Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gün içində Allahı nə qədər düşünürsən?
Gün içində Allahı nə qədər düşünürsən?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 19503
Səs ver:
Bir çox mövzudan bəhs edə bilərik, siyasətdən, günlük həyatda qarşımıza çıxan və imtahan olduğumuz  mövzulardan, həyatın keçiciliyindən və ölümün yaxınlığından...   Lakin bugün bütün Müsəlmanlar,  iman edənlər üçün həqiqətən də çox əhəmiyyətli bir mövzudan bəhs etmək istəyirəm.

Bu yazını oxuyarkən durub bir an üçün özündən soruşmağını istəyirəm. Gerçəkdən gün içində Allahı nə qədər düşünürsən? Yatağından qalxar-qalxmaz sənə yeni bir gün bağışladığının fərqindəsənmi? Gün içində sənə şah damarından daha yaxın olduğunu bilirsənmi? Hər duanı, hər şükrünü eşitdiyini, sənə daima, heç dayanmadan nemət göndərdiyini görə bilirsənmi?

Bütün bunları həqiqətən görə bilən və qəlbində hiss edə bilən bir mömin gün içində daima Allahı zikr edər. Yolda gedərkən, maşında ikən, yemək yeyərkən daima Allah ilə birlikdədir. Allah ilə dərin bağını heç kəsməz. Çünki Allah insanların bütün qəlbiylə Özünü sevməyini istəyir. Allahın təbii ki, qullarının sevgisinə ehtiyacı yoxdur. O bütün kainat tərəfindən daima öyülür, davamlı ucaldılır. Lakin bizim Rəbbimizin sevgisinə çox ehtiyacımız var. Bu səbəbdən səmimi möminin ağlında, düşüncələrində, dilində daima Allah vardır. Allah sevgisi sanki vücudunun bütün hüceyrlərinə işləmişdir. Qəlbi Allah sevgisi ilə döyünər, Allah anıldığı zaman bütün ruhu qidalanar və sevincdən coşar. Möminin səmimiyyəti Allah anıldığında göstərdiyi həyəcan və şövqlə ortaya çıxar.

Axırzamanda inkar edənlərin isə bütün sevgilərini, insanlara yönəltdiklərini, şirk içində boğulduqlarını görürük.  Bəzisi yoldaşını, bəzisi uşağını, bəzisi fabriklərini, banka yığdığı pullarını, bəzisi də malını mülklərini büt edir. Bütün sevgisini bunlara yönəldərkən Allahı tamamilə unudur, gün içində bir dəfə də olsun "Allah” demir, Allahı ağlına gətirmir. Allah inkar edənlərin bu vəziyyətini belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. (Zumər surəsi, 65)
Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” (Bütlər isə) onlara: "Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar. (Nəhl surəsi, 86)

İndi bu iki insan arasındakı fərqi düşünün. Biri yatağından qalxan kimi, gözlərini açar-açmaz Allahı düşünür, gün içində daima diqqətini Allaha verir. Allahın təcəllilərilə ünsiyyətdə olduğunu bilir. İnsanları, bütün canlıları, çiçəkləri, heyvanları Allahın təcəllisi olaraq sevir. Bütün sevgisini əvvəlcə Allaha sonra yaradılanlara verir. Qəlbində Allah, dilində Allah, əməllərində həmişə Allah var. Tək istəyi var, o da bir gün o böyük eşqlə sevdiyi Rəbbinə qovuşmaq...

Digəri isə günə edəcəyi işləri düşünərək başlayır. Oradan ora qaçaraq dünya işlərilə məşğul olur. Ağlında davamlı işləri, pulu, idarə etdiyi insanlar var. Sadəcə dünya üçün yaşayır. Allah heç ağlına gəlmir. Bütün bunları edərkən özünü əhatə edən, ona bütün hüceyrələrinə qədər həyat verən Rəbbindən xəbərsizdir. Sanki küləkli havada sürüklənən bir yarpaq kimi şüursuzca yaşayır, düşünmədən, sevgisini gerçək sahibinə vermədən. Bu səbəbdən də büt etdiyi və sevgisini verdiyi hər şey Allahdan bir xatırlatma olaraq, vəfa və gözəlliklə nəticələnmir. Allahı sevməyən qəlblər arasında Allah gerçək sevgini və gerçək eşqi yaratmır. Dünyadakı insanların sevgisizlikdən, eqoistlikdən, vəfasızlıqdan şikayət etmələrinin təməlində bu həqiqət durur. Onlar " nə üçün belədir” deyə hər zaman qarşı tərəfi günahlandırarkən Allah gerçək sevgini və eşqi qəlblərə yerləşdirmir. Bu dünyada Allahı unudanı Allah da unudur, Onu yad etməyəni Allah da yad etmir.

Allahın bizdən istədiyi kəsik, qopuq, arada xatırlanan bir sevgi deyil. Dəlilər kimi aşiq, çox böyük bir tutqu ilə, dərin bir sevgi ilə Özünü sevməyimizi istəyir. Bu səbəbdən səmimi inanıram deyən hər mömin dönüb bir dəfə öz həyatına baxsın. Qəlbindəki Allah sevgisini hər keçən gün artırsın. Bu dünyada da, axirətdə də tək gerçək dostumuzun Allah olduğunu, hər şeydən çox sevilməyə, öyülməyə, ucaldılmağa layiq olanın Uca Rəbbimiz olduğunu unutmasın. Gün içində Allahı unutmağı, Allahdan qafil olmağı, lazımsız düşüncələrə dalmağı özünə yaraşdırmasın...
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.  (Əraf surəsi, 205)

Müəllif: Ülviyyə Əlizadə


Şərhlər:
Baxılıb: 19503
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz