Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir
Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 738
Səs ver:
Rəbbiuləvvəl ayının 12-dən 17-dək bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər.
Eyni zamanda bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi kimi də qeyd olunur.
Bu münasibətlə bütün müsəlmanları təbrik edir, Peyğəmbərimizin gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı arzu edirik. Qoy bu bayram hamınızın həyatına və imanına bərəkət gətirsin!
Mövlud mərasiminin tarixçəsi
"Mövlud" sözünün ərəb dilindən tərcüməsi "doğuluş" deməkdir. Dini termin olaraq, İslam müqəddəslərinin (xüsusilə, Həzrət Muhəmməd Peyğəmbərin (s)) doğum gününün ildönümü münasibətilə təşkil edilən təntənəli mərasimlərə deyilir. Əslində "mövlid" deyilməlidir, amma bu sözün təhrif olunmuş "mövlud" variantı daha çox işlədilir. Fərq bundadır ki, "mövlid" - doğum deməkdir, "mövlud" sözü isə "doğulmuş" mənasını verir.
İslamın ilk əsrlərində mövlud bayramları keçirmək ənənəsi yox idi. Nə Peyğəmbərin öz sağlığında, nə də raşidi xəlifələrin zamanında Onun doğum günü qeyd edilmirdi. Tarixi məlumatlara görə, ilk mövlid məclisini Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlinin (ə) və Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.
Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.
Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı.
Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.
Mövlid mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu. Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.
Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə dünyanın müxtəlif ölkələrində (o cümlədən, Azərbaycanda) mövlid mərasimləri keçirilir. Şiə (cəfəri) məzhəbinə mənsub müsəlmanlar Həzrət Əlinin, Həzrət Fatimeyi-Zəhranın, İmam Hüseynin və İmam Mehdinin (ə) mövlidini də təntənə ilə qeyd edirlər.
Bəzi İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlid mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir. Əksinə, mövlid mərasimlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) fəzilətləri sadalandığı, Islamın mahiyyəti açıqlandığı üçün, bunları təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.
Tarix boyunca müxtəlif şairlər mövlidnamə qələmə almışlar. Təkcə türk dilində 60-dan artıq mövlidnamə mövcud olduğunu yazırlar. Bunların ən məşhuru Şeyx Ədəbalının nəslindən olan Süleyman Çələbi (vəf. 1422) adlı şair tərəfindən XV əsrin əvvəllərində türk dilində yazılmış "Vəsilətün-nicat" (Qurtuluş vəsiləsi) mövlidnaməsidir. Əsasən, Türkiyədə keçirilən mövlid məra-simlərində Süleyman Çələbinin mövlidnaməsinin böyük bir hissəsi avazla oxunur. Oxunan mətn 6 bölümdən ibarətdir. Hər bölüm fərqli bəhrlər (avazlar) üzərində ifa edilir. Tövhid, Nur, Vəladət, Mərhəba, Merac, Minacat adlanan bəhrlərin oxunuşu zamanı Səba, Hicaz, Rast, Üşşaq, Hüzzam və s. muğam avazlarından istifadə edilir. Yalnız Peyğəmbərin vəfatı bölümünü avazla oxumurlar. Mövlidnamənin başlanğıcında və bölümlərin arasında Qurandan ayələr tilavət edilir. Həcminin böyüklüyünə görə, Mövlidnaməni adətən bir neçə şəxs (mövlidxan) növbə ilə ifa edir. Mövlidnamənin avazını XVII əsrdə Bursalı Səkban adlı bəstəkar bəstələmişdir.
Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl ayının 12-də qeyd edilir. Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövlidi rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir, həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.


Şərhlər:
Baxılıb: 738
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz