Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə edək ki, ibadətlərimiz riyadan uzaq olsun?
Nə edək ki, ibadətlərimiz riyadan uzaq olsun?
Göndərən: ulduz
Şərhlər: 5
Baxılıb: 360
Səs ver:
Qəlb hüzuru - namazın ruhudur və qəlb hüzurunun yaranmasına şərait yaradan amillərdən biri namazın sözlərinə diqqət etməkdir. Qəlb hüzuru ilk əvvəl namazın sözlərinə diqqət edərək hasil olar. Ancaq bu mərhələdən keçib həqiqi qəlb hüzuruna çatmaq lazımdır. Həqiqi qəlb hüzuru odur ki, özünü Allahın dərgahında görəsən, Onun böyüklüyünü və ali sifətlərini dərk edəsən.
Bəs nə edək ki, qəlb hüzuruna malik olub, riyadan uzaq olaq?
Deyerler.org bildirir ki, əlbəttə, bu sualın iki tərəfi vardır. Bir tərəfi odur ki, namazda qəlb hüzuruna malik olaq və o biri tərəfdən isə riyadan uzaqlaşa bilək. Bu iki mövzunun bir-biri ilə sıx rabitəsi vardır. Hər nə qədər riyadan amanda qalmağı bacarsan, bir o qədər də qəlb hüzuru əldə etməyə müvəffəq olarsan. Riyadan uzaq olmaq və qəlb hüzurunu əldə etmək üçün riyanın həqiqətinə nəzər salmaq lazımdır. Öz rəftar və əməllərimizdə gərək elə yollardan istifadə edək ki, riyadan uzaq ola bilək.
"Riya" sözünün mənası "görmək" deməkdir. Dinimizdə isə insanların qəlbində məqama malik olmaq istəməkdir. İnsanların yanında yaxşı əməllər edərək, onların gözünə girməkdir.
İnsan o zaman ki, gözəl əməllərini başqalarının diqqətini cəlb etmək üçün yerinə yetirər - bu əmələ riya deyərlər.
Əgər ibadətlərimizin riyadan uzaq olmasını istəyiriksə, gərək onu xalis surətdə Allah üçün yerinə yetirək. Allahın razılığından savayı başqa hədəfimiz olmasın. Başqa niyyətləri ibadətimizə daxil etməyək. Molla Məhdi Nəraqi "Meracüs-Səadə" kitabında yazır: "Şeytan bəndələrin işini fəsada salmaq və ibadətlərini riyaya bulaşdırmaq üçün insanları niyyətlərində, qiraət və təharətdə vəsvəsəyə salar. Əgər insan bir neçə dəqiqə etina etməsə və dinin buyurduğuna əməl etsə, ondan əl çəkər. Onun əməl və ibadətini riyaya bulaşdırmağa müvəffəq olmaz. Ancaq əgər şeytanın vəsvəsələrinə qulaq versə və hər bir əməlində şəkkə etsə, işi o yerə gəlib çatar ki, ibadətdən qalar və əməlləri riyaya qarışmış olar".
Riyadan uzaq olmaq üçün nəfsini gizli ibadət etməyə vadar etmək lazımdır. Necə ki, pis əməllərini başqalarının görməsini istəməz, ibadət və yaxşı əməllərini də gizli qapı arxasında yerinə yetirməlidir. Heç vaxt başqalarının onun ibadətini görməyini istəməməlidir. Əgər ciddi qərara alsaq və tək hədəfimiz İlahi razılıq olsa, Allah bizə bu sahədə yardım edəcəkdir. Çünki Allah Təala buyurur ki, hər kim Bizim yolumuza qədəm basar, Biz ona yardım edərik.
İmam Əli (ə) buyurur: "Əməl və niyyətdə ixlaslı olun. Həqiqətən niyyətin paklığı və xalis əməl, əməlin qəbul olmasına, ibadət və Allah bəndəliyinin dəyərli olmasına səbəb olar".
İxlas riyanın zəminələrini aradan apardığı kimi, qəlb hüzurunun yaranmasında da təsirlidir. Namazda qəlb hüzurunu əldə etmək üçün bu nöqtələrə diqqət etmək lazımdır:
1. Xəlvət yerdə namaz qılmaq.
2. Diqqəti dağıdan amilləri aradan qaldırmaq.
3. Namazın mənasına, cümlələrinə və sözlərinə diqqət etmək. Namazı, özünün nə qədər zəif olduğuna və Allahın böyüklüyünə diqqət edərək yerinə yetirmək.
4. Namazın müqəddimələrinə diqqət etmək: mənəvi ab-hava ilə alınan dəstəmaz, azan, iqamə kimi müstəhəbləri yerinə yetirmək.
5. Bacardığı qədər namazı əvvəl vaxtda qılmaq.
6. Bacardığı qədər namazı məsciddə, camaat namazı ilə qılmaq.
7. Xəyal qüvvəsini kontrol etmək. İnsan namazın əvvəlindən qəti qərara alsın ki, bütün diqqəti Allahda olacaqdır. Nə zaman xəyal onun diqqətini oğurlamaq istəsə, tez bir zamanda onu geri qaytarmaq.
Əllamə Təbatəbai buyurur: "Namazda fikir gecə və gündüz düşüncələrinin ardınca olar. O kəs ki, səhərdən zöhrə qədər diqqəti Allahda olmaz, namaz zamanı Allahı yada salmağı davam etdirə bilməz".


Şərhlər: 5
Baxılıb: 360
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Nece gozel qeyd olunub her soze emel etmeliyik riya cirkinlikdi insani mehv edir
14 mart 2016 08:40
# 5
Fi-Ra
Insanlarin ekseryetinin coxlu problemleri oldugu ucun fikirleri ister istemez yayinir. Allah ozu komeyimiz olsun
9 mart 2016 02:08
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ulduz
Məndə namazımı qilan kimi aglım ucurdu elə bil. Amma ureyim cox isdeyir qilmaq, Allah qurban olum. Kecsin günahımdan ara verdim amma nə olur olsun qilacam
9 mart 2016 00:58
# 3
vipbetul
Rebbim komeyimiz olsunki fikrende ruhende cismende daima Rebbimizle olaq insallah
9 mart 2016 00:56
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Məndə hərdən namazda fikirlərim başqa yerə dagılırdı.İndi Şükür Allaha ki,dediyim cümlələrin mənasını fikirləşirəm.İnşAllah namazlarmızı Allah qəbul edər.
9 mart 2016 00:51
# 1
Başımın üstündə Allah,yanımda ailəm olsun.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz