Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?
Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 409
Səs ver:
Sual: Şəriətə görə kişi zövcəsinin icazəsi olmadan başqa bir adamı onunla bir dam altında qalması üçün evinə gətirə bilərmi? Bu cür işdə qadının ərinə razı olması vacibdirmi? Bu məsələ ilə bağlı şəriət hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.
Kişi xanımı üçün onu insanların gözündən örtəcək, onu soyuqdan və istidən qoruyacaq ayrıca bir evlə (mənzil, yaşayış yeri ilə) təmin etməlidir ki, burada qadın ona aid xüsusi işlərini heç bir narahatçılıq olmadan yerinə yetirə bilsin. Kişinin xanımını kiminləsə birlikdə qalmağa vadar etməyə haqqı yoxdur. Çünki bu cür etmək onun mənafeyinə ziddir. Belə ki, bu, qadının şəriətlə təmin olunan ayrıca mənzil hüququna ziddir.

əl-Kəsani, rahiməhullah, demişdir:
"Əgər kişi zövcəsinin günüsü yaxud qayınları, anası yaxud bacısı və yaxud başqa nikahdan olan qız yaxud başqa bir qohum-əqrəbası ilə birlikdə yaşamasını istəyirsə və qadın bundan imtina edirsə, bu halda kişi onun üçün ayrıca mənzil təmin etməlidir. Çünki digərləri ilə qalmaq qadının əsəbləşməsinə və əziyyət çəkməsinə səbəb ola bilər və qadının imtina etməsi onun əsəbləşməsinə və əziyyət çəkməsinə işarədir. Bundan başqa, kişi xanımı ilə istənilən vaxt yaxınlıq etmək imkanına sahib olmalıdır və onların yanında üçüncü adam olduqda bu mümkün deyil. Əgər evdə bir neçə otaq varsa və kişi zövcəsi üçün bir otaq ayırıb və qapıya kilid qoyursa bu barədə alimlər belə demişlər: "(Bu halda) qadının ərindən ayrıca mənzil (ev) tələb etmək haqqı yoxdur”. [8]

Qadının ayrıca mənzillə təmin olunması hüququ və alimlərin bu barədə sözlərini bundan öncə artıq izah etmişik. Müvafiq fətvaya baxa bilərsiniz.

Sual verənin sualda qeyd etdiklərinə gəldikdə bildiririk ki, bu sualın cavabı sözügedən adamın həmin evdə qalmasına görə dəyişir:

Əgər, məsələn, qonaq evdə müvəqqəti qalırsa bu, kişinin haqqıdır. Buna qadının etiraz etmək haqqı yoxdur. Burada qoyulan şərt budur ki, evdə qadın onun yata biləcəyi və öz xüsusi işlərindən əmin ola biləcəyi və qonağın bunu görməyəcəyi bir yerlə təmin olunmalıdır. Elə isə əcnəbi (naməhrəm) birinin evdə qalması iki şərtlə icazəlidir:

Qadının yanında əri və məhrəmi olmalıdır.

Bir neçə otaq və kifayət qədər yer olmalıdır ki, əcnəbi (naməhrəm) qadını görməsin.

Şeyx Zəkəriyyə əl-Ənsari özünün əl-Ğurar əl-bəhiyyə fi şərhi bəhcəti vərdiyyə adlı əsərində (4/364) belə deyir:

"Buradan eyni mənzildə və yerdə yaşamaq məsələsi aydın olur. Aydın olur ki, əgər qadının yanında məhrəmi varsa naməhrəm şəxs onlarla (bir evdə) qala bilər və eləcə də, evdə bir neçə otaq varsa yaxud bir-birini görməmələri üçün ev kifayət qədər geniş isə yalnız bu halda (naməhrəm şəxs) eyni evdə onlarla qala bilər.

Kişinin evinə qonaq qəbul etməsinin icazəli olduğuna dair dəlil İmam Muslimin Səhih əsərində (2084) Cabir ibn Abdullaha, radiyallahu anhumə, istinadən rəvayət etdiyi hədisdir. Rəsulullah sallallahu aleyhi və səlləm belə demişdir: "Bir çarpayı kişinin, biri zövcəsinin, üçüncüsü qonağın, dördüncüsü isə şeytanındır”.

Bu hədis göstərir ki, kişi evində qonaq qəbul etməsi üçün çarpayı qoya bilər və bunda bir qəbahət yoxdur. Feydul qadir şərhi cəmi səğir əsərində (4/424) belə deyilir: "Qonaq üçün çarpayını ev sahibi hazırlayır. Çünki bu qonağa hörmət və onun haqqını yerinə yetirməkdir. Çünki özü və ailəsi ilə eyni çarpayıda yata bilməz. Hədis onu ifadə edir ki, əgər kişi birdən çox çarpayı qoymaq istəyirsə bu halda bunların sayı ən çox üç olmalı və dördüncüsü lüzumsuzdur və ona görə də, israf sayılır”.

Müvafiq saylı fətvada izah etmişik ki, özünə birbaşa zərəri olmadığı müddətcə qadının ərinin qonaq qəbul etməsinə etiraz etmək haqqı yoxdur.

Yox əgər sözügedən şəxs evdə daimi və uzunmüddətli qonaq qalırsa bu halda qadının buna etiraz etmək hüququ vardır və kişi xanımını bunu qəbul etməyə məcbur edə bilməz. Çünki qadın evdə əcnəbinin olmasından zərər görür və eləcə də, qadının müstəqil məskən (yaşayış yeri, evi) hüququna ziddir.

Bu məsələ ilə bağlı hökmlərə gəldikdə qonaq yaxud sakin ilə kişinin zövcəsi arasında xəlvət[1]qəti olmamalıdır və qonaq qalan naməhrəm şəxs baxışlarını aşağı salmalı və şəriətdə buyurulan digər ədəb-ərkan qaydalarına riayət etməlidir. Naməhrəmlə xəlvətə dair hökmlər üçün müvafiq fətvaya baxa bilərsiniz.

Qadının ərinin qonaqlarına xidmət etməsi məsələsinə gəldikdə bu barədə elm əhli arasında fikir ayrılığı var. Maliki hüquq məktəbinin ardıcılları və onlarla bir rəydə olanlar belə bir rəy irəli sürürlər ki, ərinin qonaqlarına xidmət etməsi qadına vacib deyil. Bu, hətta qadının ərinə xidmət etməsi vacib olduğu hallara da aiddir.

Şeyx Dərdirinin "Şərh əl-Kəbir” əsərində və Dəsuqinin Haşiyəsində (2/511) belə deyilir:

"Əgər qadın ev işlərini görmək qabiliyyətində deyilsə yaxud bunu bacarırsa və əri kasıbdırsa, bu halda xəmir yoğurmaq, süpürmək, ərinin (paltarlarını və s.) təmizləmək və yemək bişirmək kimi əsas ev işlərini görməlidir. Lakin bu qonağa aid deyil”.

Elm əhlindən bir qrupunun rəyinə görə qadın ərinin qonaqlarına adət-ənənəyə görə xidmət etməlidir. əl-Ayni rahiməhullah demişdir: "Bu göstərir ki, uşaqlar və qadın ev yiyəsinə vacib olduğu kimi qonaqlara xidmət etməlidir”.[2]

Racih[3] budur ki, qadın adət-ənənəyə müvafiq olaraq ərinin qonaqlarına xidmət etməlidir.

Şeyx ibn Üseyminə, rahiməhullah, verilən sualda belə deyilir:

Sual: "Kişi Ramazanın bəzi günlərində xanımından tələb edir ki, qonaqları üçün yemək hazırlasın və bunu edəndə çox yüklənir və həmin gecələrdə namaza dura bilmir. Əgər bu hal Ramazan ayının əksər gecələrində davam edərsə bu halda qadının ərinə itaət etməsi vacibdirmi?

Cavab: Vacib olan budur ki, qadın əri ilə və eləcə də kişi xanımı ilə gözəl keçinməlidir. Allah-Təala buyurur: "Onlarla xoş rəftar edin”.[4] Belə bir vaxtda və belə bir vəziyyətdə kişinin zövcəsini ona xidmət göstərməsi üçün tükətməsi xoş rəftardan sayılmır. Lakin ər israr edərsə bu halda qadının ərinə tabe olması daha məqsədəuyğundur. Əgər qadın yorğun düşüb qiyama dura bilməzsə və ona çətin olarsa, elə isə bilsin ki, Allah-Təala ona niyyətinə və istəyinə görə savab yazacaqdır. Çünki bu qadın qiyamı (gecə namazını) üzrlü bir səbəbdən tərk etmişdir, yəni ərinə itaətlə bağlı şəriətə görə ona vacib olanları yerinə yetirmişdir.
Doğrusunu Allah bilir.


Şərhlər: 5
Baxılıb: 409
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
namehremin evde qalmasi cetin olur oz evinde ortulu geyinmeli olursan
15 aprel 2016 19:13
# 5
vipbetul
gozel melumat oldu
8 aprel 2016 13:18
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Elə ailə tanıyıram ki,qadın hamilə ola-ola evə gələn yad qonaqlara qulluq edib.Özüdə şəraitsizlik,soyuq qış aylarında.Həçənd ki,burda heç bir qeyrət-namus məsələsindən söhbət gedə bilməz amma hər nə qədər olursa olsun,iki canlı birinin şəraitsizlik altında aoyuqda başqalarına qulluq etməyin doğru olmadığını bildik.Bizdə evə yad adam gələndə mətbəxdən çıxmırıq.Qardaşım qulluq edir.Amma qardaşımın dostları gələndə ( yanız qardaşımın ad günündə və bayramda gəlirlər) o zaman mən ilim ayaq itirəm.Otağımnan çıxmıram,yada kömək üçün mətbəxdə qalıram.
8 aprel 2016 12:00
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
rəmsə
Bizlərdə əgər tamamilə yad bir adam-naməhrəm evə gəlirsə,məs.usta filan,yəni yoldaşımız gətirirsə ona nəinki qulluq eləmək,heç ortaya belə çıxmırıq.Çaydı,yeməkdi hazır edirəm yoldaşım gəlib aparır mətbəxdən.Qaldıki qohumlar onlar da gəlib 5 gün,10 gün qalmırlar,uzağı 2-3 gün,hər kəsin öz evi özünə doğmadır.Onlara isə qulluq eləmək əlbəttə borcumuzdur,birotaqlıda da yaşasaq,beşotaqlıda da.
8 aprel 2016 11:49
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ummuselma
Mənim qaynım unversitetde oxuyanda 5 il bizimlə qaldı. Çox çətin idi, bütün günü evdə hicablı. Əlhəmdülillah ki, qurtardı artıq.
8 aprel 2016 08:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz