Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son ana buraxılan Namaz
Son ana buraxılan Namaz
Göndərən: Tomris Müslümova
Şərhlər: 13
Baxılıb: 666
Səs ver:
Nənəsinin sözləri əks-sədalandı qulaqlarında: "Oğlum namaz heç bu vaxta buraxılarmı?!" Nənəsinin yaşı yetmiş olardı, amma azan oxunduğu vaxt yerindən sıçrayar, yaşından gözlənilməyəcək bir sürətlə dəstəmazını alar və namazını qılardı.

Özü isə, nəfsini heç cür məğlub edə bilmirdi. Nə olursa, həmişə... Namaz son dəqiqələrə qalır, bu səbəblə namazını tələm-tələsik qılardı. Bunu düşünərək qalxdı yerindən, gözü saata dəydi. Şam azanının oxunmasına on beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla yelləyərək, "Yenə gecikdirdim namazı." dedi öz-özünə. Cəld hərəkətlərlə dəstəmazını aldı və daha əlini üzünü tam qurulamadan özünü otağına atdı. Məcbur olaraq, sürətli hərəkətlərlə namazı qıldı. Təsbihatını edərkən nənəsini düşünmədən edə bilmədi."Bu halımı görsə, şirin-sərt qızardı yenə mənə." dedi. 

Çox sevirdi onu...Hələ elə bir namaz qılışı vardı ki, onu həmişə bir göy qurşağı heyranlığıyla seyr edərdi. Namazda elə bir duruşu vardı ki, hicabından rəngdən rəngə girərdi...Duasını edərkən, başını əllərinin arasına götürüb səcdəyə dayandı. Namazdan sonra bir müddət bu şəkil təfəkkür etməyi sevərdi. Gözləri bağlanar kimi oldu. "Nə qədər də yorulmuşam." dedi. Fikrə getdi eləcə...

Qiyamət qopmuşdu...Məhşəri bir izdiham vardı. Hər istiqamət insanlarla dolu idi. Kimi dona qalmış, hərəkətsiz bir şəkildə ətrafı izləyir; Kimi sağa sola qaçdırır, kimisi də diz çökmüş, başı əllərinin arasında gözləyirdi. Ürəyi yerindən atılacaq kimi atır, sanki qəfəsindən xilas olmağa çalışır, soyuq soyuq tərlər tökürdü. Həyatdaykən qiyamət, sorğu sual və mizan haqqında çox şey eşitmiş və axirət həyatı adına bu anlayışlar özü üçün künc daşı olmuşdu. Amma məhşər meydanında ürpərdi, qorxu və gözləyişin bu cür dəhşət verəcəyini düşünməmişdi.

Hesab və sorğu davam edirdi. Bu vaxt onun adını da oxudular. Heyrətlə bir sağa, bir sola baxdı. "Mənim adımımı oxudunuz?" dedi dodaqları titrəyərək...

İzdiham birdən yarılmış, bir yol olmuşdu qarşısında, iki adam qollarına girdi. Məhşər meydanının vəzifəliləri olduqları müəyyən idi. İzdiham arasından çaşmış baxışlarla getdi. Mərkəzi bir yerə gəlmişdilər. Mələklər hər iki yanından uzaqlaşdılar. Başı önündə idi bütün həyatı, bir film kimi keçirdi gözlərinin qarşısından...

" Şükrlər olsun " dedi, öz-özünə və davam etdi;" Gözlərimi dünyaya açdım, həmişə xidmət edən insanları gördüm. Atam söhbətlərdən söhbətlərə qaçır, malını İslam yolunda xərcləyirdi. Anam evə gələn qonaqları ağırlayır, yemək süfrələrin biri qalxıb , bir yenisi qurulurdu. Mən isə, həmişə bu yolda oldum. İnsanlara xidmətə çalışdım. Onlara Allahı izah etdim. Namazımı qıldım. Orucumu tutdum. Fərz olan nə varsa yerinə yetirdim. Haramlardan qaçındım. "Kirpiklərindən aşağı gözyaşları tökülərkən, "Rəbbimi sevirəm, heç olmasa sevdiyimi zənn edirəm." deyirdi. Amma bir tərəfdən də "Onun üçün nə etsəm az, Cənnəti qazanmama çatmaz." deyə düşünürdü. Tək sığınacağı Allahın rəhməti idi. Hesab sürdükcə sürdü. Muncuq muncuq tərləyirdi. İslaq olmuş, tir - tir titrəyirdi...

Gözləri tərəzinin əqrəbindəki nəticəni gözləyirdi. Sonunda hökm veriləcəkdi. Vəzifəli mələklər əllərində bir kağız, məhşər meydanındakı kütləyə döndülər. Əvvəl adı oxundu. Artıq ayaqları tutmaz olmuşdu. Haradasa yıxılıb qalacaqdı. Həyəcandan gözlərini bağlamış, oxunacaq hökmə qulaq kəsilmişdi. Məhşəri izdihamdan bir uğultu yüksəldi. Qulaqları səhvmi eşidirdi??? adı Cəhənnəmliklər Siyahısında idi. Dizlərinin üstünə yığıldı. Heyrətdən dona qalmışdı...

" Olmaaaazzzz " deyə qışqırdı. Sağa sola qaçdırdı. "Mən necə Cəhənnəmlik olaram? Həyatım boyunca ibadət edən insanlarla birliklə oldum. Onlarla birlikdə qaçdırdım. Həmişə rəbbimə ibadət edirdim."deyirdi.

Gözləri sağnaq olmuş, titrək bədənini isladırdı . Vəzifəli iki mələk qollarından tutdu. Ayaqlarını sürüyərək və izdihamı yararaq alovları göylərə yüksələn Cəhənnəmə doğru getməyə başladılar. Çırpınırdı. Mədət yox idimi? Bir kömək edən çıxmayacaq idimi?
Dodaqlarından sözlər qırıq dökük, yalvarmaqla qarışıq töküldü..
"Savablarım... 
Oruclarım...
Oxuduğum Quranlar...
Namazım...
Heç biri məni qurtarmayacaqdı???" deyirdi. 
Qışqıra qışqıra yalvarırdı. Cəhənnəm mələkləri onu sürüməyə davam etdilər. Alovlara çox yaxınlaşmışlardılar . Başını geriyə çevirdi. Son çırpınışları idi.
Rəsulullah (s.ə.s.),
"Evinin qarşısında axan bir çay içində gündə beş dəfə yuyunan bir insanı o çay necə təmizləyər, gündə beş defe namazda insanı günahlardan elə təmizləyər." buyururdu. 
"Halbuki mənim namazlarımdamı məni qurtarmayacaq?" deyə düşünürdü.

" Namazlarım....Namazlarım....Namazlarım." deyə deyə hıçqırdı.
Vəzifəli mələklər heç dayanmadılar. Getməyə davam etdilər; Cəhənnəm çuxurunun başına gəldilər. Alovların hərarəti üzünü yandırırdı. Son bir dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidləri sönmüşdü. Başını önə əydi. İkiqat oldu. Qollarını sıxan barmaqlar həll edildi. Cəhənnəm mələklərindən biri onu itələdi. Bədənini birdən birə havada tapdı. Alovlara doğru düşürdü. Tam bir iki metr düşmüşdü ki, bir əl qolundan tutdu. Başını qaldırdı. Yuxarıya baxdı. Uzun ağ saqqallı bir qoca onu düşməkdən qurtarmışdı, özünü yuxarıya çəkdi. Üstündəki , başındakı tozu silkələyərək qocanın üzünə baxdı. 
"Sən də kimsən ?" dedi.
Qoca gülümsədi:
" Mən sənin Namazlarınam." 
"Niyə bu qədər gecikdin???
Son anda çatdın???
Az qala düşürdüm!" dedi
Qoca üzünü gərərək, təkrar güldü; Başını yellədi; 
" Sən məni həmişə son anda yetişdirərdin, xatırladınmı? 
Səcdəyə qaldığı yerdən başını qaldırdı. Qan tər içində qalmışdı. Çöldən gələn səsə qulaq asdı. Şam azanı oxunurdu. Bir ox kimi yerindən atıldı. Dəstəmaz götürməyə gedirdi... "


Şərhlər: 13
Baxılıb: 666
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
Sitat: Mrs.Kemale
cox ibretamiz hekayedi. o hec olmasa qilir mense hele gozleyirem ag saqqalli kisi menim komeyime hec gelmezki 15
10 avqust 2016 09:02
# 13
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Mrs.Kemale
cox ibretamiz hekayedi. o hec olmasa qilir mense hele gozleyirem ag saqqalli kisi menim komeyime hec gelmezki 15
9 avqust 2016 22:15
# 12
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 aprel 2016 22:03
# 11
vipbetul
cox gozel ibretli hekayedi yaxsiliqi Namazi Orucu Ibadeti hec vaxt gecikdirmek olmaz Rebbim gunahlarimizi ehf eylesin AMin insallah
28 aprel 2016 21:45
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
cox ibretamiz hekayedir
28 aprel 2016 16:58
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
İbrətamiz hekayədir. Əgər namaz qılınırsa yaxşı olar ki, vaxtı - vaxtında ibadətlər yerinə yetirilsin... Rəbbim həqiqətən qılınan bütün namaz və duaları xeyirlisiylə qəbul etsin inşAllah.
28 aprel 2016 13:36
# 8
Zuzu26
Mende namazlarimi vaxtda qıla bilmirəm Allahım köməy olsun yenidən namazlarimi qılmağa
28 aprel 2016 13:36
# 7
Mən bu həyatda ən çox ana olmağı sevdim
rəmsə
Ço...x ibrətamiz hekayədi,mən də namazımı gecikdirəndə narahat oluram,özümü günahkar hiss edirəm,çalışdığımız qədər vaxtında qılmalıyıq.Allah bütün namaz qılanların naçazını qəbul eləsin inşaallah.
28 aprel 2016 13:08
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aziz a
Bunu defelerle oxumagima baxmayaraq yene oxuyanda etdim biz biz oldu...bilerekden,tenbellikden Hec vaxt namazimi gecikdirmemisem,hemd olsun...yene de dogrusun Rebbim biler...
28 aprel 2016 13:00
# 5
Qelbim doludu !!!!
evli.mutlu.cocuklu
Namazi vaxtinda qilmaqq lazimdi
28 aprel 2016 11:45
# 4
BARBI
Cox oxumusam bu hekayeni. Ibretamizdir. Hansi is isterse olsun hec neyi son ana saxlamaq olmaz. Namazi son ana saxlamayin
28 aprel 2016 11:11
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bu hekayeni defelerle oxumuwam ibretamiz hekayedi caliwiram namazlarimi vaxtinda qilim her defe ezan verilende bu hekayeni xatirlayiram
28 aprel 2016 10:55
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canavar sevgisi
Medde uni de oluram deye Namazlarimi vaxdinda qila bilmirem: ((((((((
28 aprel 2016 10:42
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz