Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahın sevdiyi kəlmələr
Allahın sevdiyi kəlmələr
Göndərən: Dj_Vampir
Şərhlər: 8
Baxılıb: 1200
Səs ver:
Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir. 

Zikrlər müxtəlifdir, bunlardan biri olan "Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: "Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!” 

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Allaha ən sevimli kəlmə: "Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allaha ən sevimli kəlmə qulun "Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: "Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: "Allahın mələkləri və qulları üçün seçdiyi: "Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gün ərzində yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- deyər­sə, günah­ları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gecə qalx­ma­ğa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaq­dan qorxarsa, "Subhən-Allahi və bihəmdihi”- demə­yi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boy­da qızılı xərclə­məkdən daha sevimlidir”. (ət-Tabərani "Mucəmul-Kəbir” 7800).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim səhər və axşam yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- de­yər­­sə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söylə­yəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)


Şərhlər: 8
Baxılıb: 1200
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
narmiwka_15
men bilirdim bu kelimeni caliwiramki her gun 100 defe diyim
28 aprel 2016 14:42
# 8
Be Happy))
efsane..
Allah razi olsun bu zikr haqqinda bilmirdim
28 aprel 2016 11:56
# 7
Fi-Ra
Paylaşdığınız üçün təşəkküelər. Bilmirdim öyrənmiş oldum
28 aprel 2016 00:21
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Totu
Allah razı olsun
27 aprel 2016 22:23
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Melek5
Maraqli idi melumatim yoxuydu Allah razi olsun
27 aprel 2016 19:02
# 4
Məndən cox uzaqlarda olsanda hec kimin ola bilməyəcəyi qədər ürəyimdə və hər Zaman ağlımdasan
evli.mutlu.cocuklu
Ele maraqla oxudum gozel sozlerdi
27 aprel 2016 16:31
# 3
vipbetul
en gozel lazimli melumatdir Rebbim savablarimizi bol elesin Amin insallah
27 aprel 2016 14:42
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NURANE
Hec bunu bilmirdim cox sag olun mende bele deyecem ALLAH komeyimiz olsun
27 aprel 2016 10:16
# 1
zalimin zulmu varsa seveninde Allahi var
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz