Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mələklərin vəzifələri nədir?
Mələklərin vəzifələri nədir?
Göndərən: Lola_Maya_
Şərhlər: 5
Baxılıb: 502
Səs ver:
Mələklər "nur"dan yaradılmış, lətif məxluqlardır. "İmtahan"a tabe olmadıqları üçün mövqeləri sabitdir. Tək ilahi əmrlərə itaət edərlər. Daim xeyir işlər, verilən əmrin xaricinə əsla çıxmazlar. Şər qabiliyyətləri yoxdur.
Kainatdakı maddi, mənəvi bütün işlərdə dərhal vəzifəlidirlər. Hər varlığın özünə vəkil edilmiş bir mələyi vardır. Etdikləri işlərin əhəmiyyətinə görə dərəcələri də bir-birindən fərqlidir. Ən böyükləri Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzrail (ə.s.)-dır. Günəş və bənzəri ulduzların bir mələyi olduğu kimi, hər bir yağış dənəsinin də bir mələyi ilə daşındığı hədislərdə izah edilməkdədir.
Daim insanla birlikdə olan mələklər vardır. Bunların bir qismi, insanların savablarını və günahlarını yazarlar. Bunlara "kiramən katibin" deyilir. İnsan təkbaşına qaldığı zaman belə tək deyil, bu mələklərlə birlikdədir. Bu mübarək yoldaşların varlığını iman ilə hiss edən adam əsla təklik çəkməz.
Bizimlə əlaqədar mələklərdən biri də Əzrail (ə.s.)dır. O, dünya həyatında ikən ölüm anında görə biləcəyimiz tək mələkdir. Ən qiymətli varlığımız olan ruhumuzu əmanət alar, axirət aləminə aparar. O, qorxulmağa deyil, sevilməyə layiq əmin bir əmanətçidir.
Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nekir. Bir yanaşmaya görə, "münkər və nekir" bir mələk növünün adıdır ki, hər adamın qəbrinə bunlardan ikisi göndərilər. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar. Həyatı, iman dairəsində istiqamətlə keçmiş bir insan üçün bu iki mələk qəbirdə "nurani bir yoldaş"dırlar. Onu qəbrin təkliyindən və dəhşətindən qurtararlar.
Böyük mələklərdən olan Cəbrayıl əleyhissalam isə Cənabı Haqqın, qullarına əmr və qadağanlarını bildirər; xəbərlər gətirər. Etibarlı bir elçidir.
İsrafil əleyhissalam "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə, bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.
Mikayıl əleyhissalam isə ruzilərin yetişdirilməsində və paylanmasında ilahi əmrləri tətbiq edən böyük mələkdir.
Burada adını xatırladığımız böyük mələklər eyni vəzifəni edən mələk növlərinin rəisləri hökmündədirlər. Məsələn, İsrafil əleyhissalam "diriliş" əmrini icra edən mələklərin komandiridir. Əzrail əleyhissalam "eyhamda" yəni "öldürmə" əmrini yerinə yetirən mələk tayfasının başçııdır...
Mələklərdə cüzi iradə var? Varsa, insanın cüzi iradəsindən fərqi nədir?
Cüzi iradə mələklərdə də var, amma insandakından çox fərqlidir. Cəbrayıl (ə.s.) ona verilən bir ilahi əmrin gərəyini cüzi iradəsiylə yerinə yetirər. İlahi bir əmri başqa mələklərə yenə iradəsiylə təbliğ edər. Bu fərqlə ki, onda əmrin ziddinə hərəkət etmə iradəsi yoxdur və insan iradəsindən bu istiqamətiylə ayrılar.
Bu da var ki, mələklər dərəcələrinə görə bir anda çox yerlərdə ola bilər və fərqli nə qədər işləri birlikdə idarə edə bilərlər. Yenə də bu iradələri mütləq deyil, məhduddur; ancaq müəyyən hüdudlar arasında edə bilərlər. Bu fəaliyyətlərində Allahın külli iradəsinin bir cilvəsini sərgiləyərlər.


Şərhlər: 5
Baxılıb: 502
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Meleklerim dualarimi Rebbime sister etsin insallah
6 aprel 2016 01:25
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Bu haqda azacıq məlumatım var idi. Burda daha dolğun yazılıb təşəkkürlər paylaşdığınız üçün.
6 aprel 2016 01:15
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Fidan ALYEVA
Oxuduqca insanin icinde qeribe bir hiss oyanir heyatin nece kicik ve qalici olmadigi bawa duwulur allah butun gunahlarimizi bagiwlasin amin
5 aprel 2016 21:35
# 3
.O.F.S.
S.Heydarova
maraqlı məlumatdır) təşəkkür
5 aprel 2016 19:10
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
yarpaq33
Cox maraqli melumat idi melekler baresinde bunlarin bezisini bilirdim bezisini unutmuwdu oxuduqca yeniden xatirladim twk
5 aprel 2016 18:49
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz