Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Din ve fanatizm
Din ve fanatizm
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 370
Səs ver:
Bildiyimiz kimi dünyada yüzlərlə din mövcuddur. Dinlərin ən müqəddəsi və ən sonuncusu Mühəmməd (ə.s.) -ın Allahın əmri ilə əsasını qoyduğu İslam dinidir. İslam Allahın vahidliyini,Mühəmmədin peyğəmbərliyini təbliğ edir,müqəddəs kitabı Quranı qəbuul etməyi vacib bilir. İslam barış dinidir. Amma burada mən İslam dinindən yox, Allahın adından istifadə edib avam şəxsləri aldadan bəzi din düşmənlərindən danışacam.
Fanatizm - hər hansı bir varlığa həddən artıq inanmaq, pərəstiş etmək,ona bağlanmaq deməkdir. Müasir zamanda buna fanatlıq demək olar. Dinə həddən artıq çox bağanmaq, dinə fanatik olmaq sonda bir zamanların Şeyx Nəsrullahlarının,İbrahimxəlil kimyagərlərinin qayıtmasına,din adıyla insanları aldatmasına səbəb olur.
Falçılar və falabaxma- təəssüf ki,müasir zəmanəmizdə belə axmaq falçılara rast gəlmək olur.Əslində onlara axmaq deyə bilmərəm, pul qazanmaq üçün bu yolu seçən özünə ilahi insanlar adı verən bu şəxslər avam və fanatik insanları aldatmaqda mahirdirlər. Kimi birinin taleyini dəyişir,o biri bəxtini açır,bu birisi üstündəki qara buludları aradan götürür,hətta elə həyasızları da tapılir ki, insandirildən çıxir. Guya gündə ona müraciət edən şəxslərin ömrünü uzadir,öləcəksə onu sağaldır və ölməyə imkan vermir.Ən dəhşətlisi bunu Allahın adıyla etdiklərini demələridir.İslamın nə demək olduğunu dəqiq bilməyən avamlar isə bu yalançıların sözlərinə inanır,onlari ilahi insanlar hesab edirlər. Halbuki bu dünyaya hər şəxs insan kimi gəlir,digər insanlardan fərqli heç bir xüsusiyyətə malik ola bilməz. Allah heç kimə fovqəltəbii qüvvə vermir.Bəzi falçıların yalanının üstünü açmaq üçün ona tapşırıq verəndə min bəhanə uydurduğunu görmüşük.
Ekstrasenslər- bəlkə də ən gülünc insanlar deyərdim onlara. Özlərini gələcəyi görən, Allaha yaxın olan və hər kəsin başına gələn və gələcək hadisələri bilən kimi təqdim edib utanmadan bunu Tanrı vergisi adlandırirlar. Bu da ancaq muftə yerə pull qazanmaq,cibini haram yolla doldurmaqdan başqa heç nə deyil. Allahın kitabı Quranda deyilir ki, bu dünyada hər cür sehr və fal batildir. Onda ya bu ekstrasenslər müsəlman deyil,ya da dindən istifadə edib avam camaatı aldadan yalançı tayfasıdır.
Dünyanın sonu 21 Dekabr- O günü unutmağım demək olar mümkün deyil. Bilmirəm hansı mayyali deyib,ya da heç yazıq deməyib, hamının dilində  əzbər olan qiyamət günü iddiaları ölkəmizin,tariximizin,bəlkə də İslam dininin "qanla yazılmış səhifə"si oldu. O gün başa düşdüm ki,hər gün namaz qılan,oruc tutan,özünü Allaha təslim etmiş bir çox müsəlmanların dindən anlayışı belə yoxdur. Eşitdiyim ilk gündən bəri bu xəbərə gülsəm də bu axmaqlara inananları görəndə ağlamaq istəyirdim. Allahın ayəsidir,mənim sözüm deyil, Quranda yazılıb ki, ey müsəlmanlar,Qiyamətin nə vaxt gələcəyini yalnız Allah bilər.O gün Allahın imtahanıydı,dinin sınağıydı, amma təəssüf ki, çoxları bu sınaqda uduzdu.
Bəzi mollalar haqqında da demək istəyirəm. O mollalar ki, ciblərini doldurmaq məqsədiylə yalandan "necə gəldi" Yasin surəsini oxuyub mənasından xəbərsizdirlər. Soruşsan Allahın İxlas surəsini belə əzbərdən deyə bilmirlər. Allahın nəyi savab nəyi günah elan etdiyindən xəbərləri də yoxdu və bəzi ruhanilər ki, özlərinə utanmasalar imam, peyğəmbər də deyərlər. Adlarını deməyəcəm,din adından istifadə edib sünni -şiə qırğını salan, mafia təşkilatları yaradıb Allahu Əkbər deyə-deyə baş kəsən vicdansızları, günlərini eyş-işrətdə keçirib zinadan danışan molları demirəm də heç.
Çox danışmayım,əziz müsəlmanlara səslənirəm sizə, bax and içə bilərəm,nə falçılar,nə ekstrasenslər,nə də ruhani ya mollalar sizin nə taleyinizi dəyişir,nə din yoluna yönəldir.İnsan doğru yolu özü tapmalıdır,daha ekstasens bəxtimi açsın,molla dua oxusun gözümün ağrısı keçsin,falçı fal oxusun bəxtim açılsın ərə gedim yox. Allah günahlarımızı bağışlasın.


Şərhlər: 8
Baxılıb: 370
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
belelerinnen cox yorulmusam Quranin haram buyurdugu pisliyi edib ozlerini muqeddes kimi gosterirler hemise belelerinin cavabini verib onlardan uzaq qacib onlarin qarsisini ala bilerik
14 mart 2016 10:13
# 8
savior angel
men wexsen falcilara qetiyyen inanmiram.her wey o uca Allahin elindedi yox bextimi acacaq neblim iwimi duzeldecek ewii esterfullah Allahla allahliq etmek isdeyirler gunahdiye havayi yere bu cammati aldadirlar.bizim bezi agillilarda olara inanir wexsen etrafimda cox gorurem falciyla oturub duranlari inananlari deli olramda 100 kere deyirem inanmiyin bow weylerdi hamsi ee yox beyinlerine o qeder saliblarki nese dedikleri ile usd usde duwse deyillerki he falci eledi neblim ne Allaha qurban olum en yaxwisini xeyirlisini o bilir 2 deq sonra ne olacagini bilmir insan,ona gorede bow bow weylere inanmaq lazim deyil en yaxwisi allahdan isde dua et her wey gec tez duzelecek elbet.Birdeki sonda qeyd edilen molla meselesine geldikde ise duzdu coxdu bele firildaqci mollalar.Menimde babam molladi artiq 30 ilden coxduki meclis aparir yasin quran oxuyur.elbetdeki bezileri kimi yalandan yox hemiwe deyirki herden meciddezadda gorurem hecneden bawi cixmiynlar gelib mollaliq edir ara yerde yaxwi insanlarin adi pis olur,bu dunya duele deyile her kes her weyden istifade edir hec olmasa bele weylerde yaan etmesinler ax gunahdi.
6 mart 2016 18:33
# 7
I choose to be happy
Fi-Ra
21 dekabr günü sinif yoldaşlarımın çoxu inanmışdı. Deyirdilər guya saat 10 olanda dünya dağılacaq. Başladılar geri saymağa. Onda mən bir də padruqam gedib oturduq bufetdə başladıq yeməyə. Sonra başladılar bizi ələ salmağa ki, siz o biri dünyaya qarni dolu getmək istəyirdiz deyəsən 122
Hər şeyin düzünü yalnız Allah bilir. Çox gözəl xəbər idi təşəkkürlər
4 mart 2016 23:44
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
lilit
Eger bir insan dinine sadiqdise kenare cixib yalacilara inamaz mence (ama men ateisdem )
4 mart 2016 21:38
# 5
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
vipbetul
her seyi bilen yalniz Allahdir her sey yalniz onun elindedir o OL demeden hech ne olmaz bunu ne qederki derk etmemisik bir o qederde cahilliyimzden isdifade edilegey hec vaxt mollaya falciya inanmiyaq bir seyi bilek biz bunu Allahdan isdesek o bize onsuzda veregey bize bunlari veren Allahdir neceki bizi yaradan odur
4 mart 2016 20:09
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
müqəddəs Quranimiz bütün dərdlərin ve sirrlərin açarıdır. ona sığınıb, Allaha el acib dua edərək insanlar özlərinə şəfa da tapa bilərlər, bextlerini de aça bilərlər, bütün problemlərinin çarəsini de tapa bilərlər. bunun üçün falçıya getməyə ehtiyac yoxdur. falçı yanina gedənlər də onlar kimj ağılsız və dindən anlayışı olmayan avam insanlardi
4 mart 2016 19:22
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
1205
Allah her şeyi qederinde edenleri sevir
4 mart 2016 15:31
# 2
Fialka
Ən müdrik dindir islam dini amma dinlə bağlı məlumatı az olan kəsləri tez təsirləri altına alan şarlatanlar çoxdur hansı ki, dinin adından istifadə edib yalan , yanlış məlumat yayırlar özlərinə sərf edərcəsinə ...Allah və onun peyğəmbərlərinin adından istifadə edib yalanlar uydurmaq böyük günahdır eləcədə façılıqla məşğul olanlar, ekstrasenlərə inanan və o işlə məşğul olanlarda eyni günah sahibləridir....Allah islah etsin o kəsləri inşAllah.
4 mart 2016 14:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz