Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
HZ.Fatimə (s.ə)-ın uşaqlığı
HZ.Fatimə (s.ə)-ın uşaqlığı
Göndərən: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 391
Səs ver:
Fatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib.[29] Uşaqlıq dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və işgəncələrin olduğu dövrdür.[30] Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi dövrdür.[31] Məhz bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır.[32] Müsəlmanların Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin (təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir.[33] Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi."[34][33] Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır.[35][33] Zəhra və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu hadisədən yara almışdır.[36][37] Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı."[38][39] Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir.[39] Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.[40]


Şərhlər: 2
Baxılıb: 391
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allah razi olsun.
9 aprel 2016 19:04
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
cox gozel bilmeyimiz vagib olan meluma oldu twk
8 aprel 2016 13:12
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz