Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah Təala insanlara niyə vəd edir?
Allah Təala insanlara niyə vəd edir?
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 560
Səs ver:
Allah insana niyə vədələr verir? İnsanın təbiəti belədir ki, bir işə meyli olmasa, onu yerinə yetirməyəcəkdir. Ona görə də Allah bəşər övladına ləzzətləri vədə verir ki, hərəkət etməsi üçün stimul olsun. Və ya onları əzabı ilə qorxudur ki, pis işlərdən çəkinsin. İnsan öz məqamının nə qədər uca olduğunu asanlıqla dərk etmir, amma bu vədələrin sayəsində insanlığının nə qədər əhəmiyyətli olduğunu başa düşə bilir. (Tebyan)
Allah Təala buyurur: "Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə)artıq (mükafat) vardır". ("Yunus" 26).
Allahın verdiyi vədələr xitab etdiklərinin fərqli olduğu üçün onlar da fərqlidir. "O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir. Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun, O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər). Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır". ("Ləyl" 18-21).
Allahın Quranda ən çox verdiyi vədələr.
Bağışlanma və böyük mükafat vədəsi. Allahın möminlərə verdiyi vədələrdən biri bağışlanma və böyük mükafat və əcr vədəsidir."Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir". ("Maidə" 9).
Məad və qiyamət vədəsi. Allahın Quranda ən çox verdiyi vədələr - Qiyamət və məadla bağlı vədələrdir. "Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur". ("Yunus" 4).
Behişt və behişt nemətlərinin vədəsi. "İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!". ("Nisa" 122).
Cəhənnəm və əbədi əzab vədəsi. Allah insana behişt vədəsi verdiyi kimi, əzab vədəsi də vermişdir. Buyurmuşdur ki, hər bir insanın əməli qeydə alınır və ondan hesab çəkilir. "Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir". Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür". ("Hicr" 43-44).
Yer üzündə xəlifə olmaq vədəsi. Allahın möminlərə verdiyi vədələrdən biri də yer üzündə hökmranlıq vədəsidir. "Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi, yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir". ("Nur" 55).
Allah bu ayədə möminlərə vədə verir ki, tezliklə özləri kimi saleh bir cəmiyyət quracaqdır ki, hökmranlığını ixtiyarlarında qoyacaqdır. Bu cəmiyyətdə hər kəs azad şəkildə ibadət edəcək və münafiqlərdən və kafirlərdən pak olacaqdır.
Küfrə görə əzab vədəsi. "Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz". ("Rəd" 31).
Allah Təala bizləri xoş vədələrin ünvanı qərar versin, inşəallah.


Şərhlər:
Baxılıb: 560
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz