Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəcəb ayının fəziləti (üstünlüyü)
Rəcəb ayının fəziləti (üstünlüyü)
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 557
Səs ver:
Rəcəb sözü lüğətdə - təzim etmək, böyük saymaq, qorxmaq və həya etmək mənasındadır. İstilahi (işlənmə) mənası isə odur ki, ay təqvimində olan 7-ci ayın adıdır.
1. Əbu Səid Xudridən: Allahın Rəsulu (s.a.a.) dedi: Bilin ki, Rəcəb Allahın əsamm ayıdır (yəni kafirlərlə döyüş qadağan olduğundan qulaqların silah səsini eşitməməsi və kar olduğu bir aydır, əlbəttə ki, bu bir bənzətmədir) və o əzəmətli aydır. Rəcəb ayı ona görə əsamm adlandırılmışdır ki, Allahın ayları arasından hər bir ayın Allah yanında onun hörmətinə (yəni toxunulmazlığına) və fəzilətinə (üstünlüyünə) yaxınlığı yoxdur (çünki, kafirlərlə bu ayda müharibə etmək qadağan edilmişdir). Cahiliyyət dövründə (yəni Peyğəmbərimizə (s.a.a.) şəriət verilməmişdən) dövründə cahilləri (yəni bütpərəstləri) bu aya hörmət qoyurdular (əzəmətli hesab edirdilər). İslam gəldikdən sonra isə bu ayın əzəməti (böyüklüyü) və fəziləti daha da artdı. Bilin ki, Rəcəb Allahın ayıdır, Şəban Mənim ayımdır, Ramazan ayı isə ümmətimin (rəhbəri olduğum insanların) ayıdır. (Sənəd: Səvabul-Əmal; Biharul-Ənvar)

2. İmam Rzadan (ə): Kim Rəcəb ayının birinci günü (və ya əvvəlində bir gün) Uca Allahdan savab istəmək niyyəti ilə oruc tutsa, onun üçün cənnət vacib olar və kim Rəcəb ayının ortasından 2 gün oruc tutsa (qiyamət günü) Rəbiə və Muzirr tayfasının adamlarının sayı qədər şəfaət edər (öz mömin qardaş və bacılarından) və kim bu ayın axırında oruc tutsa, Allah onu cənnətdə mülk sahiblərindən edər və onun atasını, anasını, oğlunu, qızını, qardaşını (bacısını), əmisini, bibisini, dayısını, xalasını, onun tanıdıqlarını (yəni dostlarını) və qonşularını şəfaət edər və hətta əgər onların arasında cəhənnəm odunda yandırılması vacib olan şəxslər olsa da belə. (Sənəd: Vəsail; Uyun Əxbar Rıza; Bihar).

3. Ənəs ibn Malikdən: Allahın Rəsulu (s.a.a.) dedi: Kim imanlı halda və hörmət edərək (sayaraq) Rəcəb ayından 1 günü oruc tutarsa, Uca Allah onunla cəhənnəm arasında 70 xəndək (enli və dərin arx) qərar verər, hər xəndəyin eni göy ilə yer arasındakı məsafə qədər olar (Sənəd: Əmaliyus-Səduq; Biharul-Ənvar; Vəsail).

4. Əli ibn Salim atası Salimdən rəvayət edir: Rəcəb ayında İmam Sadiqin (ə) yanına daxil oldum və ayın axırına bir neçə gün qalmışdı. Mənə nəzər saldıqda dedi: Ey Salim, bu ayda heç oruc tutduğun gün olubmu? Dedim: Vallahi, yox ey Allahın Rəsulunun oğlu. Dedi: Sən o qədər savab itirmisən ki, onun sayını Allahdan başqa heç kəs bilmir. Həqiqətən bu ayı Allah üstün tutub və hörmətini əzəmətli edib və bu ayda oruc tutanlara öz kəramətini (hədiyyələrini, dərəcələrini) vacib edib. Ona dedim: Ey Allahın Rəsulunun oğlu əgər yerdə qalan günlərdə oruc tutsam bu ayda oruc tutanların savabından bəzisinə yetişə bilərəmmi? İmam (ə) dedi: Ey Salim. Kim bu ayın axırında 1 gün oruc tutsa bu oruc onun üçün ölüm ayağında (yəni can verən zamanı) asan olar (yəni can verməsi rahat olar) və hər şeyin aşkar olacağı günün qorxusundan (yəni ölümdən sonrakı anların qorxusundan) aman olar və qəbr əzabından (yəni ruhlar aləmindəki əzabdan) aman olar. Və kim bu ayın axırında 2 gün oruc tutsa bu oruc ona sirat körpüsündən icazə (hökmü) olar (yəni icazə verilər keçsin). Və kim bu ayın axırında 3 gün oruc tutsa "böyük qorxu gününün” (qiyamət gününün) qorxusundan və çətinliklərindən amanda qalar və onun üçün cəhənnəm atəşindən amanda qalar və onun üçün cəhənnəm atəşindən xilas olmaq hökmü verilər (yəni bəraət verilər). (sənəd: Bihar; Vəsail)

5. İmam Baqirdən (ə): Kim Rəcəb ayının əvvəlindən və ya ortasından və ya axırından bir gün oruc tutsa Allah cənnəti ona vacib edər və onu qiyamət günü bizimlə (yəni Əhli-Beytlə (ə)) birlikdə və bizim dərəcələrimizdə qərar verər. Və kim Rəcəb ayında 2 gün oruc tutsa ona deyilər ki, keçmiş günahların bağışlandı, əməllərinə yenidən bax (yəni, diqqət elə ki, günah eləmiyəsən). Və kim 3 gün oruc tutarsa ona deyilər ki, sənin keçmiş və gələcək günahların bağışlamdı. Bəs ona görə də tanıdıqlarından və mömin qardaş-bacılarından kimi istəyirsənsə şəfaət elə. Və kim 7 gün oruc tutsa cəhənnəmin 7 qapısı onun üzünə bağlanar və kim 8 gün oruc tutsa cənnətin 8 qapısı onun üzünə açılar və hansından istəsə daxil olar (Sənəd: Bihar; Vəsail)

6. İmam Baqirdən (ə): Kim Rəcəb ayından 7 gün oruc tutsa Uca Allah ona Sirat körpüsündən keçmə icazəsi verər və cəhənnəmdən uzaq edər və cənnət otaqlarını (evlərini) ona vacib edər (yəni cənnətdə onlara sahib olar). (sənəd: Bihar)

7. İmam Sadiqdən (ə): Rəcəb ayının 27-ci gününün orucunu ötürməyin (əldən buraxmayın), çünki o gün (babam) Muhəmmədə (s.a.a.) peyğəmbərlik (nübuvvət) nazil olan gündür və o gündə tutulan orucun savabı sizin üçün 70 ayın orucunun savabına bərabərdir. (sənəd: Fəqih; Kafi; Bihar; Vəsail)

8. İmam Rzadan (ə.): Uca Allah babam Muhəmmədə (s.a.a.) Rəcəb ayının sonuna 3 gün qalmış peyğəmbərliyə çatdırdı və o günün orucu 70 illik oruc kimidir. (Sənəd: Səvabul-Əmal; Bihar)

9. İmam Rzadan (ə): Həqiqətən Nuh (ə) peyğəmbər Rəcəb ayının əvvəlində gəmiyə mindi və özüylə birlikdə olanlara əmr etdi ki, bu günü oruc tutsunlar. İmam (ə.) dedi: Kim bu günü oruc tutsa illik yol getmək məsafəsi qədər cəhənnəm odu ondan uzaqlaşar. Və kim 7 gün oruc tutsa cəhəmməmin 7 qapısı onun üzünə bağlanar və kim 8 gün oruc tutsa cənnətin 8 qapısı onun üzünə açılar və kim 15 gün oruc tutsa istədiyi şey ona verilər və kim bundan çox oruc tutsa Allah daha çox nemətlərini ona verər. (Sənəd: Fəqih; Vəsail)

10. İmam Rzadan (ə): Rəcəb cənnətdə bir çayın adıdır ki, suyu süddən ağ və baldan şirindir. Kim Rəcəb ayında 1 gün oruc tutsa Allah o çayın suyundan həmin şəxsə içirər. (Sənəd: Fəqih; Vəsail)

11. İmam Rzadan (ə): Rəcəb əzəmətli bir aydır. Uca Allah bu ayda (möminlərin) yaxşı əməllərini çox yazar və günahlarını məhv edər (yəni, əməl dəftərindən pozar). Və kim bu ayda 1 gün oruc tutsa cəhənnəm atəşi ondan 1 illik yol getmək məsafəsi qədər uzaqlaşdırılar və kim 3 gün oruc tutsa ona cənnət vacib olar (Sənəd: Bihar; Vəsail)

12. İmam Əlidən (ə): Kim Rəcəb ayının əvvəlində və ya ortasında və ya axırında 1 gün oruc tutsa keçmiş və gələcək günahları bağışlanar və kim Rəcəbin əvvəlində 3 gün və ortasında 3 gün və axırında 3 gün oruc tutsa onun da keçmiş və gələcək günahları bağışlanılar. Və kim Rəcəb ayında olan gecələrdən birini (ibadət edərək) oyaq qalsa Allah onu cəhənnəm odundan uzaqlaşdırar və 70 min nəfər günahkar haqqında onun şəfaətini qəbul edər. Və kim Allahın savabına yetişmək üçün Rəcəb ayında sədəqə versə Allah qiyamət günündə ona cənnətdə elə bir savab hədiyyə edər ki, onu nə gözlər görmüşdür, nə onun haqqında qulaqlar eşitmişdir və nə də ki, hər bir bəşərin (insanın) xəyalına da gələ bilməz (sənəd: Bihar; Vəsail).


Şərhlər: 7
Baxılıb: 557
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
InsAllah bu gozel ayin savabina nail olariq
20 aprel 2016 15:13
# 7
nermin))
Allah razi olsun.Coxun bilmirdim.
11 aprel 2016 23:19
# 6
Totu
Allahim bize her zaman komek ol.Amin İnşAllah;)
10 aprel 2016 20:11
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
sizin 1205
Allah butun oruc namaz ve dualari qebul etsin.amin
10 aprel 2016 17:18
# 4
L
Tomris Müslümova
Bayaq yolda bir sinif yoldaşımı görmüşəm.Hicablıdır.Deyir görüşmə mənimlə.Deyirəm niyə? Deyir Rəcəb ayıdır oruc tutmuşam.Onda bildim mənim din haqqında məlumatım təəssüf ki,azdır.Allah tutulan orucları,edilən niyyətləri qəbul etsin inşAllah.
10 aprel 2016 16:05
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
Gozel melumatdir bu ayin savabini Rebbim uzerimizden eksik etmesin Amin insallah
10 aprel 2016 13:23
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
kiraz mevsimci kiz
heftenin 2-ci gununden basliycam INSALLAH oruc tutmaga ALLAH tutulan butun oruclari qebul etsin INSALLAH
10 aprel 2016 09:15
# 1
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz