Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam tək haqq dindir...
İslam tək haqq dindir...
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 400
Səs ver:
Uca Allah buyurur: "Həqiqətən, Allahın dərgahında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19). İslam sözü ərəb dilində təslim olmaq, boyun əymək deməkdir. İslamı qəbul etmək üçün insan Allahın təkliyini qəbul edib yalnız Allaha ibadət etməlidir. Bəs elə isə ibadət nə deməkdir? İbadət sözü qul olmaq deməkdir. Beləliklə, İslam dini insanları yalnız Allaha boyun əyərək Ona ibadət eməyə çağırır. İslamdan xəbəri olmayanların əksəriyyəti İslamın 1400 il bundan əvvəl yaranan yeni bir din və Muhəmməd peyğəmbərin də bu dinin banisi olduğunu güman edirlər. Halbuki, Uca Allah Qurani Kərimdə bütün insanları bu din üzərində yaratdığını bildirir: "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir" (ər-Rum, 30). Həmçinin, Allah İbrahim peyğəmbərin dini haqqında mübahisə edənlərə cavab verərək belə buyurur: "Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (Tək Allaha ibadət edən) müsəlman idi və Ona şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" (Ali İmran, 65-68). Həmçinin, bütün peyğəmbərlərin müsəlman olduğunu bəyan edərək buyurur: "Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!"– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (əl-Bəqərə, 130-133). Uca Allah Qurani Kərimdə yəhudi və xaçpərəst xristianlara "Ey kitab əhli", yəni "Ey Tövrat və İncil verilən kəslər!" deyə müraciət edir. Çünki, Musa və ondan sonra göndərilən İsa peyğəmbər yəhudiliyi və xristianlığı təbliğ etməmiş və öz dinlərinə belə ad verməmişdilər. Bu, onlardan sonra gələnlərin öz kitablarını və dinlərini təhrif edərək uydurduqları adlardır. Yer üzərində Allahın bəyənib seçdiyi və razı qaldığı, habelə bütün insanlara əmr etdiyi həqiqi din yalnız İslamdır. Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (əl-Maidə, 3). Həmçinin, İslamı qəbul etməyənlərə xəbərdarlıq edərək buyurur:"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar" (Ali İmran, 85).


Şərhlər:
Baxılıb: 400
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz