Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namaz dinin sütunudur
Namaz dinin sütunudur
Göndərən: Roza
Şərhlər: 11
Baxılıb: 504
Səs ver:
Günahın zəncirlərini qıran əməli tanıyaq
İslam dini bizləri daima səadətə tərəf hidayət edir. Ona görə də Allah biz müsəlmanlara sonuncu Peyğəmbərini (s) göndərdi və bizləri hər cür şirkdən, xürafatdan, hər növ çirkinlikdən xilas etdi.
İslam dininin ən gözəl göstərişlərindən biri namazdır. Namaz – dinin sütunudur. Əgər namazımız qəbul olarsa, başqa əməllərimiz də qəbul olar. Əgər namazımız qəbul olmazsa, başqa əməllərimizin də qəbul olması mümkün deyildir.
O zaman ki, insan ibadətin cazibəsindən və gözəlliyindən, xüsusilə də namazın dinin sütunu olmasından agah olur, çalışır ki, onu ən gözəl şəkildə yerinə yetirsin. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Namaz bir bulağa bənzəyir ki, insan gündə beş dəfə orada yuyunar. Artıq çirki qalmaz". Həzrət (s) başqa yerdə buyurur: "Mənim gözümün nur və aydınlığı namazdır".
İmam Əli (ə) buyurur: "İnsanlar namazı öhdələrinə götürsünlər və onu qorusunlar. Çoxlu namaz qılsınlar, namaz vasitəsilə özlərini Allaha yaxınlaşdırsınlar. Həqiqətən, namaz günahları payız yarpaqları kimi tökər və günahın zəncirlərini boyunlardan açar".
İmam Sadiq (ə) buyurur: "Hər kim beş vacib namazı qılar və vaxtına nəzarət edər, Allahı Qiyamət günü o halda görər ki, ona Allah tərəfindən əhd olar. Allah onu bu əhdə görə behiştə aparar. Hər kim namazı vaxtında qılmazsa, Allah istəsə onu bağışlayar və istəsə əzab verər".
O zaman ki, Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət edir. onun ilk əmri məscid tikmək idi. O, bu məsciddə bəndəlik etməklə yanaşı, həm də insanlara təlim və tərbiyə verirdi. Məscid həm siyasi və həm də məhkəmə xarakteri daşıyırdı.
Məscid inşa etmək müsəlmanları birləşdirdi və bir parça halına saldı. Müsəlmanlar beş vacib namzlarını qılmaq üçün məscidə gəlir və bir-biri ilə din qardaşı olurdular. Onlar Peyğəmbərin (s) təlimlərinə qulaq asır və ona əməl edirdilər.
İmam Əli (ə) dəfələrlə buyurmuşdu: "Hər kim məscidə gedib-gələr, bu səkkiz şeydən birini əldə edər: Allah yolunda bəhrələndiyi qardaşlıq, seçilmiş elm, möhkəm nişanə, intizarında olduğu rəhmət, onu yolunu azmaqdan çəkindirən söz, o söz ki, eşidər və onu haqq yoluna hidayət edər, günahı qorxu və ya əziyyət üzündən tərk edər".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin danışığı Quran və evi məscid olar, Allah ona behiştdə ev inşa edər".
Rəsuli-Əkrəm (s) buyurur: "Hər kim piyada məscidə gedər, ayağını heç bir yaş və qurunun üzərinə qoymamış yer yeddinci qatına qədər onun üçün Allahı təsbih edər və paklıqla yada salar".
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, camaat namazı fərdi qılınan namazdan 23 dərəcə üstündür və 25 namaz hesab olunar".
İslam tarixində ilk namazı Həzrət Peyğəmbər (s) qılmışdır ki, Yəqubi bu haqda yazır: "Ona vacib olan ilk namaz zöhr namazı idi. Cəbrayil (ə) gəldi və dəstəmaz almağı ona öyrətdi. Cəbrayilin (ə) aldığı dəstəmaz kimi Peyğəmbər (s) də dəstəmaz aldı. Sonra namaz qıldı ki, ona necə namaz qılmağını göstərsin. Sonra Peyğəmbər (s) namaz qıldı. Sonra Xədicə (s.ə) gəldi və o da dəstəmaz alıb namaz qıldı. Sonra Əli ibni Əbitalib (ə) gəldi və gördüklərini o da yerinə yetirdi".
Allah bizi həqiqi namaz qılanlardan qərar versin


Şərhlər: 11
Baxılıb: 504
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Amin InsAllah Allah bizleri emelisaleh qullarindan etsin
11 dekabr 2015 21:25
# 11
vipbetul
Rebbim qebul edsin butun qilinan namazlari insallah
27 noyabr 2015 16:26
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
insallah mende qilmaq isteyirem namaz gorekde
27 noyabr 2015 15:09
# 9
Happy
Allah razı olsun. Qılmayanlara namaza qarşı həvəs versin. Qılanlarında namazını qəbul etsin
27 noyabr 2015 00:26
# 8
Denizimm
Allah bizi həqiqi namaz qılanlardan qərar versin amin inwallah
26 noyabr 2015 19:44
# 7

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Dosta_inam
Allah bütün qılınan namazları edilən duaları qəbul etsin İnşaallah.
26 noyabr 2015 15:25
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Vuska87
Allah haminiza duzgun ve vaxtinda namaz qilmaq Nesib etsin.butun muselmanlarin namaz ve dualarini qebul etsin
26 noyabr 2015 14:15
# 5
duymecik
inwallah Allahimin komeyi ile bu gunlerde basliyacam. herkesin qildigi namaz etdiyi dualar qebul olsun
26 noyabr 2015 10:55
# 4
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
yarpaq33
Allah qildigimiz namazlari qebul eder inwallah qilmayanlarada namaz qilmagi nesib etsin Amin
26 noyabr 2015 08:10
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Betulxedice
Amin İnwAllah
26 noyabr 2015 06:33
# 2
rəmsə
Allah bütün sidqi ürəklə namaz qılanların namazını qəbul eləsin,qılmayanlara da nəsib etsin.
26 noyabr 2015 01:21
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz