Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanlara yardım etməyənlər dünyada və axirətdə tək qalarlar
İnsanlara yardım etməyənlər dünyada və axirətdə tək qalarlar
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 325
Səs ver:
İnsanlar elə xəlq olublar ki, bir-birlərinə möhtacdırlar. Təkbaşına həyat sürə bilmirlər. İnsanların bir-birinə olan ehtiyacı birlikdə yaşamaqları üçün şərait yaradır. Nəticədə bir cəmiyyət formalaşır.
İnsan körpə olan zaman və qocalanda başqalarının yardımı ilə yaşayır. Lakin deyə bilərik ki, insan cavan olanda da, yetkinlik yaşında da başqalarının yardımına həmişə möhtacdır.
insanın maddi ehtiyacları olduğu kimi, məhəbbət və sevgi kimi mənəvi ehtiyacları da vardır ki, bu ehtiyacları ailədə təmin olunur. İnsanları bir-birinə yaxın edən amillərdən biri də xəstəlikdir. Hər bir insan ömrü boyu xəstələnir və sağalır. Xəstə insan sağalana qədər başqalarının yardımına ehtiyac hiss edir. Bəzən hətta öz şəxsi ehtiyaclarını belə özü yerinə yetirə bilmir. 
Allah insanları elə yaratmışdır ki, hacətini təkbaşına yerinə yetirə bilməz və başqalarının ona yardım etməsi şərtdir. Başqalarının hacətini yerinə yetirmək onları bir-birinə yaxınlaşdırar və dost edər. Başqalarının hacətini yerinə yetirmək üçün səy göstərmək Allah yanında o qədər əzəmətli bir işdir ki, ən az mükafatı - behiştdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminin bir ehtiyacını yerinə yetirərsə, Allah onun çoxlu ehtiyaclarını yerinə yetirər ki, onların ən azı behiştdir".
İmam Sadiq (ə) buyurur: "Möminin ehtiyacını yerinə yetirmək - min qəbul olmuş həccdən, Allah yolunda min qul azad etməkdən, Allah yolunda min yüyənlənmiş atı hədiyyə etməkdən daha üstündür".
Lakin çox təəssüf ki, bu gün cəmiyyətdə insanların bir-birindən uzaqlaşmaqlarının şahidi oluruq. Bəzən insan ailəsindən və valideynlərindən belə qafil olur. İnsanların dini təlimlərdən uzaq olması onların arasına fasilə salır və bir-birindən uzaqlaşdırır.
Bu gün cəmiyyətdə ən kiçik insani ehtiyaclar pulla aradan qaldırılır. Xəstə insan ona baxmaq üçün bir nəfəri tutur və ona pul verərək ehtiyaclarını aradan qaldırmaqda yardım etməsini istəyir. Nəticədə də qohumlar bir-birindən uzaqlaşır və hər şeyi pul həll edir.
O zaman ki, insan öz qohumlarından uzaq düşür, dostluq və qohumluq bağlarına böyük zərbələr dəyir. Ona görə də insanların öz ehtiyaclarına diqqət etməsi zəruridir.
İslam dininin nəzərinə görə, insanlar bir-birinə yardım etməlidir. O kəs ki, bu işdə səhlənkarlıq edər, həm dünyada və həm də axirətdə tək qalar. İmamSadiq (ə) buyurur: "Nə zaman mömin, qardaşına yardım edə bilərsə, ancaq onu tək qoyarsa - Allah dünya və axirətdə onu tək qoyar".
Beləliklə deyə bilərik ki, insanların bir-birindən uzaqlaşmasının əsl səbəbi dini unutmaqları və dini təlimlərini yerinə yetirməməkləridir. İnsanlar gərək nə qədər ehtiyaclı olduqlarına diqqət edərək, bir-birlərinə yardım etsinlər və bir-birinə yaxınlaşsınlar. Əks halda dünyada da, axirətdə də tək qalarlar.


Şərhlər: 4
Baxılıb: 325
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
imkan daxilinde her bir komeye ehtiyaci olanlara yardim etmek lazimdi.umumilikde komek etmek dedikde ne ucun yalniz kasiblari nezerede tuturuqqki .menevi cehetdende o qeder komeye ehtiyaci olanlar varki axi bu dunyada pul her weyi helle etmir.bacardigim qeder em maddi hemde menevi cehetden her kese komek etmeye caliwmiwam her menada
5 may 2016 14:32
# 4
I choose to be happy
vipbetul
insanlara indi komek edende pis olursan komek etmeyenlerse yaxsi olur yenede gerek yaxsiliqini edesen Allah qatinda esas odurki qiymetlensin
5 may 2016 12:23
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SENSİZ
Beli duzduki kasiba el tutmalisan saq elin verdiyini col el bilmemelidi. Ama men hem yetim hemde imkansiza el tutdum ellerine bir az pul kecen kimi menim quyumu qazmaqa bawladilar .insan ciy sud emib men komeklik etdim onlar bilmedi yaxwiliqimi .men Allah rizasiycun etdim .
5 may 2016 12:00
# 2
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
yarpaq33
Insanlarin bir birinden uzaqlawmasinin sebebleri qudurganliqdir birinin eli bir az pul goren kimi o birilerini kucumseyir ele bilirki pulla adam olmaq olar
Adam olmaq pulla olculmur insanliqla , xeyirxahliqla , yardimla olculur bunu anlayan ehtiyaci olan her kese dayaq durur Allahda ona yardim edir anlamayanda cezasini cekecek
5 may 2016 11:04
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz