Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sədəqə verməyin 6 qaydası
Sədəqə verməyin 6 qaydası
Göndərən: Lola_Maya_
Şərhlər: 7
Baxılıb: 615
Səs ver:
Müqəddəs İslam dinində sədəqə verməyin xüsusi əhəmiyyəti və yeri vardır. Quran bizlərə sədəqə verməyin ədəbini və keyfiyyətini tanıdır. İslam dinində iki cür sədəqə vardır: vacib sədəqə: zəkat kimi və müstəhəb sədəqə: infaq kimi.
Müstəhəb sədəqənin ədəbi ilə tanış olaq:
1. Ən pak maldan olmalıdır. Hədislərimiz buyurur ki, verdiyin sədəqə ən pak və ən sevimli malından olmalıdır. "Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından(Allah yolunda) xərcləyin (infaq edin) və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin". ("Bəqərə" 267). "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə (infaq etməyincə) əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz". ("Ali-İmran" 92).
2. İlk olaraq yaxın qohumlara vermək. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın yaxın qohumları möhtac olan halda başqalarına sədəqə verməyə yer yoxdur". Başqa bir hədisdə oxuyuruq: "Yaxın qohumlara sədəqə vermək sədəqənin savabını ikiqat edər".
3. Yoxsuldan dua etməsini istəmək. İmam Əli (ə) buyurur: "O zaman ki, yoxsula bir şey verirsiniz ondan istəyin ki, sizin üçün dua etsin, çünki onun sizinlə bağlı etdiyi dua qəbul olar".
4. Minnət qoymadan vermək. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən Allah Təala 6 sifəti mənə rəva bilməmişdir və onları övladlarımdan olan canişinlərimə və davamçıları üçün də rəva bilməmişdir. Sədəqə verəndən sonra minnət qoymaq (onlardan biridir)".
5. Yoxsul istəməzdən əvvəl sədəqə vermək. İmam Sadiq (ə) buyurur: "Yaxşı əməl olan bəxşiş, istəməkdən əvvəldir. Ancaq o şey ki, sual və xahiş edildikdən sonra verilər - sənin qarşında tökülən abırın mükafatıdır".
6. Yoxsulun üzünə baxmamaq. Məsumlarımızın (ə) həyatına nəzər salan zaman görmək olur ki, onlar sədəqə verən zaman bu işi ya qapı arxasından edərdilər, ya da həmin şəxsin üzünə baxmazdılar.



Şərhlər: 7
Baxılıb: 615
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
zemanemizde bu deyilenler tam menasi ile emel olunmur cox acinacaqli haldi
15 aprel 2016 18:59
# 7
Miss_Oxatan
Indi ele zemanedir ki,Tomris demiw dilenciyede inanmirsan.bele hadiseyle mende qarwilawmiwam.qaraciya nezir duwmur,cunki artiq dunya alem bilir ki,qaracilar ehtiyacdan dilenmirler,dilenmek onlarin irsi adet enenesidir.men hemiwe qaracini qapidan qovmuwam.cunki onlarda olan ev ewik memurdada yoxdur.bu hec,onlara bir quw.ona gore de etrafimizda olan qonwu ya qohum,tanidigimiz insanlari sevindirmeliyik.hemde hec sevmediyim xususiyyet bir minnet elemekdir,bir de kimese komeklik edende onu hamiya bildirmekdir.indi insanlar kimese nese edende isteyirler ki,hami bilsin ona aferin bundan yoxdur desin.halbuki Allah bu etdiyi onda savaba yazmir.
30 mart 2016 10:08
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Tomris Müslümova
Deməli şəhərin bir yerində iki dilənçi aralarında 20 metr bir məsafədə oturub həmişə dilənirlər.Nə vaxt ora getsəz ikisidə orda otururlar.Məndə həmişə keçəndə ikisinədə pul verirdim.Bir gün eşitdim ki,bunlardan birinin şəhərdə 3 otaqlı mənzili,yaxşı ailəsi uşaqları.Hamısı imkanlı.Bu isə tək yaşayır.Uşaqları nə qədər deyir dilənmə onu özünə peşə bilib gedir dilənir.Halbuki uşaqlarıda buna baxırmış.Eşitdim məətəl qaldım.Ona irad bildirə bilmərə ki,niyə gedib işləmir əl-ayağı düzdü.Yaşlı adamdır çünki.Amma ona irad bildirə bilərəm ki,uşaqları buna baxırsa dilənməyə nə varada edir bunu?
Elə dilənçilər olur ki,ehtiyacdan deyildə,arsızlıqdan gedib dilənirlər.Körpə uşaqlarıda alırlar qucaqlarına isti demirlər,soyuq demirlər o uşaqları ordan ora sürüyürlər adamın yazığı gəlir.Amma əl tumaq Əlidən qalıb bizimdə borcumuzdur ki,ehtiyacı olanlara əl tutaq.
29 mart 2016 10:44
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Dogru qeyd edilib. Allah bize verir bizde yaxsiliq ederek sedeqe vermeliyik. Her zaman kasiblara yetimlere yardim etmeliyik
29 mart 2016 09:19
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Olduqca maarifləndirici xəbərdir düzgün olmadığını sandığım bir əməlin əslində savabı daha çoxmuş deməli buna görə imiş ...Allah xeyirxah , yardım sevər və əli açıq insanlardan razı , sədəqəyə ehtiyacı olanlara isə yardımçı olsun inşAllah.
29 mart 2016 08:46
# 3
vipbetul
nezir vermek lazimdir evden pul cixartmaq kasiba el tutmaq sedeqe vermek Allahada xos geder
29 mart 2016 01:50
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Mən pulu həmişə nəzir qutularına atıram. Amma bilmirəm nəzirlə sədəqə eynidir ya yox.
29 mart 2016 00:58
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz