Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntiharın etməyin günahı
İntiharın etməyin günahı
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 542
Səs ver:
Allah-Təala bizə o bədəni, əli-ayağı, müxtəlif üzvləri xeyir işlərə sərf etmək, yönəltmək üçün verib. Əlimiz var, amma bu dünyada əlsiz-qolsuz adamlar da var; gözümüz görür, amma bu dünyada dünya işığına həsrət nə qədər insanlar da var; dilimiz var, danışırıq, amma bu dünyada öz fikrinin dil ilə ifadə etmək imkanından məhrum nə qədər Adəm övladı var; istədiyimiz yerə gedirik, gəzirik, qalxırıq, otururuq, amma minlərlə yataq xəstəsi, oturduğu yerdən tərpənə bilməyən müstər insan da var dünyada... Və birdən-birə sən sahib olduğun bu qədər nemətin hamısının üstündən xətt çəkirsən, hamısına xəyanət edirsən. Əlbəttə, bunun qarşılığı da ağır olacaq.

Allah-Təala Nisa surəsində: "Özünüzü öldürməyin, şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir" buyurmaqdadır. Nə qədər də hikmətlidir, elə deyilmi? Bizi Yaradan intiharı yasaqlayan kimi ardınca da bizə qarşı çox mərhəmətli olduğunu bildirir. Görünür, burada intihar söhbətindən sonra Allah-Təala Özünü çox mərhəmətlidir kimi təqdim edərkən, bizə ayılmağı, oyanmağı, o qəflət halından mümkün qədər tez çıxmağı nəsihət edir.

Peyğəmbərimiz səhabələrinə, insanı həlak edən günahlardan uzaq durmağı tapşırır və həmin günahları da belə sıralayır: "Allaha şərik qoşmaq, cana qıymaq, yetim malını yemək, Haqq uğrunda savaşdan qaçmaq, iffətli, mömin qadına zina iftirası yaxmaq".

Peyğəmbərimizin öncəki ümmətlərdə də intiharın yasaq olmasını bildirib və buyurub ki, bir nəfər yaralarının ağrısına dözə bilmədiyi üçün əllərini doğrayaraq qanaxmadan ölüb, Allah-Təala da bunun cəzası olaraq cənnəti həmin bəndəsinə haram buyurub.


İslam tarixində də bənzər hadisələr yaşanmışdır. Həzrəti Peyğəmbər Xeybər savaşında böyük fədakarlıqlar göstərən Kuzman adlı bir səhabənin cəhənnəmə gedəcəyini deyib. Bəzi səhabələr bu Xeybər qəhrəmanı haqda Rəsulullahın söylədiyini dəqiqləşdirmək üçün Kuzmanı izləmiş və onun aldığı yaraların ağrısına dözə bilmədiyi üçün qılıncının üzərinə uzanaraq özünü doğramaq yolu ilə intihar etdiyini görmüşlər.

İntihar edənin axirətdəki cəzası intihar şəklinə uyğun olaraq verilir. Hədisi-şəriflərdə bu haqda belə bildirilir: "Kim özünü bıçaq kimi kəsici alətlə öldürərsə, cəhənnəm atəşində ona həmin alətlə əzab verilər".

"Dünyada ip və bənzəri şeylərlə özünü boğan şəxs cəhənnəmdə də özünü boğar, dünyada özünü vuran cəhənnəmdə də özünü vurar (əzabı belə olur)".

"Kim özünü bir dağın başından ataraq öldürərsə, cəhənnəm oduna da əbədi olaraq elə girər. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəmdə zəhər qədəhi də əlində olduğu halda davamlı cəza çəkər".

Onu da bildirək ki, can Cənabi-Haqqın insan oğluna verdiyi ən böyük əmanətdir. İnsanın öz müdaxiləsi olmadan ruh bədəndən ayrılıncaya qədər bu əmanəti qorumaq hər kəsin borcudur. Ona görə də insanın mənəvi və fiziki sıxıntılara, ağrı-acılara sonuna qədər səbir göstərməsi, dözməsi İslamın təbliğ elədiyi əsas həqiqətlərdən, məntiqlərdən biridir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edə biləcəyini düşünən şəxs getdiyi qəbir həyatında və daha sonrakı mərhələlərdə heç vaxt ağlına gətirmədiyi böyük dəhşət və fəlakətlərlə qarşılaşır.

Həyat ən pis şərtlər içində olsa belə, yenə gözəldir, çünki ruh bədəndə olduğu müddətdə insanın Allahdan ümidi kəsilməməlidir. Hər gecədən sonra bir gündüz, hər çətinlikdən sonra bir asanlıq, rahatlıq vardır. Bəndənin Allaha yönəlməsi və Ondan yardım istəməsi hər cür sıxıntı və problemlərin çözülməsinin başlanğıc nöqtəsidir. Uca Yaradan heç umulmayan, gözlənilməyən yerlərdən və istiqamətlərdən elə qapılar açar ki, özün də məəttəl qalarsan. Çünki Onun hər şeyə gücü yetir. Allaha sığınan bəndə Ondan güc alır və Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə, mətanətlə hər cür dünya sıxıntısı qarşısında duruş gətirə, müqavimət göstərə bilir.

Həzrət İbrahimi yandırmaq üçün dağ boyda tonqal qalayırlar, alovun təsirindən yaxınlaşmaq mümkün olmadığı üçün bu uca Peyğəmbəri mancanaqla odun içinə atırlar. Bütün ruhu, varlığı ilə Allah-Təalaya təslim olmuş Həzrət İbrahimin könlü rahatdır və mələklər havada ona yaxınlaşıb yardım göstərmək istədikdə "Hasbin Allah" söyləyir, yəni Allah mənə yetər, mən Onun bəndəsiyəm, mən Onun köləsiyəm, O görürkən, O baxırkən başqa kimsənin yardımını istəməm. O, mənə nəyi rəva görürsə, canıma minnət! Onun narı da xoş, Onun nuru da xoş!

İbrahimi, bir sevda ilə Allaha təslim olanı odmu yandıra bilər, buzmu dondura bilər, torpaqmı çürüdə bilər?!- Əsla, əsla, əsla!!! Necə yandırmadı da, dondurmadı da, çürütmədi də...

Həzrət İbrahimin (ə.s.), Həzrət Məhəmmədin (s.ə.s.) yolunda olduğunu söyləyən kəs odda yandırılacağını, buzda dondurulacağını, tikə-tikə doğranacağını bilmiş olsa belə, cana qıymaz. Can Allahın əmanətidir, Allahın əmanətinə əl qaldırmaq Allaha qarşı haqsızlıqdır. İntihar, Allah-Təalanın yazdığı, təqdir etdiyi taleyə, qədərə etirazdır, üsyandır. 

Bədənimiz bizim ruhumuz, canımız üçün Allahın inşa etdiyi bir binadır, daha doğrusu, hələ ilk insan Həzrəti Adəmi yaradarkən Öz ruhundan üflədiyi və bizim hələ nə olduğunu tam bilmədiyimiz o abi-həyatın, varlığımızın, diriliyimizin sarayıdır.

Kəbə - Allah evidir, amma insan əli ilə inşa edilir; bizə verilmiş bədən əmanəti isə Allahın insan üçün inşa etdiyi ruh evi, can sarayıdır.

Öz canına qıyan Allahın binasını yıxmış olur və bu əməlinin də hesabını verəcəyini ağlından çıxarmasın.


Şərhlər:
Baxılıb: 542
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz