Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan özünün təbibidir! (2. hissə)
İnsan özünün təbibidir! (2. hissə)
Göndərən: guler19
Şərhlər: 3
Baxılıb: 352
Səs ver:
NƏFSİN SAFLAŞDIRILMASININ MƏRHƏLƏLƏRİ

1.Qarşısını almaq. Ruhun sağlamlığına riayət etmək, günah və çirkin əxlaqın qarşısını almaq nəfsin saflaşdırılması mərhələlərində ən yaxşı və ən asan yoldan ibarətdir. Nəfs hələ günaha aludə olmadığı bir zamanda fitri nuraniyyətə, səfaya malikdir, onda yaxşı işləri görməyə, gözəl əxlaqla zinətlənməyə daha artıq hazırlıq vardır. Hələ qaralmamışdır, şeytan ora yol açmamış və o da pis işlərə adət etməmişdir. Buna görə də günahın tərk edilməsi üçün daha artıq hazırlığa malikdir. Yeniyetmələr və cavanlar əgər öz nəfslərini saflaşdırıb günaha, rəzil xüsusiyyətlərə mürtəkib olmaqdan çəkinmək istəsələr onlar üçün bu müəyyən qədər asandır. Çünki bu iş qarşısı alınma yönünə malikdir və bir şeyin qarşısını almaq ona adətin tərk edilməsindən qat-qat asandır. Deməli, cavanlıq, yeniyetməlik hətta uşaqlıq dövrü belə nəfsin saflaşdırılmasının ən yaxşı dövrüdür. Eləcə də insan məxsus bir günaha batmayınca həmin günahın tərk edilməsi onun üçün daha asandır. Deməli cavanlar, yeniyetmələr, eləcə də bəzi günahlara mürtəkib olmayan şəxslər fürsəti çox mühüm və qənimətli hesab etməli, ümumiyyətlə, günah etməməyə çalışmalı, nəfslərini elə olduğu vəziyyətdə saxlamalıdırlar. Çünki bir şeyin qarşısının alınması onu etdikdən sonra tərk etməkdən daha asandır. Bu məsələyə diqqət yetirilməlidir ki, əgər bir kəs bir günaha mürtəkib olarsa, yaxud, çirkin əxlaqa sahib olarsa və bununla da şeytanı öz nəfsinə buraxmış olarsa o günahı tərk etmək hökmən daha çətin olacaqdır. Şeytan və nəfsi-əmmarə daim çalışır ki, günaha bir iki dəfə mürtəkib olmağı kiçik və əhəmiyyətsiz cilvələndirsin ki, bunun vasitəsilə qəlbə nüfuz edərək nəfsi günah işlərə adət etdirsin. Deməli, öz xoşbəxtliyini fikirləşən bir insan nəfsin istəkləri müqabilində ciddi şəkildə müqavimət göstərməli, günah işə bir dəfə olsa belə mürtəkib olmaqdan ciddi şəkildə çəkinməlidir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Öz nəfsinə pis bir işə, yaxud əmələ mürtəkib olmağa belə icazə vermə.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.801)
O Həzrət (ə) başqa yerdə belə buyurur: "Həvayi-nəfs sənə qələbə çalıb güclənməmişdən öncə sən ona qələbə çal. Əgər güclənərsə səni öz ixtiyarına keçirəcək və istədiyi tərəfə çəkəcəkdir. Belə olan halda sən onun müqabilində müqavimət göstərə bilməyəcəksən.”("Ğurərul-hikəm”, səh.411)
Yenə buyurur: "Adət insanı öz ixtiyarına keçirən bir düşməndir.”("Ğurərul-hikəm, səh.33) "Adət insan üçün ikinci növ təbiət olur.”("Ğurərul-hikəm”, səh.26) Düşmən düşmənə qələbə çaldığı kimi sən də öz həvayi-nəfsinə qələbə çal, düşmən düşmənlə mübarizə apardığı kimi sən də onunla mübarizə apar. Bəlkə bu yolla öz nəfsini cilovlaya biləsən.”("Ğurərul-hikəm”, səh.409)
Yenə buyurur: "Günahı tərk etmək tövbə etməkdən daha asandır. Çox hallarda bir saatlıq şəhvət uzun-uzadı qəm-qüssəyə səbəb olur. Ölüm dünyanın iç üzünü aşkar və rüsvay olmasına səbəb olur və əql sahibi üçün heç bir sevinc və şadlıq qoymur.”("Kafi" c.2, səh.451)
İmam Cəfər Sadiq (ə) buyurur: "Ruhun bədənindən ayrılmamış (ölməmiş) nəfsini, özün üçün zərərli olan şeylərdən hesab et. Güzəranını və həyat vəsaitlərini təmin etmək üçün çalışdığın kimi, nəfsinin (nəfsani istəklərdən) azadlığı yolunda da çalış. Həqiqətən sənin nəfsin əməllərinin girovundadır.”("Kafi”, 2-ci cild,,səh.455)
Allah-təala Qurani-Kərimdə buyurur: "Amma hər kəs öz Pərvərdigarının məqamından qorxaraq nəfsini ehtiraslardan, nəfsani istəklərdən saxlasa həqiqətən behişt onun yeri olacaqdır.” ("Naziat” surəsi, 40-cı ayə)
Hər bir halda nəfsin bu işlərə qurşanmasının qarşısını almaq ən yaxşı və ən asan yoldur. İnsan bu yolda bacardığı qədər çalışıb ciddiyyət göstərməlidir. Xoş olsun o cavanların halına ki, həyatın əvvəllərində öz əmmarə nəfslərini cilovlayaraq onlara günaha mürtəkib olmaq icazəsini vermir və ömürlərinin axırına qədər pak-pakizə olub Allah dərgahına yaxınlaşmaq yolunda qədəm götürür və Allah dərgahında yüksək mərtəbələrə nail olurlar.
2.Birdən-birə tərk etmək. Əgər qarşısını almaq mərhələsindən keçsə və nəfs günahlara aludə olsa onda onun paklanması növbəsi çatıb. Paklamağı bir neçə cür başlamaq olar. Onların ən yaxşısı mənən və daxilən dəyişiklik etmək, günahı külli şəkildə tərk etməkdir. Günaha, çirkin və rəzil xislətlərə aludə olan bir şəxs birdəfəlik tövbə edib Allah dərgahına qayıdaraq qəlbini günahlardan və aludəliklərdən yuyub, pak-pakizə ola bilər. O, qəti bir qərarla şeytanı öz qəlbindən çıxarıb qəlbin qapılarını əbədi olaraq onun üzünə bağlaya bilər, qəlb evini Allah dərgahına yaxın olan mələklərin nazil olma yerinə, ilahi nurların saçma mərkəzinə çevirə bilər, ciddi bir çevrilişlə şeytanı və əmmarə nəfsini məğlub edib, nəfsin cilovunu möhkəm-möhkəm və həmişəlik olaraq öz əlinə ala bilər. Çoxlarını görmək olar ki, öz nəfslərinə məhz bu yolla qələbə çalmış, onu tam şəkildə təmizləməyə və saflaşdırmağa nail olmuş və həyatlarının axırına qədər öz sözlərinə vəfalı qalmışlar. Bu batini dəyişiklik bəzən bir tərbiyəçidən, yaxud özünün nəfsi saf olan əxlaq ustadından qısa bir cümlə eşitmək, yaxud, ilahi şəxsiyyətin bir işarəsi, yaxud qeyri-adi bir hadisənin baş verməsi, dua və zikr məclisində iştirak etməklə, ayə, rəvayət dinləməklə, bir neçə anlığa qısa təfəkkür etməklə hasil olur. Bəzən kiçik bir hadisə bir qığılcım kimi qəlbi büsbütün dəyişərək ona nuranilik gətirir. Bəzi şəxslər bu yolla öz nəfslərini saflaşdırmağa müvəffəq olmuş və Allah dərgahına seyr edənlər qrupunda qərar tutmuşlar. Nümunə olaraq aşağıdakı hadisələrə diqqət yetirin:
Bişr Hafi Allahın layiqli bəndələrindən, dövrünün abid və zahidlərindən idi. Onun həyatı barəsində qeyd olunur ki, əvvəllər ə”yan-əşraflardan idi. Gecə-gündüz əyyaşlıqla, pis və günah işlərlə məşğul olurdu. Onun evi fəsad, eyş-işrət, rəqs, ğina mərkəzi idi. Bu səslər həmişə onun evindən eşidilirdi. Lakin sonralar tövbə edərək zahidlər və abidlər cərgəsinə keçmişdi. Onun necə tövbə etməsilə əlaqədar yazırlar: Bir gün Bişrin kənizi zibil qabını boşaltmaq üçün evin qapısına gəlir. Bu zaman Həzrət Musa ibni Cəfər (ə) evin qapısından keçəndə avaz və rəqs səsini eşidir. Kənizdən soruşur: «Bu evin sahibi azad adamdır, yoxsa qul?» Kəniz deyir: «Əlbəttə, azaddır və ağadır.» Həzrət (ə) buyurur: «Düz deyirsən, çünki əgər bəndə olsaydı və öz mövlasından qorxsaydı günah və mə”siyətə bu qədər cürətli olmazdı.»
Kəniz evə gedir. Şərab süfrəsinin kənarında əyləşən Bişr ondan soruşur: «Nə üçün gec gəldin?» Kəniz hadisəni danışır. Bişr soruşur: «O kişi axırda nə dedi?» Kəniz dedi: O kişinin axırıncı sözü bu oldu: «Düz dedin, əgər evin sahibi azad olmasaydı (yəni özünü Allahın bəndəsi hesab etsəydi) öz mövlasından qorxar və günah işlərdə bu qədər cürətli olmazdı.»
İmam Musa ibni Cəfərin (ə) qısa sözü ox kimi Bişrin qəlbinə sancılır və bir qığılcım kimi qəlbini nuraniləşdirib tamamilə dəyişir. Şərab süfrəsini yığışdırıb, ayaqyalın qaçaraq özünü həmin şəxsə – Musa ibni Cəfərə (ə) çatdıraraq deyir: «Ey mənim ağam! Allahdan və sizdən üzr istəyirəm! Bəli, mən Allahın bəndəsiyəm. Lakin öz bəndəliyimi unutmuşdum. Buna görə də belə günah işlər görürdüm. Amma indi öz bəndəliyimi dərk elədim və keçmiş əməllərimdən tövbə etdim. Mənim tövbəm qəbul olunurmu?» İmam (ə) buyurur: «Bəli, Allah sənin tövbəni qəbul edər. Öz günah işlərindən xaric ol və həmişəlik olaraq günahları tərk et.»
Bişr tövbə edərək Allah övliyaları, abid və zahidlərin cərgəsinə keçir, bu nemətin şükrün yerinə yetirmək məqsədilə ömrünün axırına qədər ayaqyalın gəzir.("Müntəhəl-amal”, 2-ci cild, səh.126)
Əbu Bəsir deyir: «Mənim qonşuluğumda zalım padşahların məmurlarından biri yaşayırdı. Haram yolla çoxlu mal-dövlət yığmışdı. Onun evi fəsad, eyş-işrət və ğina mərkəzi idi. Mən onun qonşuluğunda, daim əzab-əziyyətdə yaşayırdım, lakin heç bir çıxış yolum yox idi. Dəfələrlə ona nəsihət etmişdim, amma faydası olmamışdı. Nəhayət bir gün bu işləri tərk etməsinə dair çox israr etdim. Mənə dedi: Filankəs! Mən şeytanın əlində əsirəm, eyş-işrətə, günaha adət etmişəm, onu tərk edə bilmirəm. Xəstəyəm, lakin özümü müalicə edə bilmirəm. Sən mənim üçün yaxşı bir qonşusan, lakin mən sənin üçün pis qonşu olmuşam. Nə edə bilərəm? Axı mən həvayi-nəfsimin əsiriyəm! Nicat üçün bir yol da görmürəm. İmam Cəfər Sadiqin (ə) hüzuruna gedəndə mənim vəziyyətimi ona de. Bəlkə mənim üçün bir çıxış yolu göstərsin.»
Əbu Bəsir deyir: O kişinin sözündən çox təsirləndim. Bir müddətdən sonra İmam Cəfər Sadiqi (ə) ziyarət etmək məqsədilə Kufədən Mədinəyə yola düşdüm. İmamın (ə) hüzuruna çatdıqda qonşumun sözlərini ona çatdırdım. Buyurdu: «Kufəyə qayıdandan sonra o kişi sənin görüşünə gələcək. Ona deyərsən: "Cəfər ibni Muhəmməd dedi: Sən günahlardan əl çək ki, mən də sənin üçün behiştə zamin olum.”»
İşlərimi qurtardıqdan sonra Kufəyə qayıtdım. Camaat mənim görüşümə gəlirdi. Qonşum da gəldi. Hal-əhval soruşduqdan sonra getmək istədi. Mən işarə ilə ona oturmasını, onunla işim olduğunu başa saldım. Hamı getdikdən sonra ona dedim: «Mən sənin vəziyyətini İmam Cəfər Sadiqə (ə) dedim. Buyurdu: Kufəyə qayıtdıqdan sonra mənim salamımı ona çatdır və de: Sən günahlardan əl çək, mən də sənə cənnəti zamin olum.»
O Həzrətin (ə) qısa cümlələri bu kişinin qəlbinə elə təsir etdi ki, hönkür-hönkür ağlamağa başladı. Sonra mənə dedi: «Filankəs! Səni and verirəm Allaha, de görüm, doğrudanmı Cəfər ibni Muhəmməd belə dedi?» Mən and içib dediyim sözün eynilə imamın sözü olduğunu bildirdim. Dedi: Elə bu söz mənə kifayətdir.»
Bunu deyib evimdən çıxdı. Bir neçə gün ondan xəbərim olmadı. Bir gün mənə xəbər göndərdib onun yanına getməyimi və mənimlə işi olduğunu bildirdi. Xahişini qəbul edib onun evinə getdim, qapının arxasından məni səsləyib dedi: «Ey Əbu Bəsir! Yığdığım bütün haram mal-dövlətləri sahiblərinə qaytardım. Hətta paltarlarımı da çıxardıb vermişəm. İndi çılpaq halda qapının dalındayam. Ey Əbu Bəsir, mən imamın göstərişlərinə əməl etdim və bütün günahlardan əl çəkdim.»
Əbu Bəsir deyir. Qonşumun tövbə edib Allah dərgahına qayıtmasından sevindim və imamın sözünün təsirindən heyrətləndim. Evə qayıdıb bir qədər paltar, yemək hazırladım və onun üçün apardım. Bir müddətdən sonra yenidən məni çağırdı. Evinə getdikdə xəstə olduğunu gördüm. Bir müddət xəstə yatdı. Mən də daim onun vəziyyətini soruşmağa gedir, lazım olan köməkləri edirdim. Lakin müalicənin heç bir faydası olmurdu. Nəhayət bir gün vəziyyəti çox ağırlaşdı. Ehtizar (can verən insan) halına düşdü. Başı üstündə oturmuşdum. O da can üstündə idi. Birdən huşa gəlib dedi: "Ey Əbu Bəsir! İmam Cəfər Sadiq öz vədəsinə əməl etdi!” Bunu deyib həmişəlik gözlərini yumdu.
Bir müddətdən sonra həcc səfərində İmam Cəfər Sadiqin (ə) hüzuruna getdim. Bir ayağım dalanda, digər ayağım isə həyətdə ikən İmam (ə) buyurdu: "Ey Əbu Bəsir! Biz sənin qonşuna verdiyimiz əhdə vəfa etdik: onun üçün zamin olduğumuz behişti ona verdik.”("Müntəhəl-amal”, 2-ci cild, səh.86)
Belə insanlar həmişə olmuş və hal-hazırda da vardır ki, qəti bir qərar, şücaətli bir tədbirlə əmmarə nəfsi məğlub edərək onun cilovunu əlinə alır və batini bir inqilabla nəfsini hər növ çirkinliklərdən təmizləyirlər. Deməli, bu yolu ötmək bizim hamımız üçün mümkündür.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Adəti tərk etmək üçün öz nəfslərinizə qələbə çalın və onun istəkləri ilə mübarizə aparın. Bəlkə bu yolla nəfsinizi öz ixtiyarınıza keçirə biləsiniz.”("Ğurərul-hikəm”, səh.508)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "İbadətlərin ən yaxşısı adətlərə qələbə çalmaqdır.”("Ğurərul-hikəm”, səh.176)
İmam Məhəmməd Baqir (ə) buyurur: "Qiyamətdə üç gözdən başqa bütün gözlər ağlayar:
1.Gecələr Allah yolunda ayıq qalan gözlər.
2.Allah qorxusundan ağlayan gözlər.
3.Allahın haram buyurduğu şeylərdən yumulan gözlər.”("Kafi”, 2-ci cild, səh.80)
İmam Cəfər Sadiq (ə) buyurur: "Allah-təala Musaya (ə) belə vəhy etdi: «Heç kəs Mənim dərgahıma haramlardan çəkinməklə yaxınlaşdığı qədər başqa bir yolla yaxınlaşa bilməz. Həqiqətən Ədn behiştini onlar üçün mübah edərəm və onlardan başqa şəxsləri oraya daxil etmərəm.”("Kafi”, 2-ci cild, səh.80)
Əlbəttə, əmmarə nəfsini cilovlamaq və günahları tərk etmək ümumi halda asan iş deyildir. Lakin əgər bu barədə agahlıq, təfəkkür, aqibəti düşünmək, himmət və iradə olsa çox da çətin olmaz. Çünki bu barədə Allah tərəfindən də kömək olunur.("Ənkəbut” surəsi, 69-cu ayə)
3.Tədricən tərk etmək. Əgər günahları bir dəfəyə tərk etmək üçün himmət və bacarığımız yoxdursa bu əməli tədricən tərk etmək barədə qərara gələ bilərik. Əvvəlcə nümunə olaraq bir, yaxud bir neçə günahı tərk etməyə başlayır və bu işi o qədər davam etdiririk ki, onları tərk etmək barədə nəfsimizə qələbə çalaraq onların kökünü kəsə bilək. Bundan sonra həmin əməliyyatı digər bir və ya bir neçə günahla əlaqədar başlayır və ona qələbə çalana qədər davam etdiririk. Eyni halda tam ehtiyatlı olmaq lazımdır ki, tərk olunan günahlar yenidən təkrar olunmasın. Məlum olduğu kimi günahların tərk olunması ilə bərabər nəfsi-əmmarə və şeytan da zəifləyir. Qəlbdən hər bir şeytan çıxdıqca onun yerinə mələk keçir. Qəlbin səhifəsindən hər günah qaraltısı aradan getdikcə həmin qədər də onun ağlığı və nuraniliyi artır.
Bu minvalla günahların tərk edilməsini davam etdirir, nəfsi kamil saflaşdırır, nəfsani istəkləri kamil şəkildə cilovlayıb tam qələbəyə nail oluruq. Bu məsələ ilə əlaqədar elə bir həddə çatmaq olar ki, özümüzdə bütün günahların bir dəfəlik olaraq tərk edilməsinə qüdrət də görə bilərik. Bu halda biz fürsətlərdən istifadə etməli və bütün günahları bir dəfəlik tərk etməliyik. Şeytanı qəlbimizdən çıxarıb nəfsi-əmmarəni cilovlamaqla qəlbi Allah və Onun dərgahına məxsus olan müqərrəb mələklərə aid edərik. Əgər bu barədə çox çalışıb cihad etsək şübhəsiz qələbə çalacağıq. Nəfs ilə aparılan cihad eynilə düşmənlə aparılan mübarizəyə bənzəyir. Mücahid insan həmişə düşməni nəzarət altına alıb öz qüvvələrini düşmənin imkanları ilə müqayisə etməli, öz qüvvələrini gücləndirməli, fürsətlərdən istifadə edərək mümkün olan hər bir yolla düşmənə hücum etməli və onun ordusunu dağıtmalı, yaxud nəfs ölkəsindən çölə çıxarmalıdır.


Şərhlər: 3
Baxılıb: 352
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun cox gozel ibret alinasi yazidi insan gunah anlayisini qelben anladiqda cox pesman olur bilerek bilmeyerek etdiyi gunahlar qelbi cox incidir
22 mart 2016 07:03
# 3
vipbetul
Rebbim ozu komek olsun gunahlarimizi baqislasin nefsimizi seytani hislerden qorusun
5 mart 2016 10:32
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Mətnin qısadılmış tərzdə versəlır daha gözəl olar ,çətin ki bu uzunluqda mətnin hamsını oxuyan olsun,yalan danışa bilmərəm yarıya qədər oxudum ondan sonrasına sadəcə nəzər yetirdim.
Günaha batmış şəxslər çoxdu şeytanın oynuna gələn şəxslərdə çoxdu,nəfsini qoruya bilməyib pis addımlar atanlarda çoxdu həyatda,nə qədər günah qazandıqlarının fərqinə belə varmadan yada bgünah olduğunu bilə bilə şeytanın yolu ilə davam etməyi sevirlər,Allah belə insanların şərindən,pisliyindən qorusun bizləri .
4 mart 2016 22:51
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz