Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səbir nədir? Səbri necə gücləndirmək olar?
Səbir nədir? Səbri necə gücləndirmək olar?
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 314
Səs ver:
Səbir - saliklərin məqamı, İlahi inayəti və feyzi dərk etməyin ən mühüm zəminəsidir. Məsum İmamlar (ə) səbirlərinə və möhkəm əzmlərinə görə imamət məqamına nail olmuşdular. "Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik". ("Səcdə" 24).
Səbir dedikdə insanın hər bir müsibət və xoşagəlməz hadisə qarşısında hövsələ və dözüm gəstərməsi nəzərdə tutulur. Səbir dedikdə insanın zilləti, məğlubiyyət qarşısında təslim olması nəzərdə tutulmur. Səbir insana yeni bir həyat səhifəsi açır ki, Allaha daha çox yaxınlaşsın, xarlıq və zillətdən uzaq olsun. (Tebyan)
Səbrin 3 növü vardır ki, hər biri üçün də özünəməxsus əcrlər təyin edilmişdir. Müsibət qarşısında səbir etmək, itaət qarşısında səbir etmək, günah qarşısında səbir etmək.
Bəs nə edək ki, səbrimizi gücləndirək, çünki bu müasir həyatımız başdan-başa bizi sınayır və xoşagəlməz hadisələrlə doludur. Bəzən taqətdən düşür və səbrimizi əldən veririk. Nə edək ki, səbrimiz daha güclü olsun?

1. Hədəfə iman bəsləmək. Hədəfə iman bəsləmək insanın batini və daxili mühərrikidir ki, hədəfə tərəf çəkər. Çətinlikləri insan üçün asan edər. İnsanın getdiyi yola hər nə qədər imanı çox olarsa, çətinliklərə dözmək və səbir etmək də bir o qədər asan olar. "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).

2. Təqva. Mömin insanın ən mühüm müvəffəqiyyət rəmzi - onun təqvasıdır. Təqva çətinlikləri insan üçün asanlaşdırar və yolu hamar edər. "Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər". ("Təlaq" 4).

3. Dünyanı tanımaq. Səbri təmrin etməyin ən yaxşı yollarından biri - dünyanı tanımaqdır. Bu dünya fanidir və burada savab və cəza yoxdur. Bu dünya imtahan dünyasıdır və hər birimiz cavidan dünya üçün xəlq olmuşuq. Əgər insan bu həqiqəti qəbul etsə, o zaman səbri güclənər və daha çox müqavimət göstərə bilər. "Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)". ("Bələd" 4).

4. İlahi vədəyə ümid bəsləmək. Əgər insan Allahın verdiyi bu vədəyə iman bəsləsə: "Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!". ("Şərh" 6). O zaman çətinliklər onun üçün asan olar, çünki bilər ki, çətinliklərin ömrü qısadır və mütləq asanlıq gəlib çatacaqdır.

5. Tarixi təcrübə. Keçmişdəkilərin tarixinə nəzər salmaq və onların həyat hekayələrindən ibrətlər götürmək insanın səbrini gücləndirər və daha müqavimətli edər. İnsan əgər başına gələnlərin ancaq ona aid olduğunu bilərsə, o zaman səbirsizlik göstərər və taqəti azalar. Ancaq əgər onun başına gələn müsibətlərdən də ağırını tarixdə müşahidə etsə və ondan ibrət götürsə, o zaman səbir və hövsələsi artar. Qurani-Kərimdə bu nöqtəyə işarələr vardır: "Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi". ("Ənam" 34).

6. Əxlaqlı və səbirli insanlarla ünsiyyətdə olmaq.

7. "Əsr" surəsini çox oxumaq.
8. Səbir haqqında gələn hədisləri mütaliə etmək.


Şərhlər: 4
Baxılıb: 314
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
hemiwe sebrli olmaq lazimdir
8 iyun 2016 15:42
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Sebr edenin mükafatı çox gözeldi.
8 iyun 2016 14:38
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
sebrli olmaqi bagarmaq yaxsidi Allahdan sebir dileyirem her zaman
8 iyun 2016 13:52
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
8 iyun 2016 13:14
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz