Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
HZ.Fatimə (s.ə)-ın evliliyi
HZ.Fatimə (s.ə)-ın evliliyi
Göndərən: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 480
Səs ver:
Fatimənin evlənmək üçün çox elçisi olub. Məhəmmədin səhabələrindən Ömər, Əbu Bəkr, Əbdürrəhman b. Əfv və s. kimiləri ona elçi olmuş, ancaq Məhəmməd qəbul etməmiş[41] və onlara cavab olaraq belə demişdir: "Fatimə daha kiçikdir. Əli Fatiməni istəyəndə Məhəmməd qəbul etmişdir.[42] Məhəmməd Fatiməyə belə demişdir; زوّجتکِ أقدم الاُمة اسلاماً "Səni ilk müsəlman olan adamla evləndirirəm."[43] Eyni şəkildə mühacirlərdən də bir qrup Fatiməyə elçi olmuş, [44] ancaq Məhəmməd belə demişdir: "Fatimənin izdivaç işi Allahın əlindədir. Əgər o, münasib görər və münasib bilərsə o şəkildə edəcəkdir və mən ilahi hökmü gözləməkdəyəm."[45] Fatimənin Əli ilə evliliyi hicrətin ikinci ilində Mədinədə baş verib.[46] Məhəmmədin qızının mehriyyəsi təxminən 400 dirhəm olmuşdur. Əli əşyalarından birini sataraq bu pulu əldə edib. Bu əşyanın nə olduğu barədə müxtəlif iddialar vardır. Bəzi tarixçilər bunun qalxan, bəziləri qoyun dərisi yaxud Yəmən köynəyi və ya dəvə olduğunu yazmışlar. Əli əşyasını sataraq Məhəmmədin yanına gəlir. Məhəmməd pulu saymadan bir qismini Bilala verir və belə deyir: "Bu pul ilə qızıma gözəl ətir al". Geri qalan pulu Əbu Bəkrə verir və belə deyir: "Bu pulla qızımın ehtiyac duyduğu şeyləri təmin et". Əmmar Yasir və bir neçə yoldaşını da Zəhranın cehizi üçün münasib görülən şeyləri almaq üçün Əbu Bəkrlə göndərir. Şeyx Tusi Zəhranın cehizini bu şəkildə yazmışdır: 7 dirhəm dəyərində bir köynək, 4 dirhəm dəyərində bir hicab, Xeybər malı qara bir məxmər, xurma liflərindən düzəldilmiş bir divan, üstü xurma yarpaqları ilə hörülmüş divan, Misir kətanından məmulat, birinin içi liflə, o birinin isə yunla doldurulmuş iki döşək, içləri izhirdən[q 1]doldurulmuş Taif dərisindən dörd balış, yundan düzəldilmiş bir pərdə, Həcər istehsalı bir həsir[q 2], bir əl dəyirmanı, mis bir paltar ləyəni, dəridən düzəldilmiş bir su qabı, taxta bir qab, süd sağmaq üçün bir kasa, su üçün böyük qab, qətranla örtülmüş mitəhrə[q 3], yaşıl bir səhəng və torpaqdan düzəldilmiş bir neçə ədəd saxsı qab.[47][48] Evliliyin üzərindən bir neçə gün keçmədi ki, Fatimənin atasından uzaq qalmağı ona ağır gəlib. Fatimə uzun illər boyu onun yanında qalıb. Məhəmməd Xədicənin vəsfi haqqında belə buyurub: "Xədicənin yerini kim alacaq? İnsanlar məni inkar etdikdə o təsdiqləmiş, hamı məni tərk edəndə o Allahın dininə iman gətirmiş və var-dövləti ilə yardımçı olmuşdur". Buna görə də bəy və gəlinə öz evində yer verməyi qərara alır. Xədicədən olan və sağ qalan (bu yaşa qədər yaşayan) yeganə övladının hər zaman yanında olmasını istəyir. Ancaq o, Əlinin həyat yoldaşı olduğuna görə onun evində qalmalı idi. Məhəmməd öz evinə yaxın bir yerdə onlara bir yer hazırlamaq istəyir, amma Mədinə müsəlmanlarının əziyyətə düşmələri də mümkün idi. Sonda gəlin və bəyə öz evində yer verməyə qərar verir, ancaq bu çətin bir iş idi. Çünki Məhəmmədin evində iki qadın (Sevda və Aişə) yaşayırdı. Səhabələrindən Harisə b. Nöman bu hadisədən xəbərdar olaraq Məhəmmədin yanına gəlir və belə deyir: Mənim evlərimin hamısı sənə yaxındır. Özüm və nəyim varsa, hamısı sizindir. Allaha and olsun ki, malımı almağın mənə saxlamağından daha sevimlidir. Məhəmməd cavab olaraq belə deyir: "Allah sizi mükafatlandırsın." O gündən sonra Fatimə və Əli Harisənin evlərindən birinə köçür.[49][50]


Şərhlər: 6
Baxılıb: 480
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
18 aprel 2016 16:28
# 6
Nur_Naz
cox maragli oldu bunu bizimle paylasan heyatim-menim tesekkur Allah Razi olsun
11 aprel 2016 01:22
# 5
VIP
Oxumag maraglı oldu.
10 aprel 2016 23:29
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Barbaris
tewekurler vacib melumatdi
10 aprel 2016 22:36
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
aziz a
Bunu oxumusdum ve yenıden tekrarlamaq çox gozel oldu,teşekkür .
10 aprel 2016 08:03
# 2
Qelbim doludu !!!!
vipbetul
Ne qederde gozel biz Muselmanlarin bilmesi vagib olan melumat oldu twk

Ne qederde gozel biz Muselmanlarin bilmesi vagib olan melumat oldu twk
10 aprel 2016 01:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz