Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bilmirəm sözünü tərk etməyi
Bilmirəm sözünü tərk etməyi
Göndərən: Lola_Maya_
Şərhlər: 2
Baxılıb: 304
Səs ver:
İmam Əli (ə) buyurur: "Hər kim "bilmirəm" sözünü tərk edərsə, özünü ölümə vermiş olar. Hər bir şeydən agah olduğunu bildirmək - yolunu azdırmaq, dünya və axirətdə həlak olmaq mənbəyinə səbəb olar". (Tebyan)
Əziz İmamımız (ə) bu nurani kəlamı ilə buyurur ki, ancaq xəbərdar olduğunuz mövzulara cavab verin. "Bilmirəm" sözünü unutmayın. Əks halda həlak olarsınız.
İmam Əlinin (ə) zahiri xilafəti zamanı İmamın (ə) etimad etdiyi insanlar içərisində Əbu Bəkrin oğlu Muhəmmədin xüsusi yeri var idi. Misir hakimiyyəti ona tapşırılmışdı. Lakin bir müddətdən sonra bu işin öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, İmam Əlinin (ə) bu insana xüsusi bağlılığı var idi, onun yerinə Malik Əştəri təyin etdi. Muhəmməd də bu xəbəri eşidən zaman narahat oldu. Onun bu narahatlığı vəzifədən atıldığı üçün deyildi, ona görə idi ki, məbada İmamın (ə) etimadını doğrultmamış olsun.
"Nəhcül-Bəlağə"də İmam Əlidən (ə) belə nəql edirlər: "Mənə xəbər çatıb ki, səni hakimiyyətdən götürüb yerinə Malik Əştəri təyin etdiyim üçün narahat olmusan. Bu dəyişdirmə sənin vəzifəndə süstlüyünə və az çalışmağına görə olmamışdır. Bəlkə sən öz səyini etmisən. Lakin Misir kimi bir diyarda hökumət etmək üçün daha güclü insana ehtiyac vardır. Ona görə də Malik seçilmişdir. Əgər Misir hökumətini səndən alıramsa, sənə həm asan və həm də ruhi cəhətdən münasib olan başqa hakimiyyəti tapşıracağam".
İmam Əli (ə) Malik Əştərə xitab edərək belə buyurur: "İşçilərinin işinə nəzər sal və onları imtahana çəkəndən sonra işə al. Nəinki hədiyyə yolu ilə. Bu cür rəftar həm zülm və həm də xəyanətdir. Onları təcrübə, həya əhlindən, xoş adlı ailələrdən və İslamda qabaqcıl olanlardan təyin et. Çünki onların əxlaqı daha yaxşı, ailələri daha pak, tamahları az, işlərinin aqibətini ölçməkdə daha ayıqdırlar".
Bəlli olur ki, İmam Əlinin (ə) işçi seçən zaman meyarları bunlardır:
- Təcrübəli və işi bilən olsunlar. Məsələlərlə üzləşən zaman təcrübə ilə həll etsinlər.
- Nəcib və pak ətəkli olsunlar. Həya əhli olsunlar. Rəzillikləri özlərinə buraxmasınlar.
- Əsl və təqvalı ailələrdən olsunlar. Zülm, xəyanət və fəsad olan mühitdə böyüməsinlər.
- Keçmişləri gözəl olsun və İslam dininə gəlişləri başqalarından qabaq olsun. Yəni, o kəslərdən olsunlar ki, İslam dini geniş yayılmazdan əvvəl onu qəbul etsinlər. Qüdrətə çata bilməmək qorxusundan deyil, ya da sərvətə çatmaq istəyilə deyil.
- Şəxsiyyətli insanlar olsunlar. Hər cür büdrəmələrdən uzaq olsunlar.
- Rəhbərlik etmək qabiliyyətinə malik olsunlar.
- Dünyanın maddi tərəflərinə nəzər salmasınlar, heysiyyətli olsunlar.
İmam Əli (ə) buyurur ki, sən gərək hər bir işçini imtahana çəkib sonra işə alasan.


Şərhlər: 2
Baxılıb: 304
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
heyatim_menim
gozel yazidi.demek olar ki, bilmirem sozunden istifade edirem cox vaxt.tesekkurler
13 may 2016 11:48
# 2
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
vipbetul
gozel ibretli yazidi
13 may 2016 10:21
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz