Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadına bəzək əşyası və üzərində qaş taxmaq olarmı?
Qadına bəzək əşyası və üzərində qaş taxmaq olarmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3438
Səs ver:

alt


Peyğəmbərdən (s) gələn hədisdə O, belə buyurur: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.” (İbni Əbu şeybə Zeyd bin Ərqamdan rəvayət etmişdir, Tirmizi Əbu Musa Əl-Əşaridən başqa lafzla rəvayət edib "həsən səhih” demişdir) Yenə hz.Əli: "Rəsulullah (s) mənə qızıl üzük taxmağı, ipək paltar geyinməyi, rüku və səcdədə Quran oxumağı və qırmızıya boyanmış köynək geyinməyi qadağan etdi.” (Müslim)
Əlhəmdulilləh.
1. Allah insanı yer üzünə göndərildikdə, yer üzünü onun istifadəsinə vemiş və onda olan maddələri insan üçün mübah etmişdir. Yəni istigfadə etməkdə srbəstlik vermişdir. "Allah yer üzündə olanların hamısını sizin üçün yaratdı.” (Əl-Bəqərə 29)
2. Bundan sonra bəzi maddələrə dair xüsusi hökmlər göndərdi. Bunlardan biri də qızıl və gümüşə dair hökmlərdir. Allah kapital kimi alış veriş xaricində qızıl və gümüş əşyalarından istifadə etməyi haram qılmışdır. "Kim qızıl və ya gümüşdən düzəldilmiş bir qabdan su içərsə qarnına cəhənnəm atəşi doldurur deməkdir.” (Müslim)
"Qızıl və gümüş qablardan içməyin. Bu qablara qoyulan yeməkləri də yeməyin. Çünki bunlar dünyada onlara (kafirlərə) aid zinət əşyalarıdır.” (Müslim) Alimlər bunun hikmətini müxtəlif cür açıqlamağa çalışmışlar.
a) Qızıl və gümüşdən düzəldilmiş əşyaıların istifadəsi insanda özünü üstün tutma, özündən razılıq (təkəbberlek) hissi oyada bilir.
b) Kafirlərin dünyada "cənnəti” yaşama iddiasının göstəricisi olduğu üçün buna müxalifət ütmək üçündür.
c) Qızıl və gümüşün beynəlxalq valyuta rolu olduğu halda onu məqsəddən başqa istifadə etməkdən qadağan edilmişdir. 
3. Yuxarıdakı qızıl və gümüşün əşya kimi haramlığından istisna da şəriətdə öz əksini tapmışdır. Evli olsun və ya olmasın, kiçik böyük, varlı və kasıb olan bütün qadınların qızıl və gümüşdən zinət əşyalaarı kimi istifadəsinə müəyyən qaydalara riayət etmək şərti ilə izn verilmişdir. O cümlədən də daş qaşla bəzənmiş əşyalar da. Hz.Əlidən rəvayətə görə Rəsulullah (s) bir ipək alıb onu sağına bi də qızıl alıb onu soluna qoydu. Sonra belə buyurdu: "Bu iki şey ümmətimin kişilərinə haramdır.” (Əbu Davud, İbni Macə) Peyğəmbərdən (s) gələn hədisdə O, belə buyurur: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.” (İbni Əbu şeybə Zeyd bin Ərqamdan rəvayət etmişdir, Tirmizi Əbu Musa Əl-Əşaridən başqa lafzla rəvayət edib "həsən səhih” demişdir) Yenə hz.Əli: "Rəsulullah (s) mənə qızıl üzük taxmağı, ipək paltar geyinməyi, rüku və səcdədə Quran oxumağı və qırmızıya boyanmış köynək geyinməyi qadağan etdi.” (Müslim)
bütün bu hədislərədən məlum olduğu kimi qızıl kişilərə haram, qadınlara isə halaldır. Bu İmam Əbu Hənifə, İmam Malik, İmam Şafii və İmam Hənbəlin görüşüdür. (Böyük Şafii İlmihalı, İslam Fiqhi Ensiklopedisi)
Bütün bunlarla bərabər bunun yuxarıdakı bəzi şərtlərlə olacağını qeyd etmişdik. Bunlardan biri israf etməməkdir. Digəri isə Ən-Nur surəsinin 31-ci ayəsindəki hömlə bağlıdır. "Öz zinətlərini başqasına göstərməsinlər.” Bir çox təfsirçilər "zinətin” bədən üzvləri olması ilə bərabər eyni zamanda cazibəli paltarlar, parfyümeriya, kosmetika ilə baş üz, əl, ayağın bəzənməsi, zinət əşyaları və digər bütün bəzəkləri içinə alır demişlər. bunların başqası yanında açılmasını haram olduğunu da bildirmişlər. ( Mövdudi, Təfhimul-Quran)
Bizim sizə verə biləcəyimiz məlumat bu qədər.
Sizin konkret sualınıza gəldikdə bütün yuxarıdakı fikirləri nəzərə alaraq onu deyə bilərik ki, qaşlı qızıl zinət əşyalarının qadınlar üçün üvdə istifadə etməsi caizdir (icazə verilir). Bunun yad adamlar arasında görsənməsindən çəkinmək gərəkir. Bu barədə bir çox fikirlərin olduğundan dolayı şübhəli şeydən çəkinmək üçün ümumiyyətlə qızılın yerinə gümüşdən istifadə etsəniz daha yaxşı olar.
Doğrusunu bilən Allahdır.


Şərhlər:
Baxılıb: 3438
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz