Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahla mələyin qadının yaranması haqqında söhbəti
Allahla mələyin qadının yaranması haqqında söhbəti
Göndərən: yasemin
Şərhlər:
Baxılıb: 929
Səs ver:
Bütün səmavi və dini kitablarda yazlıldığı kimi Allah dünyanı 6 günə yaradıb. 
Və Tanrı Qadını yaratdı...
Altıncı gün bitmək üzrə idi
Və Tanrı hələ də qadını yaradırdı
Bir mələk gəldi
Tanrıya:
- Digərini, kişini çox tez yaratmışdın, buna niyə bu qədər çox zaman ayırırsan? - deyə soruşdu. 
Tanrı cavab verdi:
- Çünki buna çox dəyərli, çox fərqli özəlliklər qatıram. Məsələn, yüzlərlə parçalardan var edirəm. Amma yenə bir bütün olmasını təmin edirəm. Bu yaratdığım bir neçə övlada eyni anda sarıla bilməli, dünyanın hər yerindəki uşaqları qucaqlaya bilməlidir. Yıxılan bir uşağın qanayan dizini də, yaralı bir ürəyi də sağalda bilməlidir.
Mələk soruşdu: 
- Neçə əli, neçə qolu olacaq?
- Sadəcə iki
- İki əl, iki qollamı edəcək bu dediklərini?
- Hamısı bu deyil, hələ. 
Öz yaralarını da sağalda biləcək. Ayrıca, gündə 18 saat çalışa biləcək durumda olacaq.
Mələk yaxınlaşıb qadına toxundu. 
- Onu çox yumşaq düzəltmisən.
- Yumşaq, eyni zamanda da çox güclü. Gücünü və öhdəsindən gələ biləcəyi şeyləri xəyal belə edə bilməzsən. 
- Düşünməyi də biləcəkmi?
- Təkcə düşünməyi deyil, həmçinin sağlam düşüncəsini istifadə etməyi, ağlı və ürəyi ilə mühakimə yürütməyi, həm də mübarizə aparmağı, fikirlərini müdafiə etməyi, problemlərini həll etməyi də bilir. 
Bunlarla yanaşı, uzlaşmağı da bilir.
Mələk qadının yanağına toxundu. Əli islandığında, bu nədir, deyə soruşdu.
Tanrı cavabladı:
- Buna göz yaşlarıdır. 
- Nə işə yarayır?
- Özünü ifadə etməyə yarayar. Acını, şübhəni, eşqi, yalnızlığı, qüruru, eyni zamanda sevinci də ifadə etməyinə yarayar. 
- Qadının özünü ifadə etmək imkanları sonsuzdur. O, sevinci, mutluluğu və eşqi tutub, ona möhkəmcə sarılmağı bilər. Qışqırmaq istədiyi vaxt susa bilər. Susduğunda çığlığını duyura bilər, hirsləndiyi vaxt gülə bilər, ağlamaq istədiyində mahnı oxuya bilər, mutlu olunca ağlaya bilər, qorxduğu vaxt gülə bilər. 
O, inandığı doğrular üçün sonunadək mübarizə aparar, haqsızlığa qarşı savaşar, həll yolunu bilirsə, "xeyr" cavabını əsla qəbul etməz.
- Amma çox bacarığı varmış!
- Dostu həkimə yalnız getməsin deyə ona yoldaşlıq edəndir. Qorxan birini gördüyündə "tut əlimi, qorxma" deyib, əlini uzadandır. 
Hər toy, hər doğum xəbərinə sevinəndir. Tanıdığı və ya tanımadığı, amma özünə yaxın bildiyi hər ölüm xəbərinə qəlbi qırılandır. Amma yenə də yaşamı davam etdirmə gücünü özündə tapandır. 
Uşaqları daha çox yesin deyə "mən, onsuz da toxam" deyəndir.
- Bir öpüş, bir sarılış, bir qucaq açılması ilə qırılmış bir ürəyin bərpa olunmasını biləndir.
- Yaxşı, bunun heç bir əksiyi, ya da səhvi yoxmu?
- Heç olmamış olarmı? Təəssüf ki, bu qədər mükəmməlliyin içərisində bir çatışmazlıq var.Biz onun şüuruna hakim deyilik.Qadın özü bir şeyi dərk etməlidir və düzgün yol seçməlidir. Əəks halda o öz həyatını məhv edib nə qədər dəyərli olduğunu unudacaq…


Şərhlər:
Baxılıb: 929
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz