Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bidət nədir?
Bidət nədir?
Göndərən: Menim balam
Şərhlər: 6
Baxılıb: 450
Səs ver:
Həzrəti-Peyğəmbər və səhabə dövründə olmadığı halda sonradan ortaya atılan və dindən olduğu iddia edilən adətlərə bidət deyilir. Bidət Qurani-Kərim və hədisi-şəriflər tərəfindən şiddətlə qınanmışdır. Ənam surəsində bu haqda belə buyurulmaqdadır: "Mənim dümdüz yolum bax budur, onu tutun, başqa yollara sapmayın ki, onlar sizi doğru yoldan ayırmasın".

Bir hədisi-şəriflərində isə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Sözün ən xeyirlisi Allahın kitabıdır, yolun ən xeyirlisi Məhəmmədin yoludur. İşlərin ən pisi sonradan çıxarılandır və hər bidət azğınlıqdır".

Son dövrlərdə bəzi zərərli adət-ənənələrin din adı altında təqdim edilməsinə şahid oluruq ki, bunların hamısı bidətdir. Məscid və qəbirıstanlarda şam yandırılması, bəzi din xadimlərinin hansısa ayini yerinə yetirmək üçün irəlicədən məbləğ təyin etməsi, imkansız birisinin ailənin boğazından kəsib, xərc-borcla ölüsünə ehsan verməsi bu işlərə aid edilə bilər. Yas məsələsinə gəldikdə onu deyək ki, Peyğəmbərimizin (s.ə.s.) zamanında yas mərasiminin yükü əsasən qonşuların boynuna düşərdi. Yəni, qonşular növbələşərək yas evinə yemək gətirər, qonaqların və hətta ev sahibinin yeyib-içmələri ilə maraqlanardılar.

Bidət ya cahillikdən törəyər, ya kafirlikdən. Əlbəttə, bu gün cəmiyyətimizdə rast gəldiyimiz bidətlərin əksəriyyəti cahilliyin təzahüründən başqa bir şey deyil.

İnsanlar bir iş görmək istəyəndə Allahın biz bəndələrindən nə istədiyini deyil, qonum-qonşunun, digər insanların nə deyəcəyini, nə düşünəcəyini əsas götürdükcə bidətlərin ardı-arası kəsilməz.

Əksər insanlar da elə bu cahil, bu zərərli və zəhərli düşüncə ilə iflasa uğrayırlar.

Neyləyirsiniz-eləyin, amma bir işə başlamazdan əvvəl görmək istədiyinizə işin Allah rizasına nə qədər uyğun olub-olmadığını düşünün, əgər çətinlik çəkirsinizsə, bilənlərdən soruşun. Bu, zərərli bidətlərdən qurtarmağın ilk addımıdır. Allah köməyimiz olsun!


Şərhlər: 6
Baxılıb: 450
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Allah hər kəsə hakk yolunda getməyi nəsibetsin
11 dekabr 2015 08:13
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
Allah komeyimiz olsun insallah
30 noyabr 2015 22:33
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Doğru qeyd olunub ki, bidət ya cahillikdən ya kafirlikdən yaranır. Düşünürəm ki, ən çox bu cahilliklə əlaqəli olan bir şeylərdir ki, asanlıqla inanırlar hər deyilənlərə amma bu cür maarifləndiri xəbərlərin olması yaxşıdır ən azı azda olsa məlumatlanır insanlar..Allah razı olsun.
30 noyabr 2015 14:56
# 4
heyatim_menim
melumata gore tesekkur bilmediylermizi oyrenirik.
ALLAH HAMIYA KOMEK OLSUN INSAALLAH GORDUYUMUZ HER ISI ALLAH QEBUL ETSIN AMIN
30 noyabr 2015 10:12
# 3
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Grsu
:YARPAQ33 FIKRLERI ILE TAM RAZIYAM:
30 noyabr 2015 08:54
# 2
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
yarpaq33
Beli yas metasiminde ehsani indi ele verirlerki gelen ele bil yasa yox toya gelirler
Wam yandirmaga geldikde bunuda yeni deb halina saldilar novruz bayram erefesi qebirstanliqda gorurukki herenin elinde bir wam yandirib batirir torpaga axi bizde bele wey yoxdu biz xristian deyilik dinimiz bunu qebul etmir
Allah yolundan dininden azanlara komey olsun Amin
30 noyabr 2015 08:35
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz