Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həya insanın bəzəyidir
Həya insanın bəzəyidir
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 484
Səs ver:
Ərini adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda "sizin oğlunuz", uşaqları ilə danışanda "atanız" deyirdi. Bəziləri onu danlayırdılar, bu davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar. Amma o heç də cahil deyildi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna şahid idilər. O isə başını qaldırıb yad kişilərin üzünə dik-dik baxa bilmirdi. Başqa qız-gəlinlərdən seçilirdi, səsini yüksəltdiyini eşidən olmamışdı. "Utananın oğlu olmaz" deyirlər. Amma bu utancaq xanım bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən gözəl, həyalı.
Bir dəfə ağzını açıb danışdı. Danışdı deyəndə ki, məhlədə gəlinlər yığışıb söhbət edirdilər. Onu da çağırdılar qayınanasından icazə alıb, onlara qatıldı. Danışdı, çox şeylər dedi. Qonşular məəttəl qaldılar və bu vaxta qədər onu tanımadıqlarından üzüldülər. Nələr demədi. Dedi ki, həya qəlbi pozan günahlara qarşı bir müdafiədir; həya insanın imanının gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyrin dirəyi, qarışdığı hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz; çünki Allahdan utanar, günah eləməz; çünki Allahdan həya edər. O gün qonşu gəlinlər Münəvvərin simasında yeni bir dünya kəşf etdilər.
Bəziləri həyanı acizlik kimi qəbul edir. Həya acizlik deyil; "həya ilə iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz" buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir gözləmək mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq buyurmuşdur.
Həya iki cür olur: insan var ki, insanlar arasında günah işləməyə həya etdiyi kimi, insanların görmədiyi yerdə də "Allah görür" düşüncəsi ilə əlini haramdan çəkər, həyasına sığınar. Bu, müsəlmanda aranan əsl həyadır, mənəvi kateqoriyadır. İnsan da var ki, insanlar arasında utansa da, xəlvətə düşəndə əlindən gələni əsirgəmir. Bu da bir növ kor həyadır. İnsanlardan həyadır, Allahdan həya deyil. Əsl həya isə Allahdan çəkinməkdir. Allahdan həya edən insan onun Peyğəmbərindən də, mələklərindən də, insanlardan da həya edər.
Elə qəlbimöhürlülər, elə bədbəxtlər var ki, nə bəndədən həya edir, nə Allahdan utanır. Beləsinin nə ədəb kateqoriyasında, nə İslam anlayışında yeri var.
Həya insanı hiylədən, riyadan, məkrdən, aravuruşdurmadan, bədxahlıqdan uzaq tutar. Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) belə buyurub: "Ehsan Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət etməkdir". Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan özünü hər an Allah-Təalanın hüzurunda görür; əlini harama uzatmaz, qeybdən uzanmış bir qılıncmı, bir ağacmı əlinin üstünə vuracaqmış kimi qorxar, hürkər. Başqa bir hədisində Peyğəmbərimiz belə buyurub: "İlk baxış yararına, sonrakı isə zərərinədir". Bu hədisdə buyurulduğu kimi, insan qeyri-iradi olaraq harama baxdığı halda, Allahdan utanaraq gözünü çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət qoyaram ki, zövqünü bu dünyada da hiss edər.
Bəli, həya Allah qarşısında qulun təslimiyyət duyğusunun bir təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini belə pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır.
Şeytanın insana qalib gəldiyi məqamlar məhz onun nəfsinə uyaraq harama meyil etməsi ilə mümkündür.
İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də yuxarıda dediyimiz kimi, imandan gələn həya var ki, bu həya İslam dininin önəmli bir dərinliyini təşkil edir.
Həya ilə qorxu arasında fərqlər var. Ən başlıca fərq odur ki, həya Allahı düşünərək çəkinməkdir, qorxu isə insanı düşünərək çəkinmək. Ola bilsin ki, insanı düşünmək də elə Allahı düşünmək anlayışı içərisində olsun, yəni kiminsə haqqını tapdalamamaq üçün çəkinirsən. Əslində bu düşüncə də elə həyadır.
Qurani-Kərimdə dəfələrlə bildirilir ki, Allah-Təala gizli və aşkar olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, ondan gizli heç bir şey yoxdur, hər şey Onun bilgisi daxilindədir.
Bu qədər həqiqət açıq-aşkar ortada ikən insanın həya duyğusundan məhrum olmasını anlamaq mümkün deyil. Həya İlahi bir əxlaq və Allah sirridir. Əgər həqiqi həya duyğusunun insanı hansı ünvana aparacağını bilsəydik, insanlar o yoldan bir addım belə yayınmazdılar.
İnsanın özündən həya etməsi də çox önəmli faktordur. Özündən həya əslində Allahdan həya hissinin bir parçasıdır.
Həya gözəllikdir, acizlik deyil; həya məzlumluq deyil, qətiyyətdir, iradədir; həya mübarizədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan yol.
Belə görmüşük, belə eşitmişik, belə görmək istəyirik. Gəlin qayınatası ilə danışanda həyat yoldaşının adını çəkmirsə, "sizin oğlunuz" deyirsə, bunu ehtiram kimi, həya kimi, hörmət kimi qəbul etmək lazımdır, elə o gəlin kimi.


Şərhlər:
Baxılıb: 484
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz