorusun.Maraqlı mətn oldu təşəkkürlər.
23 may 2016 14:45
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
emellerimizi o dunyani fikirleserek etmeliyik bu dunyadan gederik esas o bri dunyamiz ucun rizkimizi toplamaliyiq Rebbim gunahlarimizi baqislasin yerimizi Cennet elesin Amin insallah
23 may 2016 11:25
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wirin Meleyim
Maraglidi bele metnlerin cox olmasiyaxwi olaar
23 may 2016 11:22
# 2
Imza aysu agazade
Antikvar
Mən ruzimi hər xaman Allahda istəmişəm xeyrlisidə olanda şükür edirəm xeyrsizi olanda yardım istəyirəm,qismətimizdə yoxuydu olmadı şükür bu günümədə deyib dua edirəm.Axirətimi həmişə fikirləşmişəm addım atanda da mən bunu etsəm birdən Allahımın qəzəbinə səbəb olaram deyədə düşünürəm etmirəm çox zaman.Amma bu həyatda bir ayaqları qəbirə yaxın olduğu zamanda belə öz pisliklərindən,dede-qodularından,söz aparıb gətirməklərindən əl çəkmirlər işlərini altdan görüb sonra başınə fırladıb namaz qılırlar daha mənası nə o namaz qılmağın?Allah bizləri elələrinin şərlərindən qorusun.Maraqlı mətn oldu təşəkkürlər.
23 may 2016 10:33
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz