Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Andı pozmağın kəfarəti
Andı pozmağın kəfarəti
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 376
Səs ver:
Sual: Qəzəbli olduğumda Allaha and içdim ki, bir ay anam mənimlə maşında getməyəcəkdir. Lakin bundan sonra bu əməlimə görə peşman oldum. İndiyə kimi mənimlə maşında getmir. Lakin tövbə etmək istəyirəm, nə edim? 

Cavab: Həmd Allaha məxsusdur. 

Bir insan günah işləmək, asilik etmək, qohumluq əlaqələrini kəsmək və yaxud fəsad törətmək üçün and içərsə onun bu andı yerinə yetirməsi, andına vəfalı olması haramdır. Əksinə o bu andını pozmalı və buna görə kəffarə ödəməlidir. Bu kəffarə on kasıbı (miskini) yedizdirmək və yaxud geyindirmək və ya qul azad etməkdən ibarətdir. Kim bunlardan hər hansı birini etməkdən aciz olarsa, o halda üç gün oruc tutmalıdır. 

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Allaha and olsun ki, Allah istəyərsə, mən and içirəm, sonra bundan (and içdiyimdən) daha xeyirlisini gördüyümdə andımdan kəffarə edirəm (kəffarəsini verirəm) və daha xeyirli olanı edirəm”. Buxari (3133) və Müslim (1649) 

Ona görə də, andınızın kəffarəsini ödəyin və ananızı sizinlə birlikdə maşına mindirin. 

Həmçinin ananız barəsində sizi Allahı xatırladırıq, Allahdan qorxmağınızı sizə tövsiyyə edirik. Çünki Allah Sübhənahu valdeyin haqqlarını Öz haqqı ilə yan-yana qeyd etmişdir. Ona görə də onun etdiyi hər hansı bir xahişi rədd etməyin və yaxud onu məyus etməyin və yaxud hər hansı kiçik və ya böyük bir məsələdə onu qəzəbləndirməyin. Əksinə ananıza yaxşılıq etmək və onun sevgisini, razılığını qazanmaq üçün sizə fürsət verməklə ikram edən Allaha həmd edin. Çünki Cənnət sizin ananızın ayaqlarına yaxın olmağınıza və onun qayğısına qalmaqda, ona baxmaqda və ona gözəl davranmaqdadır. 

Allahdan bizlərin hamısına xeyir işlər etməyə kömək etməsini və tövbələrimizi qəbul etməyini istəyirik.

Muhəmməd Saleh əl-Münəccid


Şərhlər: 10
Baxılıb: 376
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Hər gün yalandan and içmək çox günahdı
16 iyul 2016 22:06
# 10
ulduz
bir insan var her gun yalandan and icir yeri haradi axiri necedi melumdu ..allah ozu teqsirini vaxt catanda bagislasin esasda etdiyi zulumlari
14 iyul 2016 22:39
# 9
heyatim_menim
cox gozel paylasim oldu.ALLAH razi olsun.REBBIM bizleri hemise oz dergahinda ve bagislayan bendelerinden qerar etsin Amin insaALLAH
14 iyul 2016 19:23
# 8
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
aziz a
Cox maraqlı melumat oldu ..
14 iyul 2016 16:44
# 7
Qelbim doludu !!!!
vipbetul
Rebbim komeyimiz olub gunahlarimizi baqislasin insallah
14 iyul 2016 15:47
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
bezen menim de hirsli vaxtimda neyise etmeyeceyime dair and icmisem. Amma sonradan tebii ki, hirsli basla dediyim yersiz soze emel emesem de, bu qeder derinlikleri bilmirdim. Demek ki, atalar hirsli basda agil olmaz sozunu bos yere demeyibler. Sebrli olmaq ve sakit basla fikirlesmek lazimdir
14 iyul 2016 15:13
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
bir.g
Bu barede oxudum ve sevindim. Cunki bir seye and icdim ve cox pesmanam . Isteyirem pozulsun.
14 iyul 2016 15:09
# 4
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
14 iyul 2016 11:18
# 3
Totu
Rebbim komey olsun bize rebbim gunahlarimizi bagislasin.
14 iyul 2016 10:06
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
Allah gunahlarimizi bagiwlasin..
14 iyul 2016 09:43
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz