Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qeybətin gətirdiyi dünya və axirət bəlaları
Qeybətin gətirdiyi dünya və axirət bəlaları
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 538
Səs ver:
Bəzi çirkin əməllərimiz insanlarla rabitəmizə mənfi təsir qoyar. Bu çirkin əməllərdən biri də qeybətdir. Qeybət elə bir şeydir ki, əgər həmin insan bu xəbəri eşitsə, xoş qarşılamaz. Yəni, sən kiminsə nöqsanını başqalarının yanında deyirsən. Bu nöqsan ola bilsin ki, əxlaq, rəftar və bədən eybləri olsun. Qeybət sırf dillə edilən bir əməl deyildir. Yazmaq və ya işarə etmək də qeybətə şamil edilir.
Həzrət Peyğəmbər (s) soruşur: "Bilirsinizmi ki, qeybət nədir?". Deyirlər: "Xeyr". Buyurur: "Qardaşını elə yada salmaqdır ki, əgər başa düşsə, narahat olar". Soruşurlar: "Əgər o şeyi ki, deyirlər, qardaşımızda olsa belə?". Buyurur: "Əgər o şeyi ki, deyirsən, onda olarsa, qeybət etmişsən, əgər onda olmazsa, böhtan atmısan".
İslamın tövsiyə etdiyi ən gözəl əxlaqi fəzilətlərindən biri budur ki, başqasının eybini gizlədək.
Qeybətin gətirdiyi bəlaları iki dəstəyə  bölmək olar: dünya və axirət bəlalarına.
 
Qeybətin mənəvi və axirət bəlası
1. Yaxşı əməlləri məhv edər. Qeybət nəticəsində insanın gördüyü yaxşı əməllər məhv olar. İmam Sadiq (ə) buyurur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Necə ki, atəş odunu yeyər, qeybət də yaxşı əməlləri yeyər və aradan aparar".
İnsan qeybət edərək əməl dəftərində olan yaxşı əməllərini məhv edər və onu qeybət etdiyi insanın əməl dəftərinə ötürmüş olar.
Həzrət Peyğəmbər (s) nəql edir: "Qiyamət günü sizlərdən birini məhşər səhrasına əməllərinə baxmaq üçün hazır edərlər. Əməl dəftərini əlinə verərlər. Ona baxan zaman yaxşı əməllərindən heç bir şeyi orada görməz. Deyər: "Pərvərdigara! Bu, mənim əməl dəftərim deyildir. Çünki dünyada yerinə yetirdiyim əməl və ibadətdən orada bir şey görmürəm". Ona deyilər ki, sənin Allahın xəta etməz. Bu əməl dəftəri - sənindir. Qeybət etdiyin üçün gördüyün yaxşı əməllər qeybət etdiyin insanın əməl dəftərinə yazılmışdır. Sonra başqa birini hesab üçün gətirərlər. Əməl dəftərini ona verərlər. Dəftərə nəzər salar, ancaq gözlədiyinin əksinə olaraq orada çox sayda ibadət və yaxşı əməl görər. Təəccüblənib deyər: "Allahım, bu, mənim əməl dəftərim deyildir. Mən burada yazılan yaxşı əməlləri görməmişəm". Ona deyilər: "Çünki filankəs sənin haqqında pis danışmışdır və ona görə də onun yaxşı əməlləri sənin əməl dəftərinə yazılmışdır"".
 
2. Allah vilayətindən xaric olar
İmam Sadiq (ə) buyurur: "Hər kəs möminin abırını aparmaq və eybini tutmaq üçün onun əleyhinə danışarsa, Allah bu cür insanı öz vilayətindən xaric edər. Şeytanın vilayətinə tərəf göndərər, ancaq şeytan onu qəbul etməz".
 
3. İnsanın inancı fasid olar
Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətin müsəlmana təsiri, cüzamın bədənə təsirindən daha tezdir".
 
4. İbadətin dəyəri azalar.
O kəs ki, qeybət edir, ibadətinin dəyəri azalmış olar. Həzrət Peyğəmbər (s) buyurur: "Məsciddə əyləşmək və namazın vaxtının çatmasını gözləmək ibadətdir o zamana qədər ki, insan həds etməsin". Soruşdular ki, həds nədir? Buyurdu: "Qeybət etmək".
 
5. Əməlləri qəbul olmaz
 
6. Behiştdən məhrum olar
Həzrət Peyğəmbər (s) buyurur: "Behişt üç nəfərə haramdır: söz gəzdirənə, qeybət edənə, daima şərab içənə".
 
7. Mükafatı təxirə düşər
Allah Musaya (ə) vəhy edir ki, qeybət edən  əgər tövbə edərsə, behiştə daxil olan sonuncu kəsdir. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olar.
 
8. Qiyamət günü çirkin şəkildə  təcəssüm olar
 
Qeybətin dünya bəlaları
1. Abrı aparar
İmam Sadiq (ə) buyurur: "Qeybət etmə ki, qeybət olunarsan. Qardaşın üçün quyu qazma ki, özün ora düşərsən".
 
2. Düşmənçilik yaradar
İmam Əli (ə) buyurur: "Qeybətdən çəkin, çünki Allahın və insanların qəzəbinə və düşmənçiliyinə səbəb olar və savabı məhv olar".
 
3. Çirkinlikləri təbliğ edər
İmam Sadiq (ə) buyurur: "Həqiqətən o kəslər ki, imana malik olan insanların arasında çirkinlikləri yaymağı xoşlayır, onlar üçün ağrılı əzab vardır".
 
Allah Təala bizləri günahdan qorunanlardan qərar versin


Şərhlər: 10
Baxılıb: 538
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
Allah razı olsun bunları bilirdim amma yene bilmek ytaxsidir
19 avqust 2016 18:32
# 10
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Baharat
Allah razi olsun. Bu dovurde hami qiybet edir qohumla cekiwen kim qonwusundan daniwan kim ALLAH bizleri dogru yere yonetsin AMIN !
19 avqust 2016 18:27
# 9
Totu
Allah razı olsun
17 avqust 2016 21:11
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Sebine N-lee
xebere gorə cox sagolun..qeybetden uzaq durmaq isteyenler namaz qilsinlar ..Allaha ibadetlərini azaltmasinlar...
17 avqust 2016 19:49
# 7
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
♥ KaMa ♥
Allah bagislasin gunahlarimizi
17 avqust 2016 16:34
# 6
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
___Jasmin___
Sitat: vipbetul
Rebbim gunalhalrimizi baqislasin bizi o cur seytani yolladan emellerden qorusun Amin Insallah


Amin inşallah
17 avqust 2016 15:39
# 5
I remained behind now the mother of 14 spring -Big

Onun_Mələyi
a a....xeber məndə açılmadı.shokyalnız şerləri oxuya bilirəm nədəndi görəsən
17 avqust 2016 15:36
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
Rebbim gunalhalrimizi baqislasin bizi o cur seytani yolladan emellerden qorusun Amin Insallah
17 avqust 2016 14:33
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Cox dogru yazilib ama indiki zamanede qeybeti kisilerde qirir qaldi ki qadinlar
17 avqust 2016 13:40
# 2
Her gulusun arxasında bır keder vardır
Nur Melikzade
Eh indi qeybet etmeyen var?! Cox gunah iwdi cekinmey lazimdi qeybetden.
17 avqust 2016 11:08
# 1
İmza
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz