Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allaha borc vermək istərdinmi?
Allaha borc vermək istərdinmi?
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 563
Səs ver:
Əziz dost!
Allaha borc vermək istərdinmi heç?
Heç ürəyindən nə vaxtsa ona borc vermək keçdimi?Keçmədisə bunu həmən etsən peşman olmazsan, dost...
"Borc olaraq nə verə bilirəm” deyə çox düşünmə... Çünki sənin sahib olduğun hər şey əslində Onundur. Hətta övladın belə... Dünyada hər şeyin sahibi O-dur, O!...
Deyə bilərsən ki, əgər hər şey Allaha məxsusdursa, hər şeyin sahibi Allahdırsa, o zaman mən ona nə borc verə bilərəm? – Haqlı sualdır.
 
Amma var...
"Quran”da belə deyilir: "Mənə gözəl bir borc verin!”
Biz Allahımıza təkcə bir şey borc verə bilərik. Onun adı İMANdır...
 
İman etmək Ona gözəl bir borc vermək deməkdir... Əgər qəlbdən, tam səmimiyyətinlə verirsənsə əmin ol ki, o sənə qat-qat artığını verəcək. Əmin ol!... – Sadəcə səmimi İman... Bu imanın necə olmasını isə Şəms Təbrizi gözəl izah edirdi. O deyirdi ki, bəzi insanlar var, məhz cəhənnəm dəhşəti, yaxud cənnət rüşvəti üçün iman eləyirlər. Kim kimi aldadır?! Bəziləri hətta qıldıqları namazın belə hesabını tuturlar. İman səmimi olmalıdır... Həzrəti Musanın dağda rastlaşdığı çoban kimi... Gerçək İmanın necə olduğu bu tarixi hekayədə o qədər gözəl izah olunur ki...
 * * *
Həzrəti Musa bir gün dağları dolaşanda uzaqdan yoxsul və yalqız bir çoban görür. Ətrafda heç kim yox imiş... Çoban dizi üstə çöküb, əllərini göyə açıb dua edirmiş. Bu durum Musanın elə xoşuna gəlir ki, çobana yaxınlaşır. Çobanın ona kiminsə yaxınlaşdığından xəbəri də olmur. Çünki dayanmadan yalvarır, dua edirmiş. Sevinərək çobana yaxınlaşan Musa çobanın dualarını eşidəndə çox pis olur. Çoban deyirmiş:  "Allahım! Mən Səni o qədər çox sevirəm ki!... Nə istəsən edərəm, yetər ki, Sən istə. Sürüdəki ən yağlı qoyunumu belə kəs desən, gözümü qırpmadan Sənin üçün kəsərəm. Qoyunun qovurması çox gözəldir. Allahım, quyruq yağını götürüb plovuna tökürsən, dadından doymaq olmur”... Sözünə - "dua”sına davam edir çoban: "Allahım, yetər ki, Sən istə, ayaqlarını yuyaram. Qulaqlarını təmizləyərəm, bitlərini qıraram. Mən Səni nə qədər çox sevirəm. Sənə çox heyranam!”
Musa bu eşitdiyi dualardan çox əsəbiləşir və qışqıraraq çobanın duasını kəsir:  "Sus, cahil adam! Neylədiyini bilirsənmi? Allah bəyəm insandırmı ki, plov yesin? Allahın ayaqlarımı var, yuyasan? Bu cür duamı olar? Bu cür duamı edərlər? Gör, nə qədər günaha batırsan. Dərhal tövbə elə!”
 
Çoban Musanın bu sözlərini eşidən kimi o qədər pis olur ki... Özünü günahkar hiss etməyə başlayır. Tövbə edir, bir daha belə dualar etməyəcəyinə söz verir, üzr istəyir. Həmin gün Musa axşama qədər oturub çobana duaları, necə dua etməyi öyrədir, əzbərlədir və "Allah məndən razı olar, yaxşı bir iş gördüm” deyərək yoluna davam edir. Amma o gecə bir səs eşidər Həzrəti Musa. Səslənən Rəbbimiz imiş:  "Ey Musa, sən bu gün nə elədin? Sən ayırmağa gəlmişdin, yoxsa görüşdürməyə? O qərib çobanı danladın. Onun mənə nə qədər yaxın olduğunu dərk edə bilmədin. Ağzından çıxan sözləri bilməsə də, o çoban inancında çox səmimi idi. Qəlbi təmiz, niyyəti saf idi. Biz sözlərə deyil, niyyətə baxarıq. Sözlərə baxsaydıq, yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq. Başqasına mədh olan söz sənə ağıdı. Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və küfr saydın, amma biləsən bir qəbahəti varsa belə onunku çox şirin qəbahətiydi”.
 
Bəli, saf niyyət! Səmimiyyət!...
İman saf niyyətli və səmimi olmalıdır. Saf niyyətlə və səmimiyyətlə edilmiş iman bizim Allaha verə biləcəyimiz yeganə borcdur ki, onun da əvəzini o bizə qat-qat ödəyər...
Əziz dost, söylə, Allaha borc vermək istəyirsənmi?...


Şərhlər:
Baxılıb: 563
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz