Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qurban kəsmək haqqında
Qurban kəsmək haqqında
Göndərən: Aylin
Şərhlər: 6
Baxılıb: 602
Səs ver:
Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatlar Sizə təqdim olunur.

Hansı heyvan növlərindən qurban kəsmək olar?
İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb.
Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz. 

Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.

Qurbanlıq heyvan mütləq erkək olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.

Şərikli halda qurban kəsmək olarmı?
Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar. 
Lakin bu deyilənlər, Həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olanlar və Həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbb olduğu üçün, Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır. Bu halda Qurban tam kamil hesab olunacaq.

Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi?
Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.

Qurbanı necə kəsmək lazımdır?
Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə «bismillah» və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa).
Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır.
Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).

Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?
Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah» demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir: 
«Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər». Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır». Qurbanı kəsəndən sonra deyilir: «Allahümmə təqəbbəl minni». Tərcüməsi: «Allahım, (bu qurbanı) məndən qəbul et».

Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?
Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi. 

Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?
Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi. 

Qurbanlıq heyvanın da yuxarıda adı çəkilən bədən üzvlərini yemək haramdır.


Şərhlər: 6
Baxılıb: 602
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Sitat: sizin 1205
Allah butun qurbanlari qebul etsin.amin

Amin
23 aprel 2016 15:32
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
efsane..
Allah razi olsun musalmanlarin bilmeli olduqlari meselelerden biride Qurbanliqdi duzgun edek ki Allah qebul etsin
15 aprel 2016 18:54
# 5
sizin 1205
Allah butun qurbanlari qebul etsin.amin
23 mart 2016 00:43
# 4
L
S.Heydarova
maraqlı məlumatdır))))
22 mart 2016 14:23
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Bu barede oxumusdum. Qurban muqeddesdir. Kesilib ehtiyaci olannara paylanilmalidir
22 mart 2016 08:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
gozel melumatdir bilirdim yenede secilmislere atdim
22 mart 2016 02:40
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz