Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayətül-kürsünün fəzilətləri
Ayətül-kürsünün fəzilətləri
Göndərən: Lola_Maya_
Şərhlər: 8
Baxılıb: 565
Səs ver:
"Ayətül-kürsü" Quranın ən fəzilətli ayələrindən biridir. Bu ayələrin çox böyük bərəkətləri, maddi və mənəvi nəticələri vardır. Bu fəzilətlərlə tanış olaq:
1. Qəbirdə nuranilik. İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin "Ayətül-kürsü" ayəsini oxumağın savabını qəbir əhlinə hədiyyə edər, Allah bu ayədə olan hər hərfə görə mələk qərar verər ki, qarisi üçün Qiyamətə qədər təsbih etsin. Ona 60 peyğəmbərin savabını verər və Allah şərqdən qərbə qədər olan hər bir qəbirdə nurdan olan 40 şam qərar verər və qəbirlərini genişləndirər". 
2. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Ayətül-kürsü"nü hər bir vacib namazdan sonra oxuyarsa, heç bir şey behiştə daxil olmasına mane olmaz, məgər ölüm". (Bu söz bir vurğudur ki, bu cür insan ölən zaman məhz behiştə gedər).
3. Yatan zaman oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Ayətül-kürsü"nü yatan zaman oxuyarsa Allah ona, evinə, qonşularının evinə aman verər".
4. Namazın qəbul olması. Peyğəmbər (s) buyurur: "Hər kim "Ayətül-kürsü"nü hər bir vacib namazından sonra oxuyarsa, namazı qəbul olar və Allahın amanında olar".
5. Dəstəmazdan sonra. İmam Baqir (ə) buyurur: "Hər kim dəstəmaz alandan sonra bir dəfə "Ayətül-kürsü" oxuyarsa, Allah 40 il ibadətin savabını ona əta edər. Məqamı 40 dərəcə yuxarı qalxar".
6. Hacətin yerinə yetməsi. Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən birinizin hacəti olar, cümə axşamı gününün sübhü onun ardınca getsin. Çünki Peyğəmbər (s) duasında buyurmuşdur: "Allahım, ümmətimin cümə axşamı gününün sübhündə bayıra çıxmasına bərəkət ver". Evindən çıxan kimi "Ali-İmran" surəsindən ayələri, "Ayətül-kürsü"nü və "Qədr" surəsini oxusun".
7. İlahi rəhmət. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Ayətül-kürsü"nü hər namazdan sonra oxuyarsa, 7 səma yarılar və bir-birinə qovuşmaz, məgər o halda ki, Allah onu oxuyana rəhmət nəzəri salar. Ondan sonra mələyi vəzifələndirər ki, o andan həmin günün sabahına qədər yaxşı işlərini yazsın və pis işlərini məhv etsin".
8. Mal və candan bəlanı dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Bəqərə" surəsinin ilk dörd ayəsini, "Ayətül-kürsü"nü və ondan sonrakı iki ayəni və bu surənin son üç ayəsini oxuyarsa, özü və malı heç bir bəlaya düçar olmaz. Şeytan ona yaxınlaşmaz və Quranı unutmaz".
9. Xəstəliyə mane olar. İmam Rza (ə) buyurur: "Hər kim yatan zaman "Ayətül-kürsü"nü oxuyar, iflic olmaqdan qorxusu olmaz. Hər kim onu hər namazdan sonra oxuyarsa, heç bir zəhərli sürünən ona ziyan vurmaz".
10. Tək olan zaman. Əhli-Beytdən (ə) nəql edirlər: "Hər kim gecəni evdə tək qalarsa, gərək "Ayətül-kürsü"nü oxusun və desin: Allahım! Qorxumu sakitləşdir və tənhalığımda yardım et"".
11. Səfərə çıxan zaman. İmam Sadiq (ə) buyurur: "Səfəri sədəqə vermək və ya "Ayətül-kürsü"nü oxumaqla başla".
12. Qəm və qüssəni aradan aparar. İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) o zaman ki, qəmli olardı, "Ayətül-kürsü"nü oxuyandan sonra bu duanı edərdi və deyərdi: "Elə bir müsəlman yoxdur ki, bu duanı üç dəfə oxusun, məgər o halda ki, istədiyini əldə edər":
یا حَىُّ یا قَیِوم، یا حَیّا لایَموت، یا حَىَّ لا اِلهَ اِلا انت كاشِفَ الهَمّ، مُجیبَ دَعوة المُضطَرین، اَسالُكَ بِانَّ لكَ الحَمد لا اِله اِلا انت، المَنّان، بَدیع السموات والارض، ذوالجلال و الاكرام، رَحمان الدنیا والاخرة و رَحیمها ربِّ ارحَمنى رَحمَةً تُغنینى بِها عَن رَحمةٍِ مِن سِواكَ یا ارحمَ الراحمین


Şərhlər: 8
Baxılıb: 565
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
Ayetul kursunu tez tez oxuyuram
14 mart 2016 08:17
# 8
Askitomm
Caliwacam oxuyum. InwALLAH butun problemlerimi aradan qaldirar..AMINNNNN!!!!!!
12 mart 2016 00:53
# 7
Fidan ALYEVA
Ezbere bilirem her zaman oxuyuram iwlerimde hemin gun yolunda gedir
11 mart 2016 22:23
# 6
.O.F.S.
kiraz mevsimci kiz
ayetel-kursi cox boyuk bir duadir cox vaxt oxuyuram ALLAH senede komey olsun metanet
11 mart 2016 22:05
# 5
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
YARIM QALMIS XEYALLAR
Oxuyuram. Her namazdan sonra,her sixildigimda,yatanda,oluler ucun,sefere cixanda,her seher ise gedende mutleq birinci qapidan sag ayagimi qoyub allahin adini zikr edib ayetel kursu,nas,feleq surelerini mutleq oxuyuram. Namazdada oxuyuram. Umidimi qoruyur saxlayir.
11 mart 2016 21:08
# 4
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
leyli
oxuyuram tez tezz
11 mart 2016 20:53
# 3
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
vipbetul
Ayetul-Kursunun savablari coxdur
11 mart 2016 17:45
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Fəziləti böyük olan ayələrdən biridir Ayətəl - kürsü ..Çox təəssüf əzbərə bilməsəmdə çalışıram ki, daima oxuyum..
Allah razı olsun.
11 mart 2016 16:58
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz