loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namaza çağırış
Namaza çağırış
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 372
Səs ver:
Kütləyə qarşı tək olmaqdan qorxma. Haqlı olmamaqdan qorx!"

Müsəlmanları namaza necə dəvət ediləcəklərini Rəsulullahla (sas) səhabələri müzakirə etmiş və bəzi rəvayətlərə görə Hz. Ömərin gördüyü bir yuxunun nəticəsi olaraq bildiyimiz, alışdığımız və gündə beş dəfə eşitdiyimiz "Azan” beləcə gündəmə gətirilmişdir. 

İlk azanı da hər birimizin tanıdığı və sevdiyi səhabəmiz olan Bilal Həbəş vermişdir.

Əsrlər boyu gündə beş vaxt oxunan azana diqqət etsək sübh azanı ilə digər vaxt oxunan azanlar arasında kiçik bir fərqin olduğunu görərik. Sübh azanda onu başqa azanlardan ayıran, ona başqa bir özəllik qatan əlavə bir cümlə var:
"Əssalatu xayrum-minənnəvm Əssalatu xayrum-minənnəvm"

Yəni:
"Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".
Namazın yuxudan xeyirli olduğunu bildirən bu cümlə sadəcə sübh azanında oxunur və yatan müsəlmanlar həqiqəti ifadə edən bu kəlmələrlə oyandırılır... 
"Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".

"Sübh azanında oxunan bu ifadəyə nə üçün ehtiyac var?" deyə sual versəniz, düşünürəm ki, bu sualı cavablandırmaq o qədər də çətin olmayacaq. 
Çünki Əsri Səadət dönəminin müsəlmanlarını namazdan uzaqlaşdıracaq və ya namaza gecikdirə biləcək yeganə şey sadəcə və sadəcə fitri bir istək olan yuxu idi. Məhz bu müsəlmanlara da namazın yuxudan daha xeyirli olduğu bildirilirdi. 

Sübh azanındakı bu fərqli ifadə günün muxatabı olan müsəlmanların olduqları vəziyyət nəzərə alınaraq azana daxil edilmişsə, o zaman günümüzün müsəlmanlarının vəziyyətini də nəzərə almaq lazım deyilmi?
Müctəhidlik edərək "lazımdır” deməyin!
Çünki bu suala "lazımdır" cavabını verdiyiniz və azana lazım olan cümlələri daxil etdiyiniz zaman azanlar uzun bir qəsidəyə çevriləcəklər. İnsanları namazdan uzaqlaşdıran, namaza gecikdirən səbəbləri zikr etməyə başladığınızda azanlar çox uzanacaqlar. 

Niyə?
Çünki dövrümüzün insanını namazdan uzaqlaşdıran səbəblər çox olduğu kimi, bu səbəblərin azanda bir və ya iki dəfə təkrarlanması da kifayət deyil və olmayacaq da. 
Məsələn hər işa namazının azanında namazın televizordan xeyirli olduğunu, ən az on – on beş dəfə təkrar etməyiniz və ya etdirməyiniz lazımdır!

Namaz, televizordan daha xeyirlidir,
Namaz, televizordan daha xeyirlidir...
İndi də bu azanlarla insanların hansı məscidlərə dəvət ediləcəyini də soruşacaqsınız! 
Bizim bu gün gündəmə gətirdiyimiz məsələ namaza dəvət olduğu üçün, yuxarıdakı sualı verməyin!
Məsələnin o tərəfini heç qarışdırmayın! 
Əks halda cavab tələb edən suallar uzanar...






P.S:Əlhəmduillah...Namaz insanı pisliklərdən çətinliklərdən uzaq edir.İnsanı rahatladır.RƏBBİM qılmayanlarada tezliklə nəsib etsin.Amin


Şərhlər: 3
Baxılıb: 372
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: Aysel
Namaz qılmaq da çox ama çox mesuliyyetli olmaq lazımdır. Her kes bunu düzgün yerine yetirmir. Namaz qılarken bütün fikrin namaza yönelmelidi ,biraz da olsa fikrin yayılmamalıdı. Allah her kese qismet elesin namaz qılmağı inşAllah.Namaz qılmaq , dua etmek insanın qelbini daha da gözelleşdirir..
Heee bu ifadeni eşitmemişem sübh namazında... Namaz bu dünyadakı her bir işden daha xeyirlidir...Teşekkürler xeber üçün...
27 may 2016 13:55
# 3
Счастье это у тебя есть ребенок от любимого.и ты знаешь что у вас будет все хорошо urek
vipbetul
Namaz insani paklandirir sehv yoldan danisiqdan cekindirir
27 may 2016 13:07
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Namaz qilan her kes bunu vaxti vaxtinda etmelidirki savab evezine gunah qazanmasin
27 may 2016 08:23
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz