Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?
Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?
Göndərən: Antikvar
Şərhlər: 7
Baxılıb: 667
Səs ver:
İnsan "lənət olsun" deyə bilərmi?
" "Lənət" ərəb sözüdür. Dilimizə tərcümədə məhrum olmaq, qovulmaq kimi mənaları verir". Bunu Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, lənəti iki mənada izah etmək olar: "Bir Allahın lənəti var, bir də insanların. Bunlar fərqli mənaları kəsb edir. Öncə Allahın lənətinə aydınlıq gətirək. Allahın lənət etməsi bildiyimiz bəd dua deyil, bu Allahın mərhəmətindən uzaq olmaq mənasını ifadə edir. Məsələn, "Bəqərə" surəsinin 161-ci ayəsində belə buyrulur: "Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!" Bu o deməkdir ki, yəni kafirlər Allahın mərhəmətindən uzaqdırlar".
A.Şirinov qeyd etdi ki, Allah "Qurani-Kərim"də bir qisim insanları əməllərinə görə lənətləyir: "Bunlar hansı əməllərdir? Allahın əmrlərini pozan, Yer üzündə fitnə-fəsad törədən, qul haqqı kimi qəbul etdiyimiz insan haqlarını tapdalayan və s. kimi əməlləri edən kəslər lənətlənir. Əgər bu günahkarlar dünyada ikən tövbə etməzlərsə, bağışlanmayacaqlar. Lakin islam mərhəmət dinidir. Dinimizə görə, etdiyi əməldən peşman olan hər kəsə tövbə qapısı açıqdır. Günahın dərəcəsindən asılı olmayaraq, hər kəs tövbə edə bilər".
İlahiyyatçının sözlərinə görə, hətta islamda ən ağır günahlardan sayılan şirkin də töbvəsi var: " Yetər ki, qul səmimi olaraq peşman olsun və haqq yoluna dönsün. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var: "Min dəfə tövbəni pozsan, yenə gəl". Müsəlman dəfələrlə tövbə edə bilər. Allah mərhəmətlilərin ən mərhəmətlisidir. "Qurani Kərim"də "Tövbə" surəsi istisna olmaqla, qalan bütün surələr Allahın iki mərhəmət atrubutu- rəhman və rəhim adları ilə başlayır. Başqa ayələrdə isə Allah bildirir ki, mənim rəhmətimdən ümidinizi kəsməyin".
A.Şirinov əlavə etdi ki, Allahın lənətlədiyi kəslərə insanlar lənət deyə bilməz: " Bu Allahın sözüdür. Biz hər qarşımıza çıxana lənət oxumamalıyıq. Ümumiyyətlə, islamda insanın lənət deməsi tövsiyyə olunmur. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə belə buyrulur: " Mömin çox lənət edən olmaz". Bu ədəb baxımından da doğru sayılmır".


Şərhlər: 7
Baxılıb: 667
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbimin rehmi merhemeti her zaman uzerimizde olsun insalah
31 mart 2016 01:20
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
En esas şeytana lenet deyekki,qelbimize girib bizi günaha suruklemesin..
30 mart 2016 20:00
# 6
Qelbim doludu !!!!
Barbaris
cadu etmek en boyuk gunahdir
30 mart 2016 13:18
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Allahın lənəti onsuz onun buyurduqlarına əməl etməyən dinsiz insanların üzərindədir durub kimsəsə lənət edib , qarğışlar tökmək olmaz həm bu mənasızdır onsuz bizi yaradan uca Allah hər əməldən agahdır..O qoymaz ki, kiminsə ahı yerdə qalsın və ya kimsə haqq - ədaləti tapdalasın...Allah həqiqətən əməli saleh olan mömin bəndələrinidə görür rola girib saxtakarlıq edənləridə..
Təşəkkür maarifləndirici xəbərdir bəziləri üçün))..
30 mart 2016 12:52
# 4
BARBI
Allah terefinden lenetlenen insanlar cadugerler exlaqsizlardir. Cadu eden insanlar coxdur. Bu emelle bir sey elde edeceklerini sanirlar. Cadu ede bilersen bu cadu axir evvel oz sahibini tapir. Bele emellerden yayinib yaxsiliqlar etmek lazimdir.
30 mart 2016 10:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Dinsiz imansızlar çoxdu indi,haqqsız olduğu təqdirdə belə qarşı tərəfi lənətləyən buda azmış kimi fərli qarğışlar yağdıran insanlar var.Sonunda qarşılaşdığı situasiya öz əməllərinə ilişməsi olur.Allahın yaratdığı bir bəndəni ondan başqa kim lənətləyə bilərki?Amma din adı altında mömin rolunda olub olmayacaq xarakterlər dinə zidd olan sözlər qarğışlar lənətlər oxuyurlar bir saatdan sonrada namaz qılırlar görəsən indi o lənət kimə gedəcək?Etdiyi qarşı tərəfəmi ya özünəmi?!
Redaktə edənə təşəkkürlər.
30 mart 2016 10:17
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Onsuzda her dovrde lenetlenmiw qovmler olub,bu Qurani-Kerimde de qeyd olunub.duwunurem ki,bizim dovrumuzunde lenetlenmiw tayfasi hal-hazirda dunyada fitne fesad toreden,gunahsiz insanlari zulmle,vehwicesine qetle yetiren,insanlari iyrenc tewfiwe salan ISID ve onun terefdarlaridir.saysiz hesabsiz terror aktlari torederek beweriyyeti gunahsiz insanlari qanlara boyayirlar.diger lenetlenmiw qovmler kimi InwAllah en tez zamanda Rehmli ALLAH bunlarinda sonunu getirecek.Islama lekedir deyirler ama bu soz ozu de gunahdir,cunki Islam esla leke goturmez.imansizlar umumiyyetle hec bir dinden ola bilmez,cunki her bir dinin ilk sozu merhemetdir.onlarda ise bu yoxdur.Allah onlara lenet elesin.Amin.
30 mart 2016 09:56
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz