Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə bərəkət necə olur?
Ailədə bərəkət necə olur?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1054
Səs ver:

alt


Bu sualla hər birimiz qarşılaşırıq. Hətta bəzən bu məsələ ailədən asılı olaraq dəyişir. Bəzi ailələrdə bazarlıq işini qadın, bəzi ailələrdə isə kişi öz üzərinə götürür. 
Bu sualla hər birimiz qarşılaşırıq. Hətta bəzən bu məsələ ailədən asılı olaraq dəyişir. Bəzi ailələrdə bazarlıq işini qadın, bəzi ailələrdə isə kişi öz üzərinə götürür. Təbii ki, bu məsələdə kişinin və ya qadının gündəlik işi də az rol oynamır. Əgər kişi səhər tezdən evdən çıxıb gecə yarısı evə qayıdırsa, təbii ki, burada "əsas iş” evdəkilərin üzərinə düşür. Onsuz da, indi hər həyətdə, hər girişdə bir piştaxta və ya dükan var. 
Əgər evdə şəkər tozunun qurtardığını qəfil öyrənmisinizsə və ya yağı nə vaxt qurtardığınızdan xəbəriniz olmayıbsa, ən doğru seçim bu məhsulları yaxınlığınızdakı dükandan almaqdır. Ancaq yaxşısı budur "topdansatış bazarlıq” üsuluna keçəsiniz. Belə etsəniz, ailə büdcənizə də xeyli qənaət etmiş olarsınız. Əmin ola bilərsiniz ki, hər şey sizə əvvəlkindən ən azı iki dəfə ucuz başa gələcək. Bunun üçün hər şeydən əvvəl aylıq yemək büdcənizi müəyyən etməlisiniz. Məsələn, hesablayırsınız ki, ailənin ay boyu qida büdcəsinə ancaq 200 manat ayıra bilərsiniz. Əmin olun ki, əgər hər şeyi düzgün bölüşdürə bilsəniz, indiki şərtlərlə (yay mövsümünü nəzərdə tuturuq) dörd nəfərlik bir ailəni bu məbləğlə normal təmin etmək olar. Əgər siz gündə iki dəfə ət xörəyi yeyirsinizsə, əlbəttə ki, bu məbləğ kifayət etməyəcək və ümumiyyətlə, onu da qəbul edək ki, hər gün ət xörəyi yemək o qədər də faydalı deyil. 
Qənaət etmək istəyiriksə, əvvəlcə hər şeyi dəqiqləşdirməliyik. Yəni, bilməliyik ki, ay boyu çörəyə, çaya, şəkərə, ətə, yağa, meyvə-tərəvəzə və eləcə də digər ərzaq növlərinə nə qədər pul gedir. Dörd nəfərsiniz və gün ərzində maksimum üç çörək yeyirsiniz. Ona görə də, 27 manatı ayırıb çörəkpulu adı ilə bir tərəfə qoyursunuz. Xanım ailənin həftəlik rasionunu müəyyən edir, ən çox pul, şübhəsiz ki, ətə gedir, 12-15 manat. Sonra da kartof, soğan, düyü, qarabaşaq, makaron, yağ, pendir, şəkər, çay, duz, pomidor, xiyar, göyərti, meyvə-tərəvəz, ədviyyatlar bir sözlə mətbəxdə istifadə ediləcək nə varsa... Ət məsələsini arada toyuqla və ya balıqla əvəz etmək də məsləhətdir. Sonra da nəyi bazardan, nəyi marketdən alacağınızı çeşidləyirsiniz. Əksər ərzaqları topdansatış yerlərindən, özü də həftəlik alırsınız. Təbii ki, bazardan da eləcə... Əmin olun ki, belə etsəniz, həm süfrəniz zəngin və bərəkətli olar, həm də qənaətin necə böyük sərvət olduğunu gözünüzlə görərsiniz. 
Unutmayın, varlı olmaq çox şeyə sahib olmaq deyil, əlindəki az şeydən çox şey əldə edə bilməkdir. Qənaət, həm də ailədə böyüyən uşaqlar üçün misilsiz tərbiyədir. Dediklərimizə qulaq verin, faydasını görəcəksiniz...


Şərhlər:
Baxılıb: 1054
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz