Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Möminlərin əmiri Həzrət Əlinin(ə) 9 möcüzəsi
Möminlərin əmiri Həzrət Əlinin(ə) 9 möcüzəsi
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 676
Səs ver:
1) HƏZRƏT ƏLİNİN(Ə) GÜNƏŞ İLƏ DANIŞMASI
İbni Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə idik. Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!
Mən Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi: Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə, ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir.

2) GÜNƏŞİN QAYITMASI
İmam Əli(ə) öz əshabı ilə birlikdə Babilə tərəf yola düşdülər. Yolun ortasında namaz qılmaq üçün münasib yer tapdılar. Nəhayət, namaz qılmaq üçün münasib yer tapa bilməyib, hərəkətlərinə davam etdilər. Amma günəşin batmasına çox az qalmışdı. Hərçənd Əli(ə) bir qrup əshabı ilə namazını qılmışdı. Lakin əshabın bir qrupu namazını qılmamışdı. Buna görə də öz namazları barədə danışmağa başladılar.
İmam Əli(ə) onların söz-söhbətini eşitdikdən sonra, Allah-təaladan günəşin qaytarılmasını istədi. Allah-təala onun duasını qəbul etdi. Günəşi əsr namazının vaxtına qaytardı. Həzrətin(ə) əshabı namazını qılıb qurtarandan sonra, günəş qüruba endi. Camaat bu aşkar möcüzəni müşahidə etdikdən sonra, Allaha şükr edib, ondan bağışlanmaq istədilər. Bu xəbər hər tərəfə yayıldı.

3) YERİN İMAM ƏLİ(Ə) İLƏ DANIŞMASI
Əsma binti Ümeys deyir: Həzrəti Fatimə(s.ə) buyurdu: Gecələrin birində Əli(ə) evə daxil olduqdan sonra məni qorxuya saldı.
Dedim: Ey dünya qadınlarının xanımı! Səni necə qorxuya saldı?
Xanım buyurdu: Yerin onunla və onun yer ilə danışmasını eşitdim.

4) BÖYÜK BİR DAŞI YERDƏN QALDIRMASI
İmam Əli(ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər. Lakin tapa bilmədilər. Nəhayət, Əli(ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı göstəriş verdi. Onalr yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir daşa çatıb dayandılar. Əlinin(ə) yanına gəlib dedilər: burada böyük bir daş var və külüng ona təsir etmir.
İmam Əli(ə) buyurdu: Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar. Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası olmadı. Əli(ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal suyu müşahidə edib ondan içdçlər. Bu onların səfərdə içdikləri ən sərin və şirin su idi.
Əli(ə) buyurdu: Sudan için və ehtiyat üçün götürün. Sonra daşı götürüb, yerinə qqoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi.

5) XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ
İmam Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu dəsətənin əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan faydalanmırsınız.
Həzrət buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir? Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib, soruşdu: Bunlar nədir?
Dedim: Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı. Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı.

6) ZƏLZƏLƏNİN DAYANMASI
Fatimeyi-Zəhra(s.ə) buyurur: Əbu Bəkr və Ömərin dövründə böyük bir zəlzələ baş verdi. Camaat qorxuya düşüb, Əbu Bəkr və Ömərə pənah apardılar. Lakin gördülər ki, o iki nəfər qorxudan Əliyə(ə) pənah gətiriblər. Camaat da onların arxasınca, Əlinin(ə) evinə getdilər.
Əli(ə) onların qorxu və vəhşətinə diqqət etmədən evdən eşiyə çıxdı. Camaat da onun arxasınca hərəkət edirdilər. Nəhayət, uca bir nöqtəyə çatdılar. İmam Əli(ə) orada oturdu. Başqalarıda onun ətrafında oturub, şəhərin zəlzələdən titrəyən evlərinə tamaşa edirdilər. Bu zaman Əli(ə) buyurdu: Elə bil siz bu zəlzələdən qorxuya düşmüsünüz.
Cavab verdilər: Necə qorxmayaq ? Halbuki indiyə qədər belə bir şey görməmişik. İmam Əli(ə) dodaqlarını tərpətdikdən sonra, əllərini yerə vurub ona buyurdu: Sənə nə olubdur? Sakit ol!
Yer sakit oldu. Camaat zəlzələdən təəccüb etdiklərindəndə çox, Əlinin(ə) bu işinə təəccüb etdilər.
İmam(ə) buyurdu: siz mənim işimdə təəccüb etdiniz?
Dedilər: Bəli.
Buyurdu: Mən o şəxsəm ki, Allah-təala buyurmuşdur: Yer zəlzələyə gələn zaman, öz içindəki xəbərləri aşkar edər, İnsan deyir: Yer nə olmuşdur?***
Mən həmin şəxsəm ki, qiyamət günündə yerə deyəcəyəm: Sənə nə olubdur? «Bu gündə yer öz xəbərlərini açıqlayacaq.» ***
Yer mənim üçün öz xəbərlərini bəyan edəcək.

7) CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK
Həzrəti Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və yəqinlik tapar.
İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.
Nəhayət, Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini kənara çək.
Qəflətən səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, behişt bağlarından biri, ya cəhənnəm çalalarından biridir.

8) ÇINQIL DAŞLARIN TƏSBİH DEMƏSİ
Salman deyir: bir neçə nəfər, Peyğəmbərin(s) hüzurunda oturmuşduq. Bu zamanda Əli(ə)-da gəldi. Peyğəmbər(s) bir ovuc çınqıl daş götürüb ona verdi. Daşlar hələ Əlinin(ə) əlində qərar tutmamışdı ki, dil açıb dedilər: «Allahdan başqa, allah yoxdur. Mühəmməd(s) onun elçisidir. Razı oldum ki, Allah mənim pərvərdigarım, Mühəmməd(s) Peyğəmbərim və Əli(ə) isə mənim ağamdır.» ***
Peyğəmbər(s) buyurdu: Sizlərdən hər kəs, Allahı və Əliyyibni Əbitalibin(ə) vilayətini qəbul edib razı olsa, Allahın əzabından amanda qalacaq.

9) FƏRATIN SUYUNU YATIRMASI
Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.
İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var idi.
Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı. Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı yatdı.
Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!
Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram.


Şərhlər: 7
Baxılıb: 676
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah sevdiyi bendelere hemise mocuzeler verir Allah razi olsun
20 aprel 2016 15:21
# 7
vipbetul
cox gozel melumat oldu bu barede hec esiitmemisdim
6 aprel 2016 01:15
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
14MsM
Allah razi olsunn..maraqla oxudum ..
5 aprel 2016 23:56
# 5
sadece_men
Bunlari bilmirdim maraqli idi twk
5 aprel 2016 15:32
# 4
Miss_Oxatan
cox maraqli xeber oldu paylawima gore tewekkur edirem.Wukur Allaha ki,ehli beyt wiesiyem.oxuduqca ureyimden bu kecdi.Gunewin namaz ucun geri qayitmasi bu daha da qeribe tesir bagiwladi.Allah her weye qadirdir.wukur Allaha.
5 aprel 2016 15:29
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ayka95
Çox maraqla oxudum ,bele seyler haqqinda oxumagi çox sevirem
5 aprel 2016 14:47
# 2
Totu
Allah razi olsun
5 aprel 2016 14:38
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz