Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azan və iqaməni eşidərkən nə demək lazımdır?
Azan və iqaməni eşidərkən nə demək lazımdır?
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 627
Səs ver:
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin»[1].

Ömər ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müəzzin "Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz "Allahu əkbər, Allahu əkbər” desə, sonra "Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də "Əşhədu əllə iləhə illəllah” desə, sonra "Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz "Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra "Həyyə aləs salət” dedikdə, "Lə havlə valə quvvətə illə billəh” desə, sonra "Həyyə aləl fələh” dedikdə, "Lə havlə valə quvvətə illə billəh” desə, sonra "Allahu əkbər” dedikdə, "Allahu əkbər” desə, sonra "Lə iləhə illəllah” dedikdə, ürəkdən "Lə iləhə illəllah” desə, cənnətə daxil olar»[2].
Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin "həyyə aləs salət” və "həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs "Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm "həyyə aləs salət” və "həyyə aləl fələh” həm də "Lə həvlə vələ quvvətə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: «Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar»[3].
Cabir Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü şəfaətim ona halal olar. "Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd etdiyin "Məqamul Məhmud”a[4] yetişdir[5]”[6].

Faydalı məlumat: Müsəlmanın, azanla iqamə arasında çoxlu dua etməsi bəyənilən haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Azanla iqamə arasında edilən dua rədd olunmaz»


Şərhlər: 5
Baxılıb: 627
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Allah razi olsun
25 iyun 2016 16:11
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
cox gozel melumat oldu Rebbim butun dualarimizi qebul etsin Amin insallah
24 iyun 2016 23:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wirin Meleyim
Azan sesini ewidende salavat vermk lazim oldugun bilirdim
24 iyun 2016 13:05
# 3
Imza aysu agazade
kiraz mevsimci kiz
men azan sesi isidende salavat cekirem
24 iyun 2016 11:51
# 2
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
heyatim_menim
ALLAh haqqimizda olan xeyirli dualrimizi qebul etsin insaALLAH.ALLAH razi olsun.
24 iyun 2016 11:15
# 1
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz