Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm...
Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm...
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 505
Səs ver:
Məfzəl nəql edir ki, dostlarımla bir yerdə İmam Sadiqi (ə) görməyə gəlmişdik. Evinin qapısına çatanda gördük ki, Həzrət (ə) danışır, ancaq ərəb dilində deyildir. Ondan sonra da ağlamağa başladı və biz də Həzrətin (ə) bu göz yaşlarına ağladıq. Bu zaman İmamın (ə) nökəri gəldi və bizi evə dəvət etdi.

Biz Həzrətin (ə) xidmətinə gələndə hal-əhvaldan sonra ondan soruşduq ki, danışdıqları hansı dildə idi. İmam (ə) buyurdu:"Bəli, mən İlyası (ə) xatırlamışdım ki, o, Bəni-İsrayilin abid peyğəmbərlərindən idi. Onun səcdədə oxuduğu duanı oxudum". Sonra həmin duanı bizim üçün süryani dilində oxudu və onu ərəb dilinə tərcümə etdi. Dedi: "İlyas səcdədə belə dua edərdi: "Allahım! Həqiqətən Sənə elə baxım ki, mənə əzab verəcəksən, halbuki isti günlərini Sənə xatir oruc tutaraq susuzluq çəkmişəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, Sənin üçün üzümü səcdədə torpağa sürtmüşəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, halbuki Sənə xatir günahlardan uzaq olmuşam? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, hər gecə Sənin üçün ibadət etmişəm?".
Allah İlyasa (ə) vəhy edir: "Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm".
İlyas (ə) deyir: "Ey böyük Allah! Əgər bu sözü dedin ki, sənə əzab verməyəcəyəm və sonra mənə əzab versən, nə edim? Məgər belə deyildirmi ki, mən Sənin bəndən, Sən də mənim Pərvərdigarımsan?".
Allah yenə vəhy edir: "Başını səcdədən qaldır ki, Mən sənə əzab verməyəcəyəm. Verdiyim vədəyə əməl edəcəyəm"".


Şərhlər:
Baxılıb: 505
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz