Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoxsa Allahdan qorxmursunuz?
Yoxsa Allahdan qorxmursunuz?
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 359
Səs ver:
"Həqiqətən, İlyas da peyğəmbərlərdəndir! Bir zaman o, öz tayfasına belə demişdi: "Yoxsa Allahdan qorxmursunuz? Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın müxlis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün yaxşı ad goyduq. "İlyasinə (İlyasa) salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!" (əs-Saffat, 37/123-132) 

İlyas (ə) Qurani-Kərimdə adı keçən peyğəmbərlərdəndir (əl-Ənam, 6/85; əs-Saffat, 37/123). O, tayfasını "Tövhid"ə dəvət etmiş və onlara belə xitab etmişdi:

Yoxsa Allahdan qorxmursunuz?

"Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı qoyub Bələ ibadət edirsiniz?"

İlyas (ə) tövhid inancından uzaqlaşıb, bütə sitayiş etməyə başlayan İsrail oğullarına peyğəmbər olaraq göndərilmişdi. Ayədə qeyd olunan "Bəl" də həzrət İlyasın qövmünün sitayiş etdiyi bütün adı idi. Yaşadıqları şəhərin adı "Bək" olsa da, sitayiş etdikləri bütün adına görə bu şəhərin adı tarixi mənbələrdə "Bələbək" olaraq keçir.

Bütə sitayiş edən qövm, İlyasın (ə) dəvətinə əhəmiyyət vermədi və iman etmədi, əvvəlki peyğəmbərlərin dəvətlərinə məhəl qoymayan tayfalar kimi. Qurani-Kərim xüsusilə bu məsələyə diqqət çəkmiş və İsrail oğullarının müəyyən zamanlarda nankorluq etdiklərini vurğulamışdır (əl-Bəqara, 2/83-85; əl-Casiyə, 45/16-17).

Halbuki, o şərəf sahibi elçilər, elmlə əməli, həyatla əxlaqı, hikmətlə irfanı, dünya ilə axirəti yaxınlaşdıran və bütünləşdirən bəşəriyyət liderləri, hikmət işığı və hidayət rəhbərləri idilər. Onlar insanları küfrün bataqlığından uzaqlaşdırıb, tək olan Allahın tövhid yoluna, elm və inancın aydınlığına dəvət edirdilər...

Beləliklə, İlyas onların "Yaradanların ən yaxşısını" qoyub, Bələ ibadət etmələrinə, Tövhid inancını təməldən yıxıb, bütpərəstliyə geri dönmələrinə çox pis münasibət göstərmişdi. Həzrət İlyas uzun müddət mücadilə aparsa da, onları doğru yola gətirə bilmədi, nəticədə onu yalanlamaqla Haqqı rədd və inkar etdilər. Bəli, "Onu təkzib etdilər" (əs-Saffat, 37/127).

Dünyada imansızlıqlarının cəzasını çəkmiş bu xalq axirətdə də pərişan olacaqdır. Belə ki,

"Buna görə də onlar (Cəhənnəmə) gətiriləcəklər" - deyə bildirildi. Lakin hər millətdə olduğu kimi onların arasında da ixlaslı olanlar vardı ki, onlar üçün də:

"Yalnız Allahın müxlis bəndələrindən başqa!" deyə qeyd olunmuşdur.

İlyas (ə) özündən sonrakılar üçün də zikr edilmişdi. Çünki Allah onun haqqında belə demişdir:

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İlyasa salam olsun!"

Göründüyü kimi, ayələrdə İlyasın (ə) İsrail oğullarını Haqqa dəvətindən qısa xülasə verilmiş, onun dəvətindən nümunələr qeyd edilmişdir. Əvvəlcə həzrət İlyasın xəbərdarlıq edərək, Haqqa dəvət etdiyi millətinin Allahdan qorxmadığı, pis əməllərdən ehtiyat etmədikləri, eyni zamanda Allahı tərk edib, bütpərəstliyə geri döndükləri haqqında məlumat verilmişdir. Daha sonra isə əsas məzmun belə ifadə edilmişdir:

1. İnsan əli ilə düzəldilmiş Bəl və ona bənzər butlər ilahi icad və sənətin yanında heç bir məna və dəyər daşımaz. Çünki kainatı da, orada var olan bütün varlıqları da yaradan Allahdır.

2. Allah keçmişdə olanların və gələcəkdə olacaqların yeganə yaradanı və tərbiyə edənidir.

İlyasın (ə) təbliğ və dəvətini tayfasının böyük əksəriyyəti inkar etsə də, ona inananlar da olmuşdu. Daha sonra Haqq ilə batilin davamlı olaraq mücadilə etdiyi göstərilmiş və qiyamətə qədər bunun belə davam edəcəyi, lakin batilin hər zaman yox olmağa məhkum olduğu da bildirilmişdir. Beləliklə, İlyas peyğəmbər də vəzifəsini Iayiqiylə yerinə yetirərək, ilahi xeyir-dua ilə təltif olunmuş və özündən sonra gələnləra şərəfli bir ad qoymuşdur.

Nəticə etibarilə belə bir qənaət hasil olur ki, belə gözəl şöhrət Allahın yaxşı insanlara mükafatıdır. Belə olduğu halda, özündən sonra gözəl bir ad, bu göy qübbəsinin altında xoş səda qoymaq üçün çalışmaq lazımdır. Şübhə yoxdur ki, bunun ən əsas şərti imandır. İlyas Peyğəmbər kimi digər bütün peyğəmbərlər dünyada va axirətdə Allahın salam sifətinin təcəllisi ilə şərəflənmişlər. Onları tamamilə qəbul edən möminlərin də bu sifətdən nəsib alacağına şübhə yoxdur.

Salam olsun İlyasa (ə) va ona tabe olanlara!..


Şərhlər: 2
Baxılıb: 359
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim onlara xatir bize komek olsun insallah
4 mart 2016 19:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Icinde allah sevgisi olan her kes ondan qorxmalidir.
4 mart 2016 09:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz