Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə üçün namazda fikrimiz yayınır?
Nə üçün namazda fikrimiz yayınır?
Göndərən: guler19
Şərhlər: 15
Baxılıb: 516
Səs ver:
Nə üçün namazda fikrimiz yayınır? Beş dəqiqəlik namaz bizə bir saatlıq kimi gəlir?
 
Cavab:
İmam Cəfər Sadiq əleyhissalam buyurur:

رُوِیَ عَنِ الصَّادِقِ عَلَیهِ السَّلَامُ قَالَ:
إِذَا قَامَ الْعَبْدُ إِلَى الصَّلَاةِ أَقْبَلَ اللَّهُ عَزَّ وَ جَلَّ عَلَیْهِ بِوَجْهِهِ فَلَا یَزَالُ مُقْبِلًا عَلَیْهِ حَتَّى یَلْتَفِتَ ثَلَاثَ مَرَّاتٍ فَإِذَا الْتَفَتَ ثَلَاثَ مَرَّاتٍ أَعْرَضَ عَنْهُ

"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa Allah Taala ondan üz döndərər"

Biharul ənvar 81-ci cild 241-ci səhifə
Vəsailuş şiə 7-ci cild 288-ci səhifə

Hədisin şərhi:
1- İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bu hədisin əvvəlində İmam buyurur:
"Allah Taala üzünü ona tərəf tutub ona baxar". Bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allah Taalaya tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər.

2- Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır. İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən məhrum olar.

3- İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz döndərməz. Deməli insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni qırmaz.

4- Allah Taala Öz bəndəsinə olduqca mehribandır. Üzünü bəndəsinə tərəf tutur, amma bəndəsi Ona etina etmir. Bununla belə Allah Taala üzünü ondan çevirmir. Bəndəsinə üç dəfə fürsət verir. Belə bir gözəl Allah Taalaya etina etməmək heç bir ağıl sahibinə başa düşülən deyil.

5- İnsan əgər həqiqi bəndə olarsa namazda Allah Taaladan başqasına üz tutmaq, diqqəti yalnız sevimli Rəbbində olar. Hədisdə var ki, əgər insan namazını Allah Taaladan başqasına nəzər salmadan qılarsa bu namazın ilkin faydası bu olar ki, həmin insanın bütün kiçik günahları bağışlanar.

6- İnsanın namazda bütün diqqəti yalnız Allah Taala olmalıdır. Xəyal qüvvəsini dünya işləri barədə fikirləşməyə qoymamalıdır. Yəni, nə qədər ki, namaz qılırsan pulu, evi, maşını, alveri, gəzməyi... düşünmə. Bir neçə dəqiqəlik dünyadan uzaq ol və dünyanı unut.

7- İnsan namazda həqiqətən Allah Taala ilə üzbəüz ola bilərsə, həmin insan namazın tez qurtarmasını istəməz. Namazını tələsik və sürətlə qılmaz.

8- İnsan namazda Allah Taalaya diqqət etmədiyi və Ona etina etmədiyinə görə bu namaz insana ağır gəlir. O namazı qılmağı özünə bir yük bilir. Namazı bitirdikdə elə sevinir ki, sanki bir ton yük götürmüş dəvədir ki, sahibi o yükü dəvənin üstündən götürdü.

9- İnsan namaz qılarkən Allah Taalanın ona olan nəzərinə etinasızlıq edirsə, bu iş həmin insanın qəlbində Allah Taalaya olan sevginin yoxluğu olmasa da azlığından xəbər verir. Təsəvvür edin, iki məşhur futbol komandası oynayanda 90 dəqiqə bizlərə 5 dəqiqə kimi gəlir. Amma namaz qılanda 5 dəqiqə bizə 90 dəqiqəyə bərabər olur.

10- İnsanın dualarının qəbul olmasının əsas şərtlərindən biri namazdır. İnsan namazına laqeyd yanaşırsa, Allah Taalanın ona üç dəfə nəzər salmasına etnina etmirsə, elə dünyadan yağışaraq qalıbsa, deməli dualarının qəbul olmamasında heç kimi günahlandırmamalı və Allah Taalaya şikayət etməməlidir.

11- Odur ki, Allah Taaladan istəyək ki, bizləri həqiqi namaz qılanlardan qərar versin. Necə ki, Aşura günü döyüşün ən çətin anlarında imam Hüsyen əleyhissalamın dostlarından olan Səid ibn Abdullah göyə baxırdı. İmam Hüseyn əleyhissalam buyurdu: "Ey Səid, nə olub?!" Səid dedi: "Ey Peyğəmbərin(s) övladı, zöhr namazının vaxtıdır."
İmam Hüseyn əleyhissalam buyurdu: "Nə yaxşı ki, xəbər verdin. Allah Taala səni namaz qılanlardan qərar versin."

Allah Taala bizləri də həqiqi namazqılanlardan qərar versin.!

Rza Əzizoğlu


Şərhlər: 15
Baxılıb: 516
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Amin insAllah yazini oxuduqca utandim namaz gozeldi Allah onu layiqince yerine yetirmeyi nesibimiz etsin
14 mart 2016 08:23
# 15
HAPPY_EYES
kim namaz qilirsa ALLAH qebul etsin amin.
11 mart 2016 07:13
# 14
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
VIP
Amin.Allah Taala bizləri həqiqi namaz qılanlardan eyləsin.
11 mart 2016 00:24
# 13
Başımın üstündə Allah,yanımda ailəm olsun.
nermin))
Allah razi olsun.Yaxsi meslehetlerdi.
Insallah Allah bizim her birimizin imanini guclu etdin.Amin
10 mart 2016 23:20
# 12
Vuska87
Mendede bele olure.fikrim yayinir.birde evveller namazdan lezet alirdim.elebil emin idimki Allah qebul edir namazlarimi dualarimi.indi Amma nedense Ele bilirem qebul deyil namazim.goresen nedendi
10 mart 2016 21:56
# 11
savior angel
amin rebbim inwallah her birimizi heqiqi namaz qilanlardan etsin

amin rebbim inwallah her birimizi heqiqi namaz qilanlardan etsin
10 mart 2016 21:43
# 10
I choose to be happy
Azəri_Ledi
Namaz insanı yaxşıya doğru dəyişdirir.Hər şeyə səbirli yanaşırsan.
10 mart 2016 19:22
# 9
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
vipbetul
Amin insallah Rebbim butun qildiqimiz namazlarimizi qebul etsin hec bir zaman uzunu bizlerden cekmesin insallah
10 mart 2016 19:12
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Allahim yalvariram sene bizleri heqiqi namaz qilanlardan eyle, Amin.
10 mart 2016 19:03
# 7
Qelbim doludu !!!!
___Jasmin___
namaz ele bir şeydiki hec kim onu tam tamina düzgün qila bilmir hardasa bir sehv edirsen
10 mart 2016 18:57
# 6
I remained behind now the mother of 14 spring -Big

1205
Namaz qilanda bezen ele şey adamin yadina duşur ki meettel qalirsan ki bu hardan geldi duşdu yadima 5il evvel olmuş bir iş ya gorduyun adam.ALLAH şeytana lenet elesin
10 mart 2016 18:23
# 5
rəmsə
Mən də etiraf edirəm,istəmədən də olsa fikrim dağılıruzulenHətta rükətlərin sayını çaşdığım anlar da olub.Bunun üçün rükətlərin sayını göstərən möhürdən istifadə edirəm.İnşaallah namazlarımızı qəbul edər Allahımdua
10 mart 2016 18:01
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
YARIM QALMIS XEYALLAR
Allah her kesin qildigi namazi qebul etsin mende o her kesin icinde. AMIN. Sesimizi duyub dualarizi qebul etsin ve bize rehmetini lutf etsin. Amin.
10 mart 2016 17:43
# 3
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Fi-Ra
Allah Taala bizləri də həqiqi namazqılanlardan qərar versin.!
Amin İnşallah
10 mart 2016 17:37
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Totu
Namaz qilmiram Allah qismet etsin
10 mart 2016 17:31
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz