Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan özünün təbibidir! (1. hissə)
İnsan özünün təbibidir! (1. hissə)
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 358
Səs ver:
Düzdür ki, peyğəmbərlər və imamlar insanların tərbiyəçiləri və nəfslərinin təbibləridir, lakin nəfsin islah olunması, təbabəti və aludəliklərdən təmizlənməsinin məsuliyyəti bizim öz öhdəmizə qoyulmuşdur. Peyğəmbərlər və məsum imamlar insanlara təbabət dərsi verirlər, nəfsani xəstəlikləri, onların əlamətlərini və pis təsirlərini, eləcə də müalicə yollarını camaat üçün şərh edirlər ki, insanlar özlərinin nəfsani xəstəlikləri və onların müalicə yolları ilə tanış olaraq nəfslərinin islah olunmasını öz öhdələrinə götürsünlər. Çünki heç kəs insanın özünü ondan yaxşı tanıyaraq xəstəlikləri ayırd edə bilməz və nəticədə müalicə məqamına gələ bilməz. İnsan nəfsani xəstəlikləri və onların müalicə yollarını vaizlərin dilindən eşidir, yaxud kitablarda oxuyur, lakin nəticə etibarilə öz xəstəliyini dərk edərək xüsusi dərmanlardan istifadə etməli olan şəxs insanın özüdür. İnsan özünün nə cür olduğunu hər bir başqa adamdan daha yaxşı hiss edir. O, özünün daxilindəki məxfi yerlərdən daha agahdır. Əgər öz nəfsini nəzarət altına almazsa başqalarının öyüd-nəsihəti onda necə təsir qoya bilər?
İslam nəzərincə islahat işlərini insan vücudunun daxilindən başlamaq, nəfslərin özlərini aludəliklərdən təmizlənməyə, səhiyyə və psixoloji işlərə riayət etməyə hazırlamaq və onlara özlərini nəzarət altında saxlamaqlarına əmr etmək lazımdır. Bu da islamda ən mühüm tərbiyə metodlarından biri hesab olunur. Allah-təala Quranda buyurur: "Xeyr, insanın özü bəhanə gətirməsinə baxmayaraq öz yaxşılıq və pisliklərinə daha agahdır.” ("Qiyamət" 15)
İmam Cəfər Sadiq (ə) bir kişiyə buyurdu: "Sən öz nəfsinin təbibi qərar verilmisən. Xəstəliklər də, sağlamlıq əlamətləri da sənin üçün bəyan olunubdur. Onun dava-dərmanı da sənə deyilibdir. Belə isə bax gör nəfsini müalicə etmək üçün necə tədbir görürsən.”(Kafi”, 2-ci cild, səh.454)
İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Hər kəs öz nəfsinə öyüd-nəsihət etməsə başqalarının öyüd-nəsihətinin onun üçün heç bir faydası olmayacaqdır.”("Biharul-ənvar”, 70-ci cild, səh.70)
İmam Səccad (ə) buyurur: "Ey Adəm övladı! Sən öz nəfsinin öyüd-nəsihət verəni olduğun müddətdə doğru yoldasan.”("Biharul-ənvar”, 70-ci cild, səh.64)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanların ən acizi o kəsdir ki, öz nəfsini islah etməkdən aciz olsun.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.196)
O Həzrət (ə) yenə buyurur: "Yaxşı olar ki, insan nəfsinin hakimiyyətini öz öhdəsinə alsın, həmişə qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.862)


Şərhlər: 4
Baxılıb: 358
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim nefsimizi tox qelbimizi temiz eylesin her zaman Amin insallah
2 mart 2016 00:18
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Doğru sözlərdi. İnsan nəfsinin hakimi olmalıdır
1 mart 2016 23:36
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
qanadli melek
Insan nefsinin toruna duwerek sinanir nefisde gunah getirir her kes nefsine qalib gelmeyi bacarmalidi
1 mart 2016 22:32
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
14MsM
Teriflemey kimi olmasin harda olsa sayt ister qiz vaxti indi ailelikende biri diye bilmezki men kimnse sozun kimese demiwem soz agzdan cixdi uje senin deyil birde nefisine hakim olmalidi insan nefsiki oz bawina buraxdin cox iw gorer irade lazimdi bnlarda cox wukur var eslinde insancun bunlar boyuk servetdir
1 mart 2016 22:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz