Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahın qüdrəti barədə iki sual və onların cavabı
Allahın qüdrəti barədə iki sual və onların cavabı
Göndərən: Svetoklana
Şərhlər: 8
Baxılıb: 455
Səs ver:
İslam əqidəsində Allahın sifətləri (xüsusiyyətləri) əsasən sübutiyyə və səlbiyyə adlı iki hissəyə bölünür. Sübutiyyə sifətləri Allahın elə sifətləridir ki, onların Allahda olması vacibdir. Allah sübutiyyə sifətlərsiz mövcud ola bilməz.

Bunlar səlbiyyə sifətlərinin ziddidir. Sübutiyyə sifətlərinin sayı və adı barədə istər şiə və sünni məzhəbləri arasında, istərsə də, eyni məzhəbin daxilində bəzi fərqlər mövcuddur. Bütün müsəlman məktəblərində qəbul edilmiş sübutiyyə sifətlətindən biri də QÜDRƏT sifətidir.

Allahın qüdrəti Onun özü qədər nəhayətsiz və qeyri-məhduddur. Yaradılış aləminin hər zərrəsinə nəzər salsaq, Yaradanın sonsuz qüdrətinin nişanələrini görərik. Allah-təala sonsuz elmi ilə lazım bildiyi hər şeyi yaratmışdır. Kainatda hər şey gözəl bir qanun əsasında, kamil şəkildə, ədalət və nizam-intizamla yaradılıb, hər şey lazım olan miqdardadır. Allah-təala Özü bu barədə belə buyurur: "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq" (Qəmər, 49).

Allah-təala insanın ağlına gələn və gəlməyən, insanın bacardığı və bacarmadığı, asan və çətin, böyük və kiçik işlərin hamısına qadirdir. Allahdan başqa hər şey bu qüdrətdən acizdir. Allah-təalanın müqəddəs zatında isə acizlik üçün yer yoxdur: "Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!" (Fatir, 44). Qurani-kərimdə Allahın hədsiz qüdrəti dönə-dönə xatırlanır. Allahın qüdrəti hər istiqamətdə eyni gücə malikdir. Onun üçün hər iş eyni dərəcədə asandır, Onun qüdrəti hər şeyi əhatə edir. Quranda buyurulur: "Allah hər şeyə qadirdir" (bu ifadə Qurani-kərimin mətnində 40 dəfədən çox işlənmişdir).

Allah-təalanın qüdrətinin sonsuzluğundan söz düşəndə bir neçə sual qarşıya çıxır. Çox zaman dini bilgiləri yüksək olmayan insanlar tərəfindən bu sualların verildiyinin və onlara cavab axtarıldığının şahidi oluruq.

Sual: Görəsən, Allah pis və bəyənilməyən işlər görməyə də qadirdir, yoxsa Onun qüdrəti yalnız xeyirlə məhdudlaşır?

Cavab: Allah hər işi görməyə qadirdir və Ona heç nə mane ola bilməz. Lakin Allah heç zaman şər işlər görməz və belə işlərə razı olmaz. Çünki bu, Onun mərhəmət, ədalət, kəramət və sairə sifətlərinə ziddir. Şər törətmək zülm deməkdir, Allah isə zülmkarlıqdan uzaqdır.

İnsanın özündən asılı olmayaraq başına gələn bəzi hadisələr əslində onun xeyrinə olsa da, insan onu şər kimi anlayır. Allahın bütün qüdrəti yalnız xeyrə yönəlmişdir, amma insan bəzən baş verən hadisələrin mənasını dərk etmir. Çünki insan şüuru həqiqətləri tamamilə dərk etməkdən acizdir. Bu ona bənzəyir ki, xəstələnmiş körpəyə sağalması üçün iynə vururlar. Onu gələcəkdə gözləyən xəstəlik təhlükəsi iynə ağrısından qat-qat dəhşətlidir. Amma körpə bunu anlamadığı üçün müqavimət göstərir, ağlayır və qışqırır.

İnsan bəzən qəsdən, bəzən də bilməyərəkdən Allahın əmrlərini pozaraq, yaxşı işlər əvəzinə pis işlər görür. O, Allah tərəfindən verilmiş ixtiyar azadlığı vasitəsilə yaxşı və ya pis əməlləri özü seçir. Etdiyi hər əmələ görə də insan özü Allah qarşısında cavabdehdir. Başına gələn hər bir müsibət üçün insan Allahı deyil, yalnız özünü günahkar bilməlidir.

Sual: Görəsən, Allah qeyri-mümkün işləri görməyə qadirdirmi? Məsələn, Allah Özü kimi ikinci Allah yarada bilərmi? Yaxud Allah ölçüləri dəyişməmək şərti ilə Yer kürəsini yumurtanın daxilində yerləşdirə bilərmi?

Cavab: Bir daha qeyd edirik ki, bu cür suallar barədə adətən dini bilikləri aşağı səviyyədə olan şəxslər düşünürlər. Təbiətdə bəzi şeylərin mövcudluğu mümkün deyildir. Bu, Allahın qüdrətinin naqisliyini göstərmir; Allah hər şeyə qadirdir. Lakin Allahın qüdrətinin yönəldiyi cisimlər həmin qeyri-mümkün və ziddiyyətli xüsusiyyətləri daşımağa qadir deyillər.

Məsələn, Allah Öz tayını yaratsa, həmin tay başqası tərəfindən yaradılmış və başqasından asılı olacaqdır. Halbuki, Allah yaradılmazdır və heç nədən asılı deyildir. Demək, Allahın tayı Allah ola bilməz; bu, Allahın deyil, həmin tayın əskikliyi və nöqsanıdır.

Eləcə də, Allah Yer kürəsini yumurtanın daxilinə yerləşdirməyə qadirdir. Amma yumurta (öz ölçüsündə qalmaq şərti ilə) Yer kürəsini öz daxilində saxlaya bilməz. Buna görə həmin işlər qeyri-mümkün hesab edilir. Əslində nöqsan Allahda deyil, onun qüdrətini daşımağa qadir olmayan məxluqatdadır. Misal üçün, okeanın suyunu bir stəkanın daxilində yerləşdirmək qeyri-mümkündür. Nöqsan suda deyil, stəkandadır ki, tutumu azdır.

Təsəvvür edin ki, mahir bir dərziyə paltar tikmək sifariş edirik. Amma ona parça əvəzinə bir neçə kərpic verib tələb edirik ki, kərpiclərdən parça keyfiyyətinə malik paltar tiksin. Dərzi öz istedadını itirməmişdir, o öz qüdrətində qalır. Lakin kərpic paltar materialı ola bilməz və bunu gözləmək də ağıllı insana yaraşmaz.


Şərhlər: 8
Baxılıb: 455
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: efsane..
Allah her seye qadirdir Allahin qudretinin qarsisinda her sey acizdir
9 avqust 2016 22:32
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ulduz
Hər şeyin məsləhətlisin Allah bilər.
14 mart 2016 16:41
# 7
efsane..
Allah her seye qadirdir Allahin qudretinin qarsisinda her sey acizdir
14 mart 2016 16:37
# 6
1205
Bu ne gic gic suallardi?Allahin qudretine şubhe eden bele sual verer
1 mart 2016 20:06
# 5
NURANE
Cox sagolun bele gozel xebere gore
1 mart 2016 13:54
# 4
zalimin zulmu varsa seveninde Allahi var
vipbetul
her sey Rebbimin elindedir o isdese yumurta daxilindede kainat qura biler lakin o yumurta bize coox boyuk gorsener halbuki ele eyni hecimdedir her seye qadir olan her seyi bilen butun kainati yaradan yalniz Rebbdir
1 mart 2016 12:46
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
Allah yaradandir,allahin tayi olmaz,allahin yaratdiqlari olar amma tayi olmaz
1 mart 2016 08:44
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Totu
Allah razi olsun
1 mart 2016 08:43
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz