Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fatimeyi Zəhra (s.ə) niyə gecə ikən dəfn olundu?
Fatimeyi Zəhra (s.ə) niyə gecə ikən dəfn olundu?
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 669
Səs ver:
Deyirlər ki, həzrət Fatimənin (s.ə) gecə ikən dəfn olunmasına səbəb xanımın özünün Əbu Bəkrin xanımı Əsma binti Ümeysə vəsiyyəti idi ki, onun cəsədinin əndazəsini naməhrəmlərin görməsini istəmirdi.
Gecə ikən xəlifədən xəbərsiz və onun namazda iştirak etməməsi məqsədilə yerinə yetirilən dəfnin gizli qalan sirləri vardır ki, dərinliyinə varanda mesajlar ortaya çıxır. Düzdür ki, bu cür dəfn olunmağı Fatimə (s.ə)özü istədi və belə vəsiyyət etdi, amma sual budur ki, axı xanımın bu cür vəsiyyət etməsinə səbəb nədir? Məgər cavab bu deyilmi ki, xanım düşmənlərinə qarşı olan qəzəbini izhar edir, düşüncəli tarixçilərin və gələcək nəslin qarşısına sual qoyur ki, soruşsunlar: Nə üçün Peyğəmbərin (s.ə) yeganə qızının qəbri gizlidir?! Niyə Peyğəmbərin (s) yeganə qızı gecə ikən və gizli şəkildə dəfn olundu?! Niyə imam Əli (ə) Əbu Bəkr və Ömərə xəbər vermədən ona namaz qıldı? və s.
Məgər Peyğəmbərin (s.ə) canişini (əlbəttə özlərinin iddiasına əsasən) Əbu Bəkr o Xanıma namaz qılmağa layiq deyildi?
Bəli Fatimə (s.ə) vəsiyyət etdi ki, onu gecə ikən dəfn edib, ona zülm edənlərin heç birini bundan xəbərdar etməsinlər. Bu iş də öz növbəsində şiə üçün Siddiqeyi Şəhidənin (s.ə) məzlum dünyadan köçməsinə və ona zülm edənləri heç zaman bağışlamayacağına ən yaxşı dəlildir.
Şiə və sünni kitablarında bu mətləbə dəlil olaraq çoxlu rəvayətlər vardır ki, qısaca bir neçəsinə işarə edirik.
 
Gecə ikən dəfn əhli sünnə kitablarında:

Buxari yazır:
Fatimeyi Zəhra (s.ə) Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat yoldaşı Əli (ə) onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi.
(Əbuxariyul-Cufi, Muhəmməd ibn İsmail əbu Abdullah. Səhihe Buxari, c 4, s 1549, hədis 3998, Kitabul-məğazi, ğəzvətul-Xeybər babı. Mustafa Deybul-bəğa, Dar ibn Kəsir nəşriyyatı, Əlyəmamə-Beyrut)
 
İbn Quteybə deynəvəri "Təvilun müxtəliful-hədis"də belə yazır:
Fatimə(s.ə) Əbu Bəkrdən atasının mirasını istədi. Əbu Bəkr qəbul etmədi. Ona görə də, Fatimə (s.ə) and içdi daha onunla (Əbu Bəkrlə) danışmayacaq və vəsiyyət etdi ki, Əbu Bəkr onun dəfn mərasimində iştirak etməsin. (Əldeynəvəri, Təvilun muxtəliful-hədis c 1, s 300. Təhqiq: naşir Darul-ceyl Beyrut (1393 h.q,1972 m).

Əbdur-Rəzzaq Sənani belə yazır:
Peyğmbərin (s) qızı Fatimə (s.ə) ona görə gecə ikən torpağa tapşırıldı ki, Əbu Bəkr ona namaz qılmasın, çunki onların arasında (xoşagəlməz) hadisələr baş vermişdi.
 
Həmçinin deyir:
Hüseyn ibn Muhəmməddən də bu cür rəvayət nəql olunubdur ki, Fatimə (ə) şəxsən özü belə vəsiyyət etmişdir. (Əlsənani əlmusnəf; c 3, s 521, hədis 6554 və 6555, Təhqiqun Həbibur-Rəhman əl-Əzəmi. Nəşriyyat məktəbul-islami-Beyrut. Əttibiəh: Əssaniyəh1403 h.q)
 
İbn Bətal "Səhih-Buxari"nin şərhində yazır:
Əksər alimlər gecə ikən cənazənin dəfninə icazə vermişlər. Əli ibn Əbu Talib (ə) həyat yoldaşı Fatiməni (ə) gecə dəfn etdi ki, Əbu Bəkr ona namaz qılmasın. Çünki onlar arasında hadisə baş vermişdi. (Əlqurtubi-Səhihi Buxarının şərhi, c 3, s 320)
İbni Əbil Hədid, Cahizdən nəql edərək belə yazır: Fatimənin (s.ə) (qəsbkarların əlindən) narahatçılığı o həddə çatmışdı ki, Əbu Bəkrin ona namaz qılmamasını vəsiyyət etmişdi.(İbni Əbil Hədid, Nəhcul-bəlağənin şərhi, c 16, s157)

Həmçinin başqa bir yerdə yazır:
Fatimənin (ə) ölümünü və dəfn olunduğu yeri məxfi saxlamaq Əbu Bəkr və Ömərin ona namaz qılmaması üçün olduğunu və seyid Mürtəzanın bütün dediklərini təsdiq edirəm. Çünki bu hadisənin isbatı üçün çox sayda və ən səhih hədislər mövcuddur. Həmçinin Fatimənin (ə) o iki Şeyxə (Əbu Bəkr və Ömərə) olan qəzəb və narahatçılığı başqa deyimlərdən (əqval) daha etibarlıdır.(Nəhcul bəlağənin şərhi c 16, s 170)
 
Şiə rəvayətlərinə görə həzrətin gecə dəfnn olması
Baxmayaraq ki, Siddiqeyi Tahirənin (ə) bu vəziyyətinin səbəbi biz şiələr arasında məlumdur, amma yenə də bir rəvayətə işarə edirik:

Mərhum Şeyx Səduq o həzrətin gecə dəfn olunması səbəbi haqda belə yazır:
Əli ibni Əbu Həmzə imam Sadiqdən (ə) soruşdu: "Niyə Fatiməni (s.ə) gündüz yox, gecə dəfn etdilər?" Buyurdu: Fatimə (s.ə) vəsiyyət etmişdi ki, onu gecə dəfn etsinlər ki, Əbu Bəkr və Ömər onun cənazəsinə namaz qılmasın.(Əssəduq, "İləluş-şəraye", c 1, s 185)

Mərhum Seyid Muhəmməd Musəvi Amuli (r.ə) deyir:
Fatimənin (ə) məzarının gizli olmasının səbəbi uyğun və zidd rəvayətlərdə nəql olunduğu kimi, o həzrətin imam Əliyə (ə) gecə ikən dəfn etməsini sifariş etməsidir ki, ona əziyyət verən və atasının irsindən məhrum edənlər cənazəsinə namaz qılmasınlar.(Mədarkul-əhkam fi şərhin şəraiul-islam, c 8,s 279)
 
Nəticə:
Mövcud olan sənədlərə və əhli-sünnə böyüklərinin etirafına diqqət etdikdə belə qənaətə gəlirik ki, o həzrətin gecə ikən dəfn olma vəsiyyətinin səbəbi odur ki, ona zülm edənlər onun cənazəsinə namaz qılmasın və bu işlə onların xilafəti qəsb etdiyini və onlara olan qəzəb və nifrətini əbədi olaraq bildirsin.


Şərhlər: 7
Baxılıb: 669
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allahin Salami olsun eziz Peygemberimize ovladina ve pak Ehli beytine
18 aprel 2016 21:29
# 7
sizin 1205
Allah rehmet elesin.peygember balasina zylm etmek peygembere.peygembere zukm etmekse Allaha zulm etmekdi .Allah bilsin zalumlerle
30 mart 2016 17:36
# 6
L
vipbetul
Allah Xanim HEZRETI FATIMEYI ZEHRAYA eziyyet veren her bir yezide min lenet etsin insallah,qoy bizi Xanim Fatimeyi Zehhra anamiz oz ovladi kimi sevsin Amin insallah
29 mart 2016 01:30
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Bunu bilmirdim öyrəndim təşəklürlər.
29 mart 2016 01:24
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
nermin))
Allah bilen meslehetdi.
29 mart 2016 00:10
# 3
14MsM
Olum haqqdi gelin hergun onu duwunerek yawayag duwuney en esasda derk edey hami olum bilir ama onu derk eden az bize en yaxin odu olum kimise acilamayag gozelliyimizden oyunmeyek ara vuranlig etmeyek bir sozle en azindan ALLAH ISTEDIYI KIMI YAWAYAG BIR YERKI EBEDI DEYIL ONUN NEYINE CAN ATIB NEYIMIZ ILE OYUNECIYIKKI NESE ALLAH HAMIMIZIN AXRINI XEYIRLI ET HECBIRIMIZE PWMANLIG VERME VE BIZLERI QIYMETDE FATMEYI ZEHRA ILE MEHWUR ET AMINNNN
28 mart 2016 22:16
# 2
YARIM QALMIS XEYALLAR
Allahdan xanimin hezrete olan sevgisinden hormetinden istemisem allah nesib etsin. Amin.
28 mart 2016 20:45
# 1
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz