Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başqasının xatasını bağışlamayan pis adamdır
Başqasının xatasını bağışlamayan pis adamdır
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 322
Səs ver:
Mövlananın bizlərə verdiyi 7 nəsihətdən biri budur: "Başqlarının xatasını bağışlamaqda gecə kimi ol!".
Bəs əfv etmək və bağışlamaq nə qədər əhəmiyyətlidir ki, hədislərimiz və Quran ayələri onu bu qədər tövsiyə edir?
Quranda oxuyuruq: "Əlbəttə, sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir". ("Ali-İmran" 152). Bəli, Allah mehriban və bağışlayandır. O, mehribanların ən mehribanıdır.
Başqa bir ayədə oxuyuruq: "Dedi: "Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır"". ("Yusif" 92).
Bu ayədən göründüyü kimi Həzrət Yusif (ə) nəinki öz haqqından keçir və hətta qardaşlarına qarşı ən kiçik tənqidi belə eşitməyə hazır olmur. Onları Allah tərəfindən də əmin edir ki, bağışlanacaqlar. Çünki Allah mehriban və bağışlayandır. (Tebyan)
Məsumlarımız (ə) da bizləri davamlı olaraq əfv etməyə və bağışlamağa dəvət etmişdilər ki, bu da həmin sifətin əhəmiyyətindən xəbər verir.
Həzrət Peyğəmbər (s) buyurur: "(Pisliyi və ya yaxşılığı) yaxşılıqla mükafatlandır. Pisliyi bağışla, bir şərtlə ki, dinə ziyan vurmasın və ya İslam qüdrətində zəiflik yaratmasın".
İmam Əli (ə) buyurur: "Ən pis insan o kəsdir ki, başqalarının xatasını bağışlamaz və eybi örtməz".
Əgər insan bu kərim sifəti agah halda yerinə yetirərsə, həyatna çox sayda bərəkət nazil olar. Bu bərəkətlərə nəzər salaq.

Dünyada.
1. Təqva hasil olar. "Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir". ("Bəqərə" 237). Bu ayəyə əsasən, əfv etmək insanı təqvaya yaxın edər.
2. İzzətə səbəb olar. Əfv etmək izzətə səbəb olar. Çünki insanların gözündə böyüklüyün və şəxsiyyətin nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Əfv və güzəşt - izzət və abıra səbəb olar. Əfv etmək insanın izzətini artırar".
3. Ruhu sağlam olar. Başqalarını bağışlaya bilən insanın ruhu sağlam olduğu üçün, uzun illər ömür sürər. Həzrət Peyğəmbər (s) buyurur: "Əfv və güzəşt ruhun sağlam olmasına, canın rahatlığına və ömrün uzun olmasına səbəb olar".
4. Kinin aradan getməsi. Əfv və güzəşt etmək kin alovunun qarşısını alar, düşmənçiliyin yaranmasına mane olar.
5. Allah sevgisi. Allah bağışlayan bəndələrini çox sevər.

Axirətdə.
1. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bəndələr məhşər səhrasında toplanarlar, carçı car çəkər ki, o kəs ki, muzdu Allahdadır, ayağa qalxsın və behiştə getsin. Soruşurlar ki, kimin muzdu Allahdadır? Deyirlər: "İnsanları bağışlayanlar"".
2. Əcrə səbəb olar. Hədislərin birində oxuyuruq: "Günahı cəzalandırmağa tələsmə. Cəza ilə günah arasında güzəşt üçün yer qoy, bu işinlə axirət savabın əldə edərsən".


Şərhlər: 3
Baxılıb: 322
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim gunahlarimizi baqislasin insallah
10 iyun 2016 23:05
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Mene qarwi edilen pislikleri tez unuduram kin saxlamagi bacarmiram heyif cixmagida bunu ozumde menfi cehet kimi bilirdim sonradan anladimki en yaxwi cehetdir cunku pislik edenleri kiminse haqqina girenleri Allah ozu cezalandirir sadece Allaha guvenmek lazimdir cox wujurki hec zaman meni darda qoymayib
10 iyun 2016 12:46
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 iyun 2016 11:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz