Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəstəmaz alarkən oxunması müstəhəb olan dualar
Dəstəmaz alarkən oxunması müstəhəb olan dualar
Göndərən: Roza
Şərhlər:
Baxılıb: 758
Səs ver:
Dəstəmaz alarkən oxunması müstəhəb olan dualar
Aşağıdakı duaları dəstəmaz alarkən oxumağın böyük savabı var. Diqqət yetirin ki, bu duaları oxumaq vacib deyil, müstəhəbdir. Bunları əzbərləyə bilməyən adam ya tərcüməsini söyləyə, ya da bildiyi başqa duaları söyləyib salavat deyə bilər.
Dəstəmaz almağa başlayan adamın gözü suya sataşanda (yəni dəstəmaz almaq üçün özünə su hazırlayanda):
"Bismillahi və billah. Vəl-həmdü lillahil-ləzi cəələl-maə təhurən və ləm yəc'əlhu nəcisa".
Tərcüməsi: "Allahın adı ilə və Allahla. Suyu pak yaradan və onu murdar qərar verməyən Allaha həmd olsun".
Dəstəmazdan əvvəl əlləri yuyanda:
"Allahümməc'əlni minət-təvvabinə və minəl-mütətəhhirin".
Tərcüməsi: "İlahi, məni tövbə edənlərdən və paklardan biri et".
Ağzı yaxalayarkən (bu, cəfəri məzhəbində müstəhəbdir, vacib deyil):
"Allahümmə ləqqini hüccəti yövmə əlqakə və ətliq lisani bi-zikrək".
Tərcüməsi: "İlahi, Səninlə görüşdüyüm gün (qiyamətdə) mənə möhkəm sübutlar təlqin et və dilimi Sənin zikrinlə məşğul et".
Burnu yaxalayanda (bu da cəfəri məzhəbində müstəhəbdir):
"Allahümmə la tühərrim əleyyə riyhəl-cənnəti vəc'əlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha".
Tərcüməsi: "İlahi, cənnətin ətrini mənə haram etmə. Məni cənnətin ətrini, mehini və paklığını duyanlardan qərar ver".
Üzü yuyanda:
"Allahümmə bəyyiz vəchi yövmə təsvəddü fihil-vücuh. Və la tüsəvvid vəchi yövmə təbyəzzü fihil-vücuh".
Tərcüməsi: "İlahi, sifətlər (xəcalətdən və ya əzabdan) qaraldığı gün (yəni axirətdə) mənim üzümü ağart. Sifətlər (şadlıqdan) ağardığı gün mənim üzümü qaraltma".
Sağ qolu yuyanda:
"Allahümmə ə'tini kitabi bi-yəmini vəl-xüldə fil-cinani bi-yəsara və hasibni hisabən yəsira".
Tərcüməsi: "İlahi, qiyamətdə əməl dəftərimi sağ əlimə, cənnətdə qalacağım barədə vəsiqəni sol əlimə ver, hesabımı yüngül et".
Sol qolu yuyanda:
"Allahümmə la tu'tini kitabi bi-şimali və la min vərai zahri və la təc'əlha məğlulətən ila ünüqi və əuzü bikə min müqəttəatin-niyran".
Tərcüməsi: "İlahi, qiyamətdə mənim əməl dəftərimi sol tərəfimdən və ya arxadan vermə, onu boynumdan da asma (çünki bunlar günahkarlara aiddir). Cəhənnəmin alovundan Sənə sığınıram".
Başa məsh çəkəndə:
"Allahümmə qəşşini bi-rəhmətikə və bərəkatikə və əfvikə".
Tərcüməsi: "İlahi, məni öz mərhəmətinə, bərəkətinə və əfvinə bürü".
Ayaqlara məsh çəkəndə:
"Allahümmə səbbitni ələs-sırati yövmə təzillü fihil-əqdam. Vəc'əl sə'yi fi ma yürzikə ənni ya zəl-cəlali vəl-ikram".
Tərcüməsi: "İlahi, ayaqlar büdrədiyi zaman məni sırat körpüsünün üzərində sabitqədəm (möhkəm) et. Səylərimi Sənin məndən razı qalacağın işlərə yönəlt, ey cəlal və kərəm sahibi".
Dəstəmazı bitirəndən sonra bu duanı oxumaq müstəhəbdir:
"Allahümmə inni əs'əlükə təmamil-vüzui və təmaməs-səlati və təmamə rizvanikə vəl-cənnəh".
Tərcüməsi: "Ilahi, Səndən kamil dəstəmaz almaq, kamil şəkildə namaz qılmaq üçün yardım istəyir, Sənin razılığını və cənnəti diləyirəm".
Bundan sonra "Əl-həmdü lillahi rəbbil-aləmin" söyləmək və üç dəfə Qədr surəsini oxumaq da müstəhəb sayılır.
Əhli-sünnə məzhəbinə görə dəstəmaz zamanı oxunması müstəhəb olan duaların bir qismi cəfəri məzhəbindəki dualara oxşardır. Məsələn, üzü, qolları və ayaqları yuyarkən oxunan duaların mənaları yaxındır, arada yalnız bəzi söz fərqləri və ixtisarlar mövcuddur.
Ağza su alarkən:
"Allahümmə əinni əla tilavətil-Qur'ani və zikrikə və şükrikə və hüsni ibadətik".
Tərcüməsi: "İlahi, Quran oxumaqda, Səni zikr etməkdə, Sənə şükr etməkdə və Sənə ən yaxşı şəkildə ibadət etməkdə mənə yardımçı ol".
Burna su alarkən:
"Allahümmə ərihni rayihətəl-cənnəti vərzuqni min nəimiha".
Tərcüməsi: "İlahi, mənə cənnətin ətrini qoxulatdır və cənnət nemətlərini dadızdır".
Başı məsh edərkən:
"Allahüməc'əlni minəl-ləzinə yəstəmiunəl-qövlə fəyəttəbiunə əhsənəh".
Tərcüməsi: "İlahi, məni söz eşidənlərdən və sözlərin ən yaxşısına tabe olanlardan qərar ver".
Boynu məsh edərkən:
"Allahümmə ə'tiq ünüqi minən-nar".
Tərcüməsi: "İlahi, boynumu cəhənnəm alovundan qoru".
Əhli-sünnə məzhəbindəki hədislərə görə də, dəstəmaz aldıqdan sonra Qədr surəsini oxumağın və Peyğəmbərə salavat söyləməyin xeyli savabı var


Şərhlər:
Baxılıb: 758
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz