Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
20 il Quranla danışan qadın
20 il Quranla danışan qadın
Göndərən: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 509
Səs ver:
Qurani-kərimin ecazkar xüsusiyyətləri barədə indiyə kimi çox yazılmış və danışılmışdır. Bu tədqiqatlarda Müqəddəs Kitabın mətnindəki söz və hərflərin təkrarlanma mexanizmi, hərflərin növbələşmə qanunauyğunluğu, kəlmələrin rəngarəng məna çalarları, bir çox elmi kəşflər barədə əvvəlcədən xəbər verilməsi, ayələrin asanlıqla əzbərlənə bilməsi və s. cəhətlər ön plana çəkilmişdir. Lakin Quranın ecazlarından biri də bundan ibarətdir ki, o, gündəlik həyatda insanın bir çox ehtiyaclarını ödəyə bilən ayələrdən təşkil olunmuşdur, yəni insan gün ərzində ən azı bir neçə suala yalnız Quran ayələri vasitəsilə cavab verə bilər və bu zaman başqa kəlmələr işlətməyə ehtiyac qalmaz. Tarixdə Quranın bu ecazını həyata keçirməyə müvəffəq olmuş bir qadın haqqında məlumat verilir. O, bir neçə il Həzrət Fatimə (ə)-ya xidmət etmək şərəfinə nail olmuş, nümunəvi elmi və əxlaqı ilə seçilmiş Fizzədir. Nə qədər qəribə görünsə də, rəvayətlərə görə, Fizzə düz iyirmi il (bəzi rəvayətlərə görə, hətta qırx il) yalnız Quran ayələri vasitəsilə danışmış, söhbətlərində ayələrdən savayı heç bir söz işlətməmişdir.

Fizzə kim idi?

Fizzə hələ Həzrət Məhəmməd (s)-ın sağlığında cihadların birində müsəlmanlara əsir düşmüş, Peyğəmbər də onu Həzrət Əli (ə)-a və həzrət Fatimə (ə)-a bağışlamışdır.Onun milli mənşəyi barədə məlumatlar tam dəqiq deyildir. Tarix kitablarında Fizzənin Nubiyalı (Şimali Afrikalı) olduğu yazılır. Bəzi rəvayətlərdə isə onun hətta hökmdar qızı olması xatırlanır.
Fizzə Həzrət Fatimə (ə)-ın evində bir neçə il xidmət etmiş, bu illər ərzində Əhli-beyt (ə)-ın iman və əxlaq məktəbində tərbiyə almışdır. O, əvvəlcə Əbu Sələbə Həbəşi adlı müsəlmana ərə getmiş, onun vəfatından sonra isə Süleyk ibn Qətəfanla ailə qurmuşdur. Bu izdivaclardan Fizzənin bir neçə övladı dünyaya gəlmişdir.
Fizzənin məqamının ucalığı barədə bunu demək kifayətdir ki, Qurani-kərimin "Həl-Əta” (76-cı surə; bu surə "İnsan” və "Dəhr” adları ilə də tanınmışdır) surəsinin nazil olmasında o, Əhli-beytlə şərik idi.

Fizzənin bütün söhbəti yalnız Quran ayələri idi

Abdullah ibn Mübarək rəvayət edir ki, bir gün Məkkəyə gedərkən səhrada azıb qalmış bir qarıya rast gəldim.
Qarıdan soruşdum ki, sən kimsən? Mənə Quran ayəsi ilə cavab verdi:
"Salam de, onlar tezliklə biləcəklər” (Zuxruf, 89).
Başa düşdüm ki, salam vermədiyimə görə qarı məni tənbeh edir. Salam verdim, cavabında bu ayəni oxudu:
"Rəhmli Allahdan onlara salam deyiləcəkdir” (Ya-Sin, 58).
Soruşdum: " Sən bu səhrada nə edirsən? ”. Cavab verdi:
"Hər kimi Allah azdırsa, hidayət olmaz” (Əraf, 186).
Başa düşdüm ki, qarı səhrada azıb yolu itirib.
Soruşdum ki, cinlərdənsən, yoxsa insansan? (O dövrdə ərəblər arasında cinlərin varlığına inam elə güclü idi ki, bəzən hər hansı varlığın cin, yoxsa insan olduğuna şübhə edirdilər). Qarı cavabında bu ayəni oxudu:
"Ey Adəm oğlu, zinətlərinizi götürün! ” (Əraf, 31).
Başa düşdüm ki, qarı Bəni-Adəmdəndir. Xəbər aldım: "Haradan gəlirsən? ”. Cavab verdi:
"Onlar uzaqdan çağrılırlar” (Fussilət, 44).
Bildim ki, uzaqdan gəlir. Hara getdiyini soruşdum, belə dedi:
"Öz bəndəsini bir gecə Məscidül-həramdan Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir” (İsra, 1).
Başa düşdüm ki, qarı həccə gedirmiş. Maraqlandım ki, neçə gündür səhradasan? Cavab verdi:
"Üç bütöv gecə” (Məryəm, 10).
Dedim ki, bəs bu müddətdə çörəyi və suyu haradan tapırdın? Bu ayəni oxudu:
"Məni yedirib-içirən Odur! (yəni Allahdır) ” (Şüəra, 79).
Soruşdum: "Bəs necə dəstəmaz alırdın? ” Cavab verdi:
"Əgər su tapmasanız, pak torpaqla təyəmmüm edin” (Maidə, 6).
Başa düşdüm ki, su olmadığından təyəmmüm edirmiş.
Soruşdum: "Yemək istəyirsənmi? ”. Bu ayəni oxudu:
"Sonra gecəyə kimi oruc tutun” (Bəqərə, 187).
Anladım ki, oruc tutur. Dedim: "Axı, ramazan ayı deyil”. Cavab verdi:
"Hər kim könüllü olaraq, vacib olandan artıq xeyirli bir iş görsə, bilsin ki, Allah razı qalan və hər şeydən xəbərdardır” (Bəqərə, 158).
Ayədən bildim ki, qarı müstəhəbbi oruc tutub.
Qarının daim Quran ayələri ilə danışması mənə çox qəribə gəldi. Səbəbini soruşanda bu ayəni oxudu:
"Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən (iki mələk) var” (Qaf, 18).
Soruşdum: "Hansı qəbilədənsən? ”. Belə dedi:
"Bilmədiyin işin ardınca getmə” (İsra, 36).
Başa düşdüm ki, deyəsən, yersiz sual vermişəm. Ona görə qarıdan üzr istədim. Bu ayə ilə cavabımı verdi:
"Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! ” (Yusuf, 92).
Başa düşdüm ki, qarı yersiz sualıma görə üzrümü qəbul edib məni bağışladı.
Dedim: "İstəyirsənmi dəvəmə minəsən? ”. Cavab verdi:
"Allah gördüyünüz hər bir yaxşı işi bilir” (Bəqərə, 197).
Başa düşdüm ki, dəvəyə minməyə etiraz etmir. Əvvəlcə fikirləşdim ki, qarını tərkimə alım və dəvənin belində ikimiz də gedək. Qarı bu fikrimi ayə ilə rədd etdi:
"Əgər yerdə və göydə Allahdan savayı başqa tanrılar da olsaydılar, hər ikisi (yer və göy) dağılardı” (Ənbiya, 22).
Anladım ki, onu tərkimə almağımı istəmir və dəvəyə tək minmək arzusundadır. Mən dəvəni yatıranda qarı bu ayəni oxudu:
"Möminlərə de ki, gözlərini yumsunlar” (Nur, 30).
Başa düşdüm ki, qarı dəvəyə minərkən mənim ona baxmağımı istəmir. Üzümü kənara çevirdim. Qarı dəvənin tərkinə qalxmaq istəyəndə paltarının ətəyi dəvənin ayağı altında qalıb cırıldı. O bu ayəni oxudu:
"Başınızahər nə müsibət gəlsə, bilin ki, öz əlinizlə qazanmısınız” (Şura, 30).
Mən dəvəni bir daha yatırtdım. Qarı aşağıdakı ayəni oxuya-oxuya dəvəyə süvar oldu:
"Bizə bunu (dəvəni) tabe edən (Allah) müqəddəsdir” (Zuxruf, 13).
Mən əvvəlcə dəvəni sürətlə sürürdüm. Qarı dedi:
"Yerişində müvazinəti gözlə və səsini yüksəltmə! ” (Loqman, 19).
Soruşdum: "Ərin varmı? ”. Cavab verdi:
"Ey imangətirənlər, qanınızı qaraldacaq şeylər barədə soruşmayın! ” (Maidə, 101).
Başa düşdüm ki, yenə yersiz sual vermişəm.
İrəlidə bir karvan göründü. Mən həmin karvana doğru yol aldım. Qarıdan soruşdum ki, övladın yaxud başqa qohumun varmı? Bu ayə ilə cavab verdi:
"Mal və övlad dünya həyatının zinətidir” (Kəhf, 46).
Başa düşdüm ki, uşaqları var. Soruşdum: "Uşaqların hansı peşənin sahibidirlər? ” Cavab verdi:
"Allah əlamətlər yaratdı; insanlar ulduz vasitəsilə öz yollarını taparlar” (Nəhl, 16).
Anladım ki. qarının oğulları bələdçidirlər. Oğullarının adını xəbər alanda bu ayələri oxudu:
"Allah İbrahimi özünə dost tutdu” (Nisa, 125).
"Allah Musa ilə sözlə danışdı” (Nisa, 164).
"Ey Yəhya, kitabdan möhkəm yapış! ” (Məryəm, 12).
Mən karvanın qarşısında durub qarının oğullarının adını (İbrahim, Musa və Yəhya) çağırdım. Onlar tez bizə yaxınlaşdılar. Qarı oğullarını görəndə söylədi:
"İndi birinizi bu pulla şəhərə göndərin ki, görsün ən təmiz yemək hansıdırsa, ondan sizə ruzi gətirsin” (Kəhf, 19).
Qarının oğulların dan biri gedib yemək hazırladı. Qarı, Həzrət Şüeyb Peyğəmbərin (ə) qızının dilindən söylənilən bu ayə ilə oğlanlara tapşırdı ki, ona bələdçilik edib gətirdiyim üçün mənə pul versinlər:
"Ata, bunu muzd la çoban tut! Çünki bu güclü və əmanətdar adam muzdla tutduqlarının hamısından daha xeyirlidir” (Qəsəs, 26).
Oğlanlar mənə bir miqdar pul verdilər. Qarı daha çox pul verilməsini təkid etmək üçün dedi:
"Allah istədiyi şəxs üçün qat-qat artırar” (Bəqərə, 261).
Oğulları mənim muzdumu artırdılar.
Mən həmin qarının kimliyi barədə soruşdum. Dedilər ki, bu, vaxtilə Həzrət Fatimə (ə)-nın kənizi olmuş Fizzədir. Özü də 20 ildir ki, yalnız Quran ayələri vasitəsilə danışır, Quran ayəsindən savayı heç nə söyləmir


Şərhlər: 5
Baxılıb: 509
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
bu qadin haqda oxumusdum insan heyran olur
18 aprel 2016 16:25
# 5
sizin 1205
Adoni eşitmişdim.tşk......

Adini eşitmişdim
10 aprel 2016 18:37
# 4
L
14MsM
MAWALLAH..COX MARAQLI IDI ..XEBERE GORE COX SAGOLUN,
10 aprel 2016 00:08
# 3
vipbetul
Cox gozel ilk defe esitdiyim melumat oldu
10 aprel 2016 00:01
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nermin))
Cox maragli geldi mene.Fizze haqqinda esitmisdim,amma Quran ayesile danismasini bilmirdim.Allah razi olsun.Xebere gore sag olun
9 aprel 2016 23:54
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz