Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata və ana gərək qarğışdan çəkinsinlər
Ata və ana gərək qarğışdan çəkinsinlər
Göndərən: my_angel
Şərhlər: 10
Baxılıb: 526
Səs ver:
Nifrin, lənət və qarğış - ölmək üçün edilən pis dualardır. Quranda da lənət sözünə rast gəlmək olur. Allahın lənət etməsinin mənası - kimisə Öz rəhmətindən uzaq tutmasıdır, axirətdə beləsini əzab və cəza gözləyər. Bəndələrin etdiyi nifrin isə başqasının ziyanı üçün dua etməkdir. (Tebyan)

Qurani-Kərimə nəzər salanda görmək olur ki, Allah Təala bəzi insanları lənət edir. O cümlədən: "Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!". ("Məsəd" 1). "Allahın lənəti olsun zalımlara!". ("Hud" 18). "Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır". ("Əhzab" 57). "Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik". ("Maidə" 13).

İmam Sadiq (ə) buyurur: "Nə zaman bir insan zülmə məruz qalarsa və zalımı lənət etməyə başlayarsa, Allah Təala ona buyurar: "Necə ki, sən öz zalımına nifrin edirsən, başqa birisi sənin zülmündən sənə nifrin edir"".

İmam Baqir (ə) buyurur: "O zaman ki, qarğış və ya nifrin bir insanın ağzından çıxar, qarğış, edənlə göndərdiyi insan arasında şəkk edər. Əgər həmin insan nifrinə layiq olarsa, ona aid olar. Əgər olmazsa, sahibinə geri qayıdar".

İmam Sadiq (ə) buyurur: "Məzlumun lənətindən qorxun ki, məzlumun lənəti səmaya qalxar".

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Məzlumun lənətindən qorxun, həqiqətən o, haqqını Allahdan istəyər. Allah ondan da əzizdir ki, haqq istənilsin, məgər o halda ki, onu yerinə yetirsin".
Həyatımızda valideynlərimizə etdiyimiz hörmət və ya kobudluq bizim taleyimizi həll edə bilər. Bu dağıdıcı təsirlər o zaman öz zirvə nöqtəsinə çatar ki, ananın sinəsindən qarğış çıxar və övladını hörmətsizlik etdiyi üçün lənətləyər. Bu zaman Allah onun hakimi və hökm verəni olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Atanızın qarğış etməsindən kəskin şəkildə çəkinin. Çünki belə qarğış buludu belə yarar və yuxarı qalxar. Allahın diqqətinə səbəb olar. O yerə qədər ki, Allah Təala buyurar: "Həmin qarğışı Mənim yanıma gətirin ki, onu həyata keçirim". Ona görə də atanın qarğış etməsindən kəskin şəkildə çəkinin ki, qılıncdan daha kəsicidir".
Ata və ananın qarğışı həyata keçər. Amma əziz valideynlərə məsləhətimiz budur ki, övladlarını lənətləməsinlər. Həzrət Nuh (ə) övladı üçün dua edir. Allah Quranda buyurur: "Bu övlad sənin əhlindən deyildir". Əlbəttə, Həzrət Nuh (ə) öz xahişində təkid etmir, bağışlanma da istəyir. Yaxşı olar ki, övladı hər nə qədər hörmətsizlik etsə də, valideyn ona qarğış etməsin. Hər bir kiçik münaiqişədə dilini qarğış üçün açmasın. Əgər bu qarğışlar həyata keçərsə, valideyn nə qədər üzülər və əziyyət çəkər? Ona görə də bu məsələdə kamil ehtiyata riayət etmək lazımdır ki, nifrinin pis nəticələri bizi əhatə etməsin.





Şərhlər: 10
Baxılıb: 526
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Valideyn öladına necə qarğış edə bilir anlamış deyiləm, əgər edirsə də, ssonra övladı onun əzabını çəkəndə də üzülür, əgər üzüləcəksənsə niyə qarğış edirsən, hər bir şeyin danışıqla sakit yolla həlli varkən, uşağı başa salmaq, ona həyatı dərk edəcək cəzalar varkən, niyə qarğış.
17 oktyabr 2016 01:01
# 10
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
efsane..
Demeli valideynleride o hedde catdirmamaliyiq
22 mart 2016 07:21
# 9
sizin 1205
Qargiş pis şeydi
18 mart 2016 15:12
# 8
L
narmiwka_15
neinki ata ve ana gerek hami qargiwdan cekinsin qargiw 2bawdi olur
18 mart 2016 14:52
# 7
Be Happy))
vipbetul
gerek ki dilimizden hec zaman kufr qarqis cixmasun valideyinlerimizinde daima xeyir duasini gozel sozlerini sevgisini ala bilek
18 mart 2016 14:34
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
Əgər həmin insan nifrinə layiq olarsa, ona aid
olar. Əgər olmazsa, sahibinə geri qayıdar".
Eger valideyn uşagına gargış e
18 mart 2016 14:16
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 13:08
# 4
BARBI
Hec inanmiram ki valideyn urekden qargis eder. Ananin qargisi ovladi tutmaz. Vay o gune ki ata qargis edib. Atanin qargis etdiyi ovladin iki yaxasi bir araya gelmez. O ovlad xeyir tapmaz
18 mart 2016 09:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Nə ana , nə də ata və yaxudda bir başqasının bəd dua etməsi düzgün deyil. Ola bilər ki, valideyn nə qədər hirsli olsun özünü unutsun amma olmaz ..deyilən heç bir söz boşa deyil rəbbim görür hər şeyi .. Heç kəsə bəd dua oxumaq olmaz səbəbləridə xəbərdə qeyd olunub hansı ki, iki başlıdır qarğış kiminsə ahını almaq isə heç kəsə deyil insanın özünə zərərdir. Nə qədər kiminsə ucbatından əzab çəkib , zülmündən od tutub yansanda bircə kəlmə Allaha həvalə etməkdir çarəsi çünki heç bir məzlumun ahı heç vaxt yerdə qalmır gec - tez ilahi ədalət yerini tapır...
18 mart 2016 08:18
# 2
YARIM QALMIS XEYALLAR
Goresen usaq gunahsiz olanda da qargisi tutur valideynin? Axi niye valideynler gerek qargis ede? Hec hansisa usaq valideynine qargis edirmiki? Niye onda valideyn ovladina qargis edir? Menim tanidigim bir valideyn usagina hey qargis ederdi ele qargislar ederdiki cavan yasda tok vurdu oldu. Ondan sonra eslinde valideynlik haqqlari olsada valideynlerinde nece qeddar oldugunu gordum. Ne olur olsun usaqlarina bunu etmemelidiriler yanlarinda olmalidirlar bax esl ana ata onlardir yaninda olanlar.
18 mart 2016 07:45
# 1
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz